Azərbaycanda meymunçiçəyi aşkarlandı

Azərbaycanda meymunçiçəyi aşkarlandı22 yaşlı Azərbaycan vətəndaşı bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

BiG.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə yaydığı məlumatda deyilir.

Bildirilir ki, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmasından şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun digər ölkəyə səfəri və səfər zamanı səpkili şəxslə əlaqəsinin olduğunu müəyyən edib. Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1209   Tarix: 18 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

PISA 2025 tədqiqatı ölkənin hansı rayonlarını əhatə edib?

"PISA tədqiqatı 91 ölkə və iqtisadiyyatdan 760 min şagirdi əhatə edir. Azərbaycanda isə PISA 2025-də 241 məktəbdən 7 432 şagird iştirak edib". xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil nazir

12:16 120
.

Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri

14:20 169
.

"Gənclik Mall"da həyəcan siqnalı - Foto - Yenilənib

Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya proble

16:04 269
.

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir

18:15 105
.

Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. BİG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşki

14:50 287
.

Arteta "Arsenal"ın hansı oyunçusunun ona ən çox bənzədiyini AÇIQLADI

"Arsenal"ın baş məqşçisi Mikel Arteta ona ən çox bənzəyən Premyer Liqa oyunçusunun adını çəkib. Bu, Mikel Merinodur. -ın xarici mediaya istinadən məlumatına görə, Arteta ispan yarımmüdafiəçini seçib, çünki onun da məşqçi ola biləcəyinə inanır. O, Qranit Cakada da oxşar potensial görür. Blit

19:30 43
.

Rusiya Vitkov və Kuşnerin səfərindən bir gün sonra Kiyevi vurub

Rusiya çərşənbə axşamı səhəri Ukraynanın paytaxtı Kiyevi raket və dronlarla bombalayıb, iki nəfər ölüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu, ABŞ səfirləri Stiv Vitkov və Cared Kuşnerin dalana dirənmiş sülh danışıqlarına başlamaq üçün regiona səfər etməsindən bir gün sonra baş verib. Kiyevdəki CN

11:13 166
.

Peskov açıqladı: Paşinyan bu il Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər edə bilər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Paşinyanın Rusiyaya səfəri bu il baş tutacaq. Bununla belə, səfərin dəqiq tarixi hələlik məlum deyil. [hh4-unikal

14:14 150
.

İran-ABŞ müharibəsində SON VƏZİYYƏT: Döyüşlər şiddətləndi, neft bahalaşdı

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni "qapalı zona"

19:00 92
.