Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbBu gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.

BiG.AZ "Report"a istinadla xəbər verir ki, bu proses ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu təsbit olunmasına xidmət edəcək.

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin edilib.

Əvvəlcə tərcüməçilər elan olunub, onlara qanunvericiliyin tələbləri, o cümlədən hüquq və vəzifələri izah edilməklə, təqsirləndirilən şəxslərin tərcüməçilərə, habelə proses iştirakçılarının məhkəmə tərkibinə, bir-birinə etirazlarının olub-olmaması dəqiqləşdirilib.

Sonra iş üzrə təqsirləndirilən şəxslərin müdafiəçiləri elan olunub. Məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Bildirilib ki, cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub.

Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib.

Sonra məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra A.Harutyunyan məhkəməyə müraciət edərək çıxış etmək istədiyini deyib. Hakim ona söz verib.

A.Harutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir: "Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfimdən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm".

Daha sonra məhkəmə prosesi yanvarın 21-dək təxirə salınıb.

Qeyd edək ki, zərərçəkmiş şəxslərin, onların nümayəndələrinin və hüquqi varislərinin iştirak etdikləri məhkəmə iclas zalında 350-dən çox şəxs olub.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Daha sonra Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın da məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.

Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.

Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan vəsatətinin olub-olmamasını soruşub.

R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi iki vəsatət verib.

Onlardan biri R.Vardanyan barəsində cinayət işinin Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsində ittiham olunan erməniəsilli 15 şəxsin barəsində işə birləşdirilərək bir icraatda baxılması, digər vəsatət isə cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.

Dövlət ittihamını müdafiə edən prokuror cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatətə etirazını bildirərək məhkəmədən təmin olunmamasını, cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.

Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən, məhkəmə icraatı zamanı cinayət işlərinin eyni icraatda birləşdirilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən bu vəsatət təmin olunmayıb.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.

Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıbAzərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

TOP MP3