"Sarı xətlərə işıq siqnalizasiyası sisteminin quraşdırılması münasib hal hesab edilə bilər"-ASLAN ƏSƏDOV
Bu gün metrodan istifadə edənlər təhlükəsizlik qaydalarına riayət etmirlər və süni gərginlik yaradırlar. Nəticədə isə narahatçılıq və qatar xəttlərinin üzərinə düşmə halları baş verir.
Belə faciəvi hal nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Bəs bu cür faciələrin qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, Bakı metronun tarixini vərəqlədiyimizdə görərik ki, stansiyaların həndəsi ölçüləri və dayaqların ümumi ölçüləri sərnişin axınının düzgün istiqamətləndirilməsini yüksək səviyyədə təmin etmir:
"28 May, İçərişəhər stansiyalarının sərnişin tutumu ilə Koroğlu və ya Ulduz metro stansiyalarının sərnişin tutumu arasında fərq var. Platformalarda qatar qəbulunun 5 vaqonlu olması sərnişin daşımada gərginlik yarada bilər. Müasir texnologiyanın tətbiqi, xüsusilə sıxlığı daha yüksək olan İçərişəhər, 20 Yanvar, Sahil və digər stansiyalarda vəziyyəti bir az normallaşdırır. Lakin bu stansiyalarda innovativ qaydalara uyğun olaraq müasir texnologiyanın istifadə edildiyi şüşə çəpərləmə sistemlərini tətbiq etmək mümkün olmur. Orta dayaq sütunlarının icazə verdiyi stansiyalarda isə sərnişin axınını nizamlamaq üçün şüşə arakəsmələrdən istifadə edilə bilər.
Bununla yanaşı, stansiyalarda mövcud olan sarı xətlər var. Onlara işıq siqnalizasiyası sisteminin quraşdırılması münasib hal hesab edilə bilər. Qatar tüneldən çıxdığı zaman sərnişinlər sarı xəttin köməkliyi ilə qanunsuzluğa yol verdiklərini anlasınlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 558 Tarix: 17 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?
"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı
12:58 134 "Gənclik Mall"da həyəcan siqnalı - Foto - Yenilənib
Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya proble
16:04 258 Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea
11:44 160 TƏBİB-də yeni təyinat
İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. BİG.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar
14:46 201 PISA 2025: Azərbaycanın oxu savadlılığı üzrə nəticələri AÇIQLANDI
"Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs
12:34 112 Leyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
16:12 225 Trampın adanın Amerika bayrağı altında göstərildiyi xəritəni paylaşmasından sonra İslandiya ABŞ səfirini çağırıb
Yerli yayımçı RUV-un verdiyi məlumata görə, Prezident Donald Trampın sosial mediada adanın və digər ölkələrin Amerika bayrağı ilə örtüldüyünü göstərən bir şəkil paylaşmasından sonra İslandiya bazar ertəsi günü ABŞ səfirini çağırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xəritədə ABŞ bayrağı ilə örtülmü
11:48 176 İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində onlarla insan yaralanıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə İran tərəfindən dəstəklənən Husi yaraqlılarının onlarla mülki şəxsin yaralanmasına və enerji obyektlərində yanğınlara səbəb olan hücumlarına qətiyyətli cavab verəcəyinə söz verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını
10:57 207 İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula
14:51 187