Virus Azərbaycana da gəlib çıxdı: Tibbi masakalardan istifadə olunacaq? - Rəşid Mahmudov AÇIQLADI
22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfərdən sonra meymunçiçəyi virusuna yoluxduğundan şübhələnərək xəstəxanaya müraciət edib. Mütəxəssislərin epidemioloji araşdırması və laborator müayinələr nəticəsində virusun varlığı təsdiqlənib. Hazırda xəstə müalicə alır, ailə üzvləri isə müşahidə altındadır.
Meymunçiçəyi virusunun yayılma riski və ölkə daxilində profilaktik tədbirlər nə dərəcədə effektivdir? Belə halların qarşısını almaq üçün hansı əlavə tədbirlər görülməlidir?
Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov meymunçiçəyi virusunun yayılması və təhlükəsi ilə bağlı "Ajans.az"-a açıqlamasında virusun ölümcül ola biləcəyini və profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Mahmudovun sözlərinə görə, meymunçiçəyi virusunun kökləri 1980-ci illərdə yox edilmiş çiçək xəstəliyinə dayanır.
O bildirib:
"1980-ci illərə qədər çiçək xəstəliyi dünyada tüğyan edirdi. Daha sonra peyvənd tapıldı və xəstəlik yavaş-yavaş yox olmağa başladı. Ancaq xəstəlik yox olan kimi yerini yeni bir immun xəstəliyi aldı. Çiçək xəstəliyi tibb dünyası tərəfindən dünyanın ən ağır infeksiyalarından biri kimi tanınırdı. Sonradan məlum oldu ki, Konqonun yaxınlığında geniş bir meşəlikdə yaşayan meymunlardan bu xəstəlik yaranıb və həmin virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən nəzarətdə saxlanılırdı. Amma zamanla virus geniş yayıldı. Bu gün yoluxucu olan meymunçiçəyi virusu həmin hadisələrə dayanır."
Rəşid Mahmudov meymunçiçəyi virusunun yoluxuculuğunun və ağır gedişatının xüsusilə zəif immunitetli insanlar üçün böyük risk yaratdığını qeyd edib:
"Hər bir virus xəstəliyi kimi meymunçiçəyi də yoluxucu və ağır bir xəstəlikdir. Xəstəliyin nəzarətdə saxlanılması mütləqdir. Əgər immuniteti zəif olan insanlar varsa, onlar bu xəstəliyi daha ağır keçirir və hətta ölüm riski də artır. Buna görə gigiyenik qaydalara ciddi əməl etmək vacibdir."
Dosent əlavə edib ki, virusun geniş yayılma ehtimalı yaranarsa, cəmiyyət ciddi tədbirlər görməlidir:
"Virus kütləvi yayılarsa, yenidən ciddi karantin rejimi tətbiq etmək və tibbi maskaların istifadəsinə keçmək zəruri ola bilər. Bununla yanaşı, virusa qarşı peyvəndin hazırlanması prioritet olmalıdır. Tibbi araşdırmalar bu istiqamətdə davam etməlidir. Meymunçiçəyi virusuna qarşı peyvənd və dərman preparatlarının hazırlanması üçün beynəlxalq səviyyədə elmi tədqiqatlar aparılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, virusun yayılmasının qarşısını almaq üçün effektiv tədbirlər görülməli və gigiyenik standartlara riayət olunmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 895 Tarix: 18 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPISA 2025 tədqiqatı ölkənin hansı rayonlarını əhatə edib?
"PISA tədqiqatı 91 ölkə və iqtisadiyyatdan 760 min şagirdi əhatə edir. Azərbaycanda isə PISA 2025-də 241 məktəbdən 7 432 şagird iştirak edib". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil nazir
12:16 120 Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri
14:20 169 "Gənclik Mall"da həyəcan siqnalı - Foto - Yenilənib
Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya proble
16:04 269 Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film
Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir
18:15 105 Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. BİG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşki
14:50 287 Arteta "Arsenal"ın hansı oyunçusunun ona ən çox bənzədiyini AÇIQLADI
"Arsenal"ın baş məqşçisi Mikel Arteta ona ən çox bənzəyən Premyer Liqa oyunçusunun adını çəkib. Bu, Mikel Merinodur. -ın xarici mediaya istinadən məlumatına görə, Arteta ispan yarımmüdafiəçini seçib, çünki onun da məşqçi ola biləcəyinə inanır. O, Qranit Cakada da oxşar potensial görür. Blit
19:30 43 Rusiya Vitkov və Kuşnerin səfərindən bir gün sonra Kiyevi vurub
Rusiya çərşənbə axşamı səhəri Ukraynanın paytaxtı Kiyevi raket və dronlarla bombalayıb, iki nəfər ölüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, ABŞ səfirləri Stiv Vitkov və Cared Kuşnerin dalana dirənmiş sülh danışıqlarına başlamaq üçün regiona səfər etməsindən bir gün sonra baş verib. Kiyevdəki CN
11:13 166 Peskov açıqladı: Paşinyan bu il Rusiyaya səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər edə bilər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Rusiyaya səfəri bu il baş tutacaq. Bununla belə, səfərin dəqiq tarixi hələlik məlum deyil. [hh4-unikal
14:14 150 İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı
İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"
19:00 92