Ceyhun Hüseynovun QƏTLİ: General Rəhim Cəfərov DİNDİRİLDİ
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, yanvarın 22-də Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının keçmiş müavini, general-mayor Rəhim Cəfərov məhkəmədə şahid kimi ifadə verib.
Qeyd edək ki, ötən proseslərdə müdafiə tərəfi (vəkil Ələkbər Cəfərov tərəfindən) onun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb və bununla bağlı vəsatət təmin edilmişdi.
Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı, general-polkovnik Kərəm Mustafayevin məhkəməyə çağırılması vəsatətini isə məhkəmə təmin etməyib.
Məhkəmə prosesində digər şahidlərin də ifadələri dinlənilib.
Məhkəmə fevralın 7-dək təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.
Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Aydın Yaşar oğlu Quliyev də ittiham olunur.
Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma - bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 947 Tarix: 22 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTuristlərin ən çox cibgirlərin hədəfinə çevrildiyi şəhərlər
Fransanın Paris şəhəri ən təhlükəli hesab olunur. Məşhur turistik şəhərlər, məşhur görməli yerlər və kurortlar hər il milyonlarla səyahətçini cəlb edir, lakin bir problem var: izdiham cibgirləri və fırıldaqçıları da cəlb edir. bildirir ki, "Daily Mail"in məlumatına görə, qiymət müqayisəsi xidmət
20:00 138 Arteta "Arsenal"ın hansı oyunçusunun ona ən çox bənzədiyini AÇIQLADI
"Arsenal"ın baş məqşçisi Mikel Arteta ona ən çox bənzəyən Premyer Liqa oyunçusunun adını çəkib. Bu, Mikel Merinodur. -ın xarici mediaya istinadən məlumatına görə, Arteta ispan yarımmüdafiəçini seçib, çünki onun da məşqçi ola biləcəyinə inanır. O, Qranit Cakada da oxşar potensial görür. Blit
19:30 139 "Gənclik Mall"da həyəcan siqnalı - Foto - Yenilənib
Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya proble
16:04 326 "Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil" - İqtisadçı Akif Nəsirli ilə MÜSAHİBƏ
"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil. Yəni yenədə gediş haqqı Azərbaycan höküməti tərəfindən nəzarətdədir və bunu Tarif Şurası müəyyən edəcək". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BİG.AZ-a müsahibəsind
12:57 195 "Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım
ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel
14:10 174 Paşinyan Rusiya Dəmir Yollarının konsessiyasının satılmasına münasibət bildirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Baş nazirin müavini Aleksey Overçukun konsessiyanın Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"na (SCR) satılması ilə bağlı açıqlamaları müzakirələrin hazırkı vəziyyətini əks etdirmir. xəbər verir ki, Paşinyan b
14:33 179 Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video
Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi
13:20 311 Yumurta arıqlamağı sürətləndirə bilər - Amma bir şərtlə
Yumurta arıqlamaq istəyənlərin rasionunda faydalı məhsullardan biri ola bilər. O, yüksək miqdarda zülal ehtiva edir, nisbətən az kalorilidir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Ancaq nəticə yalnız bir məhsuldan deyil, ümumi qidalanmadan və gün ərzində qəbul edilən enerji miqdarında
19:15 161 Britaniyadan Ukraynaya 130 milyon hərbi yardım - HHM sistemləri verilir
Böyük Britaniya hökuməti yaxınlaşan qış mövsümü ərəfəsində Ukraynaya 100 milyon funt sterling (təxminən 130 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin və nazir Ues Stritinqin (Wes Streeting) sentyabrın 8-də yaydığı rəsmi bəyanatd
20:45 108