Azərbaycanlı taekvondoçunun medalı keyfiyyətsiz çıxdı

Azərbaycanlı taekvondoçunun medalı keyfiyyətsiz çıxdıParis-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları qazandıqları medalları geri qaytarmağa başlayıblar.

Artıq 100-dən çox medal turnirin Təşkilat Komitəsinə göndərilib. Buna medalların keyfiyyətini itirməsi səbəb olub.

Lent.az xəbər verir ki, problem Azərbaycan idmançılarından da yan keçməyib.

Belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo üzrə gümüş mükafatçısı Qaşım Maqomedov da eyni problemlə üzləşib.

O, medalının keyfiyyətini itirdiyini bildirib: "Medalı qazandığım andan ona çox həssas yanaşırdım. Bu müddət ərzində onu xüsusi çantada saxlayırdım. Təxminən iki ay çantada saxladım. Arada ona baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına gələndə düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasının hansısa tədbirində lazım olar deyə, onu özümlə götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Medalıma həmişə həssas yanaşmışam. Amma mən də bir çox idmançı kimi pis keyfiyyətlə qarşılaşdım".

Məsələ ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxladıq.

Qurumdan saytımıza bildirildi ki, hadisə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək./Apasport.az

Azərbaycanlı taekvondoçunun medalı keyfiyyətsiz çıxdı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 20 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI

Bakı Ağır Cinayətlər Məhkəməsində dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımova hökm oxunub. xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Rəhim Qasımovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qısa müşavirədən sonr

18:15 40
.

"Bir səhər oyandım ki, dişlərim tökülüb" - Video

Türkiyəli professor Canan Karatay 47 illik həyat yoldaşı Əli Başak Karatayın ötən ilin noyabrında vəfatından sonra keçirdiyi ağır emosional və fiziki prosesdən danışıb. "Qafqazinfo" xəbər verir ki, "Çağla ilə yeni bir gün" televiziya proqramına qatılan Karatay uzun sürən stresin sağlamlığın

16:13 174
.

ChatGPT mübahisələr zamanı aqressivləşə bilər - ARAŞDIRMA

Yeni araşdırma göstərib ki, ChatGPT uzunmüddətli mübahisəli dialoqlar zamanı aqressivləşə və bəzi hallarda təhqir, hədələmə və şəxsi hücumlara keçə bilər. xarici mediaya istinadən xəbər verir ki, tədqiqat iri dil modellərinin düşməncəsinə qurulmuş uzun ünsiyyətə necə reaksiya verdiyini araşdırıb. Alimlə

18:45 1
.

İraqdan Küveytdəki hədəflərə dronların atıldığı bildirilir

Küveyt bildirib ki, cümə səhəri İraqdan buraxılan partlayıcı dronlar şimal sərhədindəki iki əraziyə zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Küveyt ordusu X-də dronların maddi ziyan vurduğunu, lakin itki barədə məlumat verilmədiyini bildirib. Müəllif: İlkin Məmmədkərimo

15:20 141
.

MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

"APA İnformasiya Agentliyi tərəfindən Baş Prokurorluğun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasınd

17:48 87
.

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın"

Xalq artisti Afaq Bəşirqızı sənətkarlar üçün xüsusi qəbiristanlıq hazırlanması məsələsini yenidən gündəmə gətirib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Xəbərin olsun" verilişində deyib. O bildirib ki, Rusiyadakı Novodeviçye qəbiristanlığından Azərbaycanda da yaradılmalıdır:. "Bizi

15:04 184
.

Eşitmə qüsurlu 11 qəhrəman: Aya necə yol açdılar?

Müasir texnologiya sayəsində bu gün Marsa aparat göndərir, Ayın səthini xəritələndiririk. Lakin kosmosda astronavtların necə sağ qala bildiyinə dair əsas elmi biliklərin bir hissəsi yer üzündə aparılan olduqca xüsusi bir tədqiqat qrupuna dayanır. Qaynarinfo xəbər verir ki, 1950-ci illərin sonlarınd

23.04.2026 296
.

İsrailin Müstəqillik Günü - qardaşlığın və gücün bayramı - KÖŞƏ YAZISI

Bu gün İsrail üçün xüsusi və qürurverici bir gündür. İsrailin Müstəqillik Günü yalnız bir dövlət bayramı deyil, həm də gücün, inkişafın və milli ruhun təntənəsidir. Bu gün İsrail öz qüdrətini bir daha nümayiş etdirir, bayrağını yüksəkdə dalğalandıraraq dünyaya varlığını və iradəsini göstərir. Bu bayra

09:54 221
.

CineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO

"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutdu. Bu möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən "Maykl" bioqrafik filminin düny

17:13 112
.

TOP MP3