Meqan Markl işçiləri ilə pis davranmaqda ittiham olunur: "Bu, həqiqətən dəhşətli idi"

Meqan Markl işçiləri ilə pis davranmaqda ittiham olunur: "Bu, həqiqətən dəhşətli idi"Sasseks hersoginyası Meqan Markl işçiləri ilə kobud rəftar etməkdə ittiham edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Vanity Fair" jurnalı daxili mənbəyə istinadən məlumat yayıb.

Keçmiş əməkdaşlardan biri jurnalistlərə bildirib ki, Meqan Markl əvvəlcə işçilərlə mehriban və xoş rəftar edib. Lakin mənbənin sözlərinə görə, işçilər səhv etdikdə hersoginya onlarla kobud şəkildə davranmağa başlayıb.

"Bu, həqiqətən dəhşətli idi. Çox ağrılı bir təcrübə oldu. O, daim dama oynayır - mən şahmatdan danışmıram - amma öz taxtasında kimin harada olduğunu çox yaxşı bilir. Əgər sən artıq o taxtada yoxsan, səni istənilən an kənara ata bilərlər", deyə mediada Meqan Marklın layihələrində iştirak etmiş mənbə qeyd edib.

Həmin mənbə əlavə edib ki, Meqan Markl həm də iş yoldaşları haqqında dedi-qodu edir və onların nüfuzuna zərər vurmağa çalışır. Mənbənin fikrincə, hersoginya məşhur "Pis qızlar" filmindəki yeniyetmə obrazlara bənzəyir.

Son günlərdə Meqan Markl Kaliforniyada baş vermiş yanğınlardan zərərçəkənlərə yardım məqsədilə ianələr edib. O, tənqidlərə məruz qaldıqdan sonra yeniyetmə qızlara kömək mərkəzinə yollanıb. Həmin mərkəz geyim, kosmetika və qulluq vasitələrinin toplanması ilə məşğul olur.

Sasseks hersoginyası ziyarət zamanı bir neçə çanta ilə görülüb. O, ictimaiyyət qarşısına qara futbolka, leqins, idman ayaqqabıları və "L. A." hərfləri olan kepkada çıxıb. Həmçinin, boynuna bej rəngli sviter bağlayıb.

Meqan Marklın iş mühiti ilə bağlı yayılan bu xəbərlər və eyni zamanda onun xeyriyyəçilik fəaliyyəti bir daha ictimai diqqəti onun şəxsi və ictimai həyatına cəlb edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 858   Tarix: 20 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.