Azərbaycan ailəsi modeli məhv ola bilər - ARAŞDIRMA

Azərbaycan ailəsi modeli məhv ola bilər - ARAŞDIRMAAzərbaycanda evlənənlərin sayı azalıb. Bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir. Qurumun məlumatına görə, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 146 nikah qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 5.3-dən 4.9-a düşüb. Bəs nə üçün gənclərin evlənməyə marağı azalıb? Bunu müasir dövrün norması olaraq qəbul edək, yoxsa həyəcan təbili çalınmalıdır?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Azərbaycan ailəsi modeli məhv ola bilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, bu statistika müvafiq qurumları narahat edir, görülən işlərə baxmayaraq, ailə münasibətlərində zəifləmə hiss olunur: "Bu isə nikahların sayının azalmasına, boşanmaların isə artmasına gətirib çıxarır".

Qurum rəsmisi bildirir ki, bu tendensiyanın qarşısı alınmasa, gələcəkdə arzuolunmaz nəticələrlə rastlaşa bilərik: "Genofondun qoruyucusu olan, sosial və mənəvi əminliyi təmin edən nikah münasibətlərinin zəifləməsinin qarşısı alınmazsa, əlbəttə, arzuolunmaz nəticələr yarana bilər. Bu nəticələr həm demoqrafik vəziyyətə zərər vurar, həm də milli-mənəvi dəyərlər üzərində qurulmuş bütöv Azərbaycan ailəsi modeli məhv ola bilər".

Ailə institutu daha da möhkəmlənəcək

Mütəxəssis ümid edir ki, gənclərin nikah münasibətlərinə yanaşması ciddiləşəcək: "Dövlətin ailə siyasəti ölkəmizdə prioritet sahələrdəndir. Bu siyasətin daha da təkmilləşdirilməsi, ailələrin daha xoşbəxt, firavan, sağlam mühitdə yaşaması, onları narahat edən aktual problemlərin həlli yollarının tapılması hər zaman dövlətin diqqətindədir və bu sahədə ciddi işlər görülür. Ümid edirik ki, kənar təsirlər, mövcud problemlər Azərbaycan ailə modelinə zərər vurmayacaq, görülən genişmiqyaslı işlər nəticəsində ailə institutu daha da möhkəmlənəcək".

Xəyanət, aldadılma, uğursuz seçim...

Psixoloq Günel Qurbanova düşünür ki, hazırda gənclərdə evlilik fobiyası müşahidə edilir: "Bu fobiyanın yaranmasında mental dəyərlərin çox qabarıq olması, həmçinin insanın özünü güvəndə hiss etməməsi, evlilik məsuliyyətinin ağır gəlməsi, bağlılıq problemi, daha öncədən travmatik bir münasibət yaşamaq, valideynləri arasında olan münasibətdən travma almaq, çevrəsindəki insanlar arasında normal münasibətin olmaması və sair kimi çox səbəblər var. Bu fobiyası olan insanlar ya öz ana-atalarının münasibətlərinə baxıb evlənmək istəmirlər, ya da real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud "evlənsəm bədbəxt olaram" qorxusu onları bu qərardan uzaqlaşdırır".

Texnologiya və urbanizasiya

Ümumiyyətlə, evliliklərin sayının azalması təkcə Azərbaycanda deyil, bütün dünyada aktual olan məsələlərdəndir. Mütəxəssislər ailə institutunu sarsıdan ikinci böyük məsələnin texnologiya olduğunu düşünürlər. Məsələn, vəkil Özləm Altun hesab edir ki, texnologiya və urbanizasiya, xüsusən son beş ildə evliliklərin azalmasına böyük təsir göstərir: "Texnologiyanın təsiri ilə cütlüklər arasında anlaşılmazlıq yaranır. Pandemiya dövründə bununla tez-tez rastlaşırdıq. Yəni bir evdə olurlar, amma bir-biri ilə danışmırlar. İkincisi, texnologiyanın təsiri ilə dəbdəbə və rahatlıq içində yaşamaq sanki bir zərurət kimi göstərilir. Bu gözlənti artdıqda və yerinə yetirilmədikdə, ayrılıqla nəticələnir".

Günahkar qadındır?

Evliliklərin azalması məsələsini araşdırdıqda sosial şəbəkələrdə tez-tez rastlaşdığımız məqamlar qadınların iqtisadi azadlığı ilə bağlıdır. Yəni, səbəblərdən biri kimi göstərilir ki, qadınlar iqtisadi azadlıq əldə etdikdən sonra evlənməyə maraqları azalıb. Həqiqətən günahkar qadındır?

Bu sualı "Evimin xanımı, övladımı anası, işimin də sahibiyəm" deyən, araşdırmaları, ailəsi, karyerası ilə Azərbaycan qadınını dünyada təmsil edən Nərgiz Hacıyevaya ünvanladıq.

Həmsöhbətimiz deyir ki, bu fikirlər sosial stereotiplərlə bağlıdır: "İqtisadi azadlıq qadınların özünə inamını artırır, onların şəxsi qərar qəbul etmə bacarıqlarını inkişaf etdirir və daha balanslı, sağlam münasibətlərin qurulmasına zəmin yaradır. Əksinə, dəstək və hörmət prinsiplərinə əsaslanmayan münasibətlər, qadının iqtisadi azadlığına rəqabət kimi baxıldıqda, uzunmüddətli ailə harmoniyasına təhlükə törədə bilər. Tədqiqatlar göstərir ki, ailə həyatı iki tərəfin bir-birini tamamlaması və bir-birinə dəstək verməsi üzərində qurulduqda daha möhkəm olur. Belə olan halda, iqtisadi müstəqil qadın öz ailəsinin rifahına töhfə vermək imkanına malik olur və ailənin ümumi rifahı üçün vacib rol oynayır. Cəmiyyətin bəzi üzvləri iqtisadi müstəqilliyi qadınların ailədəki ənənəvi rolunu dəyişdirən təhlükə kimi görür. Halbuki iqtisadi azadlıq fərdin müstəqil qərar vermək qabiliyyətini artırır və həyatın müxtəlif sahələrində daha möhkəm mövqeyə malik olmasını təmin edir".

"Bu yanaşma ailə institutunu gücləndirəcək"

Həmsöhbətimiz vurğulayır ki, təxmini hesablamalara görə, ailələrin 80 faizində qadının iqtisadi müstəqilliyi və karyera yüksəlişi ilə bağlı qısqanclıq və qarşıdurmalar mövcuddur: "Məsələn, qadının əl bacarıqlarını - yemək bişirməyi və ev işlərini fəxrlə dilə gətirən insanlar, eyni qadının maliyyə müstəqilliyi qazandıqda, yüksəkmaaşlı vəzifəyə çatdıqda, bu uğurunu eyni şəkildə qəbul etmirlər. Burada problem iqtisadi azadlıq deyil, gender rolları ilə bağlı cəmiyyətdə formalaşan yanlış qavrayışdır. Ailə münasibətləri qarşılıqlı hörmət və dəstək üzərində qurulduqda, iqtisadi azadlıq münasibətləri daha da gücləndirir. Cəmiyyət qadınların iqtisadi azadlığını təhlükə kimi görmək əvəzinə, onu ailə rifahını artıran mühüm bir vasitə kimi qəbul etməlidir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1213   Tarix: 26 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 718
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 489
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 613
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 728
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 339
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 662
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 555
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 679
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 333
.