Qiyamət saatı 89 saniyəyə endirildi: Fəlakətə ən yaxın nöqtə
ABŞ mərkəzli, qeyri-kommersiya təşkilatı olan Atom Alimləri Bülleteni (Bulletin of Atomic Scientists) tərəfindən müəyyən edilən Qiyamət Saatı, 89 saniyəyə endirilib.
BAKU.WS xəbər verir ki, bu, saatın 1947-ci ildə yaradılmasından bəri qeydə alınan ən təhlükəli səviyyə hesab olunur.
Qiyamət Saatı qlobal təhdidlərin səviyyəsini simvolik olaraq göstərmək üçün Manhattan Layihəsində iştirak edən alimlər tərəfindən yaradılıb.
Başlanğıcda gecə yarısına 7 dəqiqə qalmış olaraq təyin edilən saat, 1949-cu ildə nüvə müharibəsi riskinin artması ilə 3 dəqiqəyə, 1991-ci ildə isə Soyuq Müharibənin sona çatması ilə 17 dəqiqəyə qədər geri çəkilmişdi.
Son illərdə artan qlobal böhranlar səbəbindən saat yenidən irəli çəkilir.
2024-cü il dönüş nöqtəsi oldu
Atom Alimləri Bülleteni, 2024-cü ilin dərinləşən qlobal böhranlarla yadda qaldığını və saatın daha da irəli çəkilməsinə təsir etdiyini bildirib.
İqlim dəyişikliyi: 2024-cü il sənaye dövründən əvvəlki dövrlə müqayisədə qlobal istiliyin ilk dəfə 1,5°C-ni aşdığı və ən isti il olaraq qeydə alındığı il oldu.
Münaqişələr: Ukrayna müharibəsi üçüncü ilinə daxil oldu, Yaxın Şərqdə qarşıdurmalar daha da gərginləşdi və nüvə silahına sahib olan ölkələr arsenalını genişləndirməyə davam etdi.
Səhiyyə böhranı: Dünyada sürətlə yayılan yüksək yoluxucu quş qripi virusu (HPAI) kənd təsərrüfatı heyvanlarına, süd məhsullarına və insanlara keçərək yeni bir qlobal pandemiya riskini artırdı.
Yanlış məlumat və süni intellekt təhlükələri artırır
Alimlər bu təhdidlərlə yanaşı, yanlış məlumatların yayılmasının və süni intellektin təsirinin də qlobal riskləri artırdığını vurğulayırlar.
Süni intellekt dəstəyi ilə yayılan dezinformasiyanın, elmi həqiqətləri və insan haqlarını görməməzliyə vuran liderləri cəsarətləndirdiyi bildirilir.
ABŞ, Çin və Rusiyanın nüvə silahları ilə dünyanı məhv etmə potensialına sahib olduğu və bu ölkələrin qlobal təhlükəsizliyi qorumaq məsuliyyəti daşıdığı qeyd olunur.
Bəzi ekspertlər Qiyamət Saatının siyasi bir vasitə olduğunu və bu simvolik vaxtın subyektiv şəkildə təyin edildiyini iddia etsələr də, Atom Alimləri Bülleteni bunun qorxu yaratmaq deyil, hərəkətə keçmək məqsədi daşıdığını bildirir.
Kolumbiyanın keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Juan Manuel Santos, panelin mətbuat konfransında "Doğru qərarlar qəbul etmək və Qiyamət Saatını geri çəkmək üçün hələ vaxt var. Kolumbiyada belə bir ifadə var: "Hər saniyə önəmlidir." Elə isə, hər saniyəni ağılla istifadə edək" sözlərini işlədib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1093 Tarix: 31 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16.11.2026 296 Telefonun qutusunu atmayın - oğurluq və satış zamanı lazım ola bilər
Yeni telefon aldıqdan sonra bir çox insan onun qutusunu dərhal atır və ya şkafa qoyur. Halbuki orijinal qablaşdırma telefon itdikdə və ya oğurlandıqda, cihazı qaytarmaq və sonradan satmaq istəyəndə işə yaraya bilər. xarici mediaya istinadən xəbər verir ki, telefon itdikdə və ya oğurlandıqda cihazın IME
16.11.2026 241 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı
16.11.2026 303 Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ
16.11.2026 286 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb - FOTO
Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələri
16.11.2026 213 Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı
16.11.2026 306 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı
Prezident İlham Əliyev 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçü
16.11.2026 247 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
1960-cı ildə avstriyalı alim Haynts fon Försterin irəli sürdüyü hesablamaya görə, 13 noyabr 2026-cı il bəşəriyyətin "qiyamət günü" olmalı idi. Lakin proqnoz özünü doğrultmayıb. xəbər verir ki, alim 1960-cı ildə "Science" jurnalında dərc olunan məqaləsində dünya əhalisinin artım sürətin
16.11.2026 146 Din xadimləri dövlət qulluqçusu ola bilməyəcək
Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmaya
16.11.2026 243