"Peşə təhsili sahəsində ciddi dəyişikliklərə ehtiyac var"-Elşən Qafarov
Hazırda texnologiya və elmin, buna paralel olaraq da sənayeləşmənin inkişaf etdiyi ölkələrdə yeni texnoloji sistemlərin kütləvi tətbiqi xüsusi keyfiyyətlərə malik insan kapitalının yetişdirilməsinə ehtiyac yaranıb. Keyfiyyətli insan yetişdirilməsi üçün həm də müasir tələblərə cavab verən, yeni məzmunlu texniki peşə təhsili qurulmalı və bu zaman təhsilalanlara müasir texnoloji metodların mənimsədilməsi əsas götürülməlidir. Sözsüz ki, texniki peşə məktəblərində verilən bu nəzəri və praktiki biliklər təkbaşına qənaətbəxş olmayacaqdır. Avropada ən güclü iqtisadiyyata sahib olan Almaniya, Fransa və İngiltərə kimi ölkələrin peşə təhsili modeli digər ölkələrinkindən kəskin surətdə fərqlənir. Bu modellər Azərbaycan peşə təhsili sisteminə uyğunlaşdırılaraq tətbiq olunur. Dünyadakı peşə təhsili modelləri əsasında formalaşan, inkişaf edən Azərbaycan peşə təhsili sistemində bəzi məqamlarda kökü müxtəlif səbəblərə dayanan problemlər meydana çıxır. Ona görə də, Azərbaycanda peşə təhsilinin gələcəkdə güclü modelə çevrilməsi üçün qabaqcadan yarana biləcək problemlər proqnozlaşdırılmalı və vaxtında aradan qaldırılmalıdır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə 2017-ci ildən başlayaraq peşə təhsili sahəsində islahatlar həyata keçirilməyə başlanıb. 2018-ci ildə peşə təhsili haqqında qanun qəbul edilib. Hazırda 5 peşə təhsil mərkəzi, 17 peşə liseyi və 12 peşə məktəbi fəaliyyət göstərir. Hazırda Peşə Təhsili Agentliyi də yaradılıb:
"Peşə Təhsili Agentliyində hazırda yarıtmaz fəaliyyət mövcuddur. Bunun səbəbi isə həmin agentliyə təhsillə bağlı olmayan insanların rəhbərlik etməsidir. Peşə təhsili müəssisələri əmək bazarının tələblərinə uyğun olaraq qurulmur. İstər dövlət, istərsə də özəl müəssisələr üçün kadr hazırlığı həyata keçirilməlidir.
Hər bir peşə təhsili müəssisəsi ölkədəki müəssisələrlə əməkdaşlıq etməlidir. Lakin bizim peşə təhsili müəssisələrimiz buna hazır deyil, çünki idarə edilməsi, kadr hazırlığı və əmək bazarının tələblərinə cavab verməməsi mövcuddur.
Baxmayaraq ki, bu sahəyə büdcədən çox böyük vəsaitlər ayrılır.
Ölkə prezidentinin 2022-ci ildə verdiyi sərəncama əsasən, əmək bazarının tələblərini öyrənmək üçün ölkədə 2 institut yaradılmalı idi. Həmin sərəncamdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, qeyd edilən institutlar fəaliyyət göstərmir və əmək bazarı öyrənilmir. Təkcə peşə təhsili müəssisələrində deyil, ali və orta ixtisas təhsili müəssisələrində də əmək bazarına uyğun kadr hazırlaya bilmirlər.
Nəticə etibarilə təhsil sahəsində daha çox keyfiyyət və kadr məsələsi deyil, biznes məsələsi önə çıxır.
Düşünürəm ki, peşə təhsili sahəsində ciddi dəyişikliklərə ehtiyac var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 762 Tarix: 17 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?
"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı
12:58 134 "Gənclik Mall"da həyəcan siqnalı - Foto - Yenilənib
Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya proble
16:04 258 Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea
11:44 160 TƏBİB-də yeni təyinat
İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. BİG.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar
14:46 201 PISA 2025: Azərbaycanın oxu savadlılığı üzrə nəticələri AÇIQLANDI
"Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs
12:34 112 Leyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
16:12 225 Trampın adanın Amerika bayrağı altında göstərildiyi xəritəni paylaşmasından sonra İslandiya ABŞ səfirini çağırıb
Yerli yayımçı RUV-un verdiyi məlumata görə, Prezident Donald Trampın sosial mediada adanın və digər ölkələrin Amerika bayrağı ilə örtüldüyünü göstərən bir şəkil paylaşmasından sonra İslandiya bazar ertəsi günü ABŞ səfirini çağırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xəritədə ABŞ bayrağı ilə örtülmü
11:48 176 İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində onlarla insan yaralanıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə İran tərəfindən dəstəklənən Husi yaraqlılarının onlarla mülki şəxsin yaralanmasına və enerji obyektlərində yanğınlara səbəb olan hücumlarına qətiyyətli cavab verəcəyinə söz verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını
10:57 207 İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula
14:51 187