Aİ-nin "sülh" missiyasının gələcək planları binoklla Azərbaycana boylanmaqdan ibarət olmayacaq

Aİ-nin "sülh" missiyasının gələcək planları binoklla Azərbaycana boylanmaqdan ibarət olmayacaqAvropa İttifaqının "sülh" missiyası gələcəkdə regionda gərginlik katalizatoru rolunu oynaya bilər. Ermənistanın silahlandırılması prosesinə "Sülh fondu"nun da cəlb olunması göstərir ki, missiyanın qarşıdakı illər üçün planları yalnız binoklla Azərbaycan ərazilərinə boylanmaqdan ibarət olmayacaq.

Ötən həftə Avropa İttifaqı (Aİ) Şurası gözlənildiyi kimi Ermənistanda "müşahidə" missiyasının mandatının daha iki il müddətinə uzadılması barədə qərar qəbul etdi. Qurum üzvlərinin səfirlərinin Brüsseldə əldə etdikləri razılığa əsasən, 44 milyon avroluq rəsmi büdcəsi olacaq missiya 2027-ci ilin 19 fevralına qədər Ermənistan ərazisində, Azərbaycanla şərti sərhədə yaxın yaşayış məntəqələrində "keşik" çəkəcək.

Ermənistana belə bir missiyanın göndərilməsi barədə qərar 2022-ci ilin payızında qəbul edilib. Əvvəl "müşahidəçilər"in Ermənistana iki aylığa cəmi 40 nəfərlik heyətlə gəlmələri anons edilsə də, sonrakı dövrdə tərkib və say yenilənməyə məruz qalıb. Avropalı müşahidəçilərə ABŞ-nin ştatına çevrilmək təhlükəsi ilə üz-üzə qalan uzaq Kanadanın da təmsilçiləri qoşulublar. Say isə təqribən dörd dəfə artıb.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Müşahidə, yoxsa hərbi baza?

Aİ heyətinin mandatının kifayət qədər ciddi büdcə ilə iki illik müddətə uzadılması "müşahidəçi" missiyanın səlahiyyət və funksiya çərçivələrini aşdığı təəssüratı yaradır. Keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət heyət mülki "müşahidə" missiyası kimi qələmə verilsə də, Aİ-nin əsas diktə edən üzvü - Fransanın Ermənistanı aktiv şəkildə silahlandırması, ordu quruculuğunda iştirak etməsi və bütün bunların fonunda İrəvanın Bakı ilə sülhə gəlmə çabalarını bloklaması əsas hədəfin bölgədəki sabitlik olduğunu deməyə əsas verir.

Makron Fransasının əlində geosiyasi təzyiq alətinə çevrilmiş təşkilatın Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid olan fəaliyyətini sülh kontekstində şərh etmək mümkün deyil. Nəzərə alsaq ki, son dörd il ərzində Brüsselin atdığı bir sıra addımlar barədə qərarlar tam məxfilik şəraitində qəbul edilib, qarşıdakı iki il ərzində Aİ yalnız missiyanın mandatının müddətini uzatmaqla kifayətlənməyə də bilər. 2022-ci ilin payızında olduğu kimi.

Aİ kimi rəsmi Paris də regiondakı siyasətinin reallaşdırılmasında eyni taktikadan yararlanır. İrəvanla hərbi təmaslar ilkin müddətdə yalnız Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlik tədbir kimi qələmə verilirdi. Ortaya silah ixracı çıxanda isə bildirildi ki, bu, istisnasız olaraq müdafiə xarakterli silahlanma olacaq. Hazırda isə gündəmin əsas mövzusu Makron Fransasının Ermənistanı uzaqmənzilli artilleriya sistemləri ilə təmin etməsidir.

Bu baxımdan istisna edilməməlidir ki, Aİ-nin "sülh" missiyası gələcəkdə tam əsaslı hərbi bazaya transformasiya oluna bilər. Düzdür, təşkilatın belə bir təcrübəsi yoxdur. Ancaq indiyədək qurum heç Ermənistanda "keşik" çəkən missiya kimi təşəbbüslərə də müəlliflik etməmişdi. Ermənistanın silahlandırılması prosesinə "Sülh fondu"nun da cəlb olunması göstərir ki, missiyanın qarşıdakı illər üçün planları yalnız binoklla Azərbaycan ərazilərinə boylanmaqdan ibarət olmayacaq.

Qərbin "saman çöpü"

Qeyri-adekvat tərəfkeşliyi ilə sülh prosesindən və regional layihələrdən kənar düşən kollektiv Qərbin hazırda qarşısında duran əsas vəzifələrdən biri də nəyin hesabına olursa-olsun Cənubi Qafqazda qalmaqdır. Müstəqil xarici siyasət yürüdən, suverenliyi və ərazi bütövlüyünü bərpa edən Azərbaycandan sonra qonşu Gürcüstan da Brüsselin, daha doğrusu, Parisin geosiyasi ekspansiya cəhdləri qarşısında maneəyə çevrilib. Gürcüstanın Qərbin həmlələrini bloklaması Aİ-nin faktiki olaraq bölgəyə daxil olma çabaları qarşısında sipər rolunda çıxış edir. Qərb Cənubi Qafqaza daxil olmaq üçün bütün yolları əldən verib. Öz səhvlərinin ucbatından. Türkiyəyə qarşı illərdir davam edən qərəzli münasibət, Gürcüstanda dövlət çevrilişi cəhdlərinə sponsorluq, Ukraynada mövqe itkiləri Qərbin manevr imkanlarını maksimum daraldıb. Bu baxımdan, hazırda Ermənistan başda Fransa olmaqla, Aİ üçün yeganə "saman çöpü" funksiyasını həyata keçirir.

Brüssel Ermənistan ərazisində möhkəmlənməklə yalnız regional mövcudluğu barədə düşünmür, eyni zamanda, burada baş verən proseslərin nəbzini tutmağa çalışır. Azərbaycanın torpaq bütünlüyünü təmin etməsi 30 illik işğala son qoymaqla yanaşı, regiondakı digər münaqişə ocaqlarının da müsbət ssenari ilə çözümünə ümidlər yaradıb. Bu gün Cənubi Qafqazın gündəmi hərb deyil, sülhdür. Sabit və dayanıqlı sülh iqtisadi çiçəklənməyə yol aça bilər. Bölgədə həyata keçirilən qlobal layihələr, ən əsası isə logistik marşrutlar hər üç dövlətin rifah halının yüksəlməsinə xidmət edər.

Təəssüf ki, Ermənistanda bunu ya dərk edə bilmirlər, ya da dərk edirlər, ancaq əl-qolları bağlıdır. Regional kommunikasiyaların tam açılması Azərbaycana əlavə imkanlar yaratdığı halda, Ermənistan üçün iqtisadi nəfəslik rolunu oynaya bilər. İrəvanda bunu başa düşürlər, ancaq güman ki, Qərb tərəfdaşlarının təzyiqləri fonunda qətiyyətli addım atmaqdan çəkinirlər. Bu nöqteyi-nəzərdən istisna etmək olmaz ki, "sülh" missiyasının qarşısına qoyulan daha bir vəzifə regional logistik marşrutlar üzərində nəzarətə nail olmaqdır.

Beləliklə, nə qədər ki, Aİ "müşahidəçilər"i Ermənistandadır, etibarlı sülhdən danışmaq əbəsdir. Çünki sözügedən missiyanın gündəmi gərginlik, hərb və qeyri-sabitlikdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 509   Tarix: 02 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhra Saharadan 5 dəfə daha qurudur, amma... - Milyonlarla çiçəklə örtüləcək

Çilinin şimalında yerləşən Atakama Yer kürəsinin ən quraq ərazilərindən biri hesab olunur. Səhra Sakit okeanla And dağları arasında 100 kilometrdən çox məsafəyə uzanır. Burada ildə orta hesabla təxminən 15 millimetr yağıntı düşür, halbuki Saharada bu göstərici təxminən 75 millimetrdir. Atakama səhrasını

08.09.2026 101
.

Qızılın qiyməti yenidən yüksəldi

Qızılın sentyabrın 8-ə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 476,39 manat, 1 qram qızılın qiyməti isə 240,37 manat təşkil edib. 99 əyyar təmiz qızılın 1 qramı 240,37 manat, 750 əyyar İtalyan qızılı 180,46 manat, 585 əyyar Türk qızılı 140,76 manat, 58

08.09.2026 160
.

Peskov açıqladı: Paşinyan bu il Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər edə bilər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Rusiyaya səfəri bu il baş tutacaq. Bununla belə, səfərin dəqiq tarixi hələlik məlum deyil. [hh4-unikal

08.09.2026 168
.

Günəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur

Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac

08.09.2026 124
.

Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliye

08.09.2026 215
.

Azərbaycanlı jurnalistlərin İsrail səfəri: Media sahəsində yeni əməkdaşlıq

Azərbaycanlı jurnalistlərin İsrailə səfəri iki ölkə arasında münasibətlərin yalnız siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə məhdudlaşmadığını, media istiqamətində də əlaqələrin inkişaf etdiyini bir daha göstərib. Media-tur çərçivəsində İsrailə səfər edən azərbaycanlı jurnalistlər bir sıra yerl

08.09.2026 239
.

İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"

08.09.2026 175
.

Yumurta arıqlamağı sürətləndirə bilər - Amma bir şərtlə

Yumurta arıqlamaq istəyənlərin rasionunda faydalı məhsullardan biri ola bilər. O, yüksək miqdarda zülal ehtiva edir, nisbətən az kalorilidir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Ancaq nəticə yalnız bir məhsuldan deyil, ümumi qidalanmadan və gün ərzində qəbul edilən enerji miqdarında

08.09.2026 196
.

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir

08.09.2026 191
.