Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaqBu ilin fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

BiG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Fevral ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə gecələr 5-10 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, olacağı (norma 21-35 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 2-6 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 mm).


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 502   Tarix: 01 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Uzak Şehir"in bir bölümünü belə qaçırmıram" - Dövlət Baxçalı

Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı yerli serialların Türkiyənin dünyada tanınmasına verdiyi töhfələrdən danışıb. Türkiyə mediasına istinadla bildirir ki, o, bu sahəyə xüsusi dəstək verilməsinin vacibliyini vurğulayıb. Media nümayəndələri ilə görüşən Baxçalı, hazırda ən çox bəyəndiy

23.04.2026 205
.

İmtiyazlı podratçı: Deputat oğlunun "Crystal Group"u dövlət büdcəsini necə "idarə edir"?

Azərbaycan Respublikasının Konstitusiyası və "Deputatın statusu haqqında" qanunvericilik birmənalı şəkildə parlament üzvünə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin ölkənin tikinti sektorunda hegemonluq edən "Kristal Bakı" ASC (köhnə adı "Kristal Abşeron"

23.04.2026 210
.

Xəzər dənizi təhlükədə: Su səviyyəsi 21 metrə qədər azala bilər

Tehran Konvensiyasının Katibliyinin koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində bildirib ki, Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr azala bilər. Onun sözlərinə görə, problemin həlli üçün Xəzəryanı beş dövlətin - Azərbaycan, İran, Qazaxıstan

23.04.2026 187
.

Ağıl dişləri müdrikliyə necə təsir edir - ARAŞDIRMA

Alimlər ağıl dişlərinin varlığının insanın intellekt səviyyəsinə, yaddaşına və əqli qabiliyyətlərinə təsir edib-etmədiyini araşdırıblar. xarici mediaya istinadla məlumat verir ki, simvolik adına baxmayaraq, ağıl dişlərinin insanın intellekt səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Onların çıxması əqli qabiliyyətləri

23.04.2026 180
.

Zelenski: Xarici hərbi qüvvələrin mövcudluğu Rusiyanı yeni hücumdan çəkindirər

Ukrayna Prezidenti Volodimir Zelenski öz ölkəsində bilavasitə Rusiya ilə toqquşma xəttində xarici qoşunların yerləşdirilməsini dəstəkləyir. "Report" xəbər verir ki, Zelenski bunu CNN-ə müsahibəsində bəyan edib. "Xarici qoşunların toqquşma xəttində yerləşdirilməsi Rusiya üçün yeni müharibəy

23.04.2026 152
.

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Əmr

23.04.2026 435
.

Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə BİG.AZ-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyət

23.04.2026 239
.

Lukaşenko Amerika motosikleti sürür

Belarus prezidenti Aleksandr Lukaşenko özünü motosikletçi kimi təqdim edərək Amerikamım Harley markasının Harley-Davidson motosikletində gəzdiyini bildirib. xarici mediaya istinadla bildirir ki, dövlət başçısı bu barədə Minsk Ordu, Hərbi Hava Qüvvələri və Donanmaya Yardım üzrə Könüllü Cəmiyyəti uçu

23.04.2026 187
.

ABŞ ordusu İranla əlaqəli daha bir neft tankerini ələ keçirdiyini bildirir

ABŞ ordusu cümə axşamı İran neftinin qaçaqmalçılığı ilə əlaqəli daha bir tankeri ələ keçirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Hind okeanında Majestic X neft tankerini ələ keçirdiyini bildirib. Müdafiə Nazirliyi bildirib ki, "Qanunsuz şəbəkələri dağıtmaq və İran

23.04.2026 182
.

TOP MP3