Azərbaycan qadınını kim bu günə salıb?

Azərbaycan qadınını kim bu günə salıb?Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir.

"Qafqazinfo" xəbər verir ki, reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü, ya da çarəsiz formada bu trendə qoşulurlar. Nəticədə isə həmin paylaşımlara çoxlu şərhlər yazılır, baxış sayı artır, sahibkarlar məqsədinə çatır, təhqir edilən isə qadınlar olur...

Həmin reklamlar əsasən kiçik ticarət obyektlərinin məhsullarının satışı məqsədilə həyata keçirilsə də, nədənsə bir qayda olaraq kortəbii estetik əməliyyatlar etdirmiş, vulqar geyimli qadınların təqdimatı ilə aparılır. Paytaxtla yanaşı bir çox rayonlarımızın da bu tendensiyaya qoşulması artıq adi hal alıb. Həddindən artıq böyüdülmüş ombalar, şişirdilmiş dodaqlar, qeyri-təbii üz ifadələrini üzərində daşıyan həmin qadınlara, demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Bəzi işbazlar bu həvəsdən ilhamlanaraq sadaladığımız "keyfiyyətləri" özündə daşıyan qadınların maskotlarını da hazırlayıb onları el məclislərinə, uşaq ad günlərinə göndərirlər.

Azərbaycan qadınını kim bu günə salıb?Müşahidələr göstərir ki, bir çox ticarətçilər satıcı və kassirləri xanımlar arasından seçməyə üstünlük verir. Sonradan həmin obyektləri, məhsullarını reklam edən qadınların bədən dili və danışıq tərzi, eləcə də etdirdikləri estetik əməliyyatların keyfiyyəti insanlarda narahatlıq və ikrah doğurur.

Bəzi hallarda insan alverinin predmeti ola biləcək bu kimi hallarla necə mübarizə aparılmalıdır? Cəmiyyət və dövlət qurumlarının üzərinə hansı vəzifələr düşür?

Görünən odur ki, proses nəzarətsizliyin və qeyri-ciddiliyin nəticəsində baş verir. Çoxumuzun bu kimi insanlara xoş münasibəti olmasa da, həmin səhifələrdə baxış sayının kəskin artmasına gətirib çıxaran da bizik. Sözügedən şəxslərin üzərində eqolarını, natamamlıq komplekslərini sağaltmağa çalışanlar da var...

Bu yolla onminlərlə izləyicisinin olduğunu görən həmin obyektlər və "reklam simaları" daha da həvəslənir və irəli gedir. Beləliklə, yersiz cəsarət artır, vulqarlıq ürəkbulanma səviyyəsinə yüksəlir.

Azərbaycan qadınını kim bu günə salıb?Apardığımız kiçik araşdırma da dövlət qurumlarının sosial şəbəkələrdəki, xüsusilə TikTok-dakı bu reklamların tənzimlənmədiyini, qadınların imicini zədələyən bu hallara qarşı heç bir sosial-ictimai tədbirlərin görülmədiyini göstərir. Aradabir ciddi sosial şəbəkə səhifələrində, xüsusilə feysbukda səsləndirilən tənqidi fikirlər isə dəstək toplaya bilmir və ya təsir gücünə malik olmur.

Bildiyimiz kimi, Azərbaycan Dövlət Reklam Agentliyi sosial şəbəkələrdəki reklamlara qarışmır. Qanunvericilik buna imkan vermir. Agentlikdən bildirildi ki, onlar yalnız açıq məkandakı reklamlara nəzarət edirlər, sosial şəbəkələrdəki reklamlara nəzarət səlahiyyətləri yoxdur.

Agentlikdən mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən maraqlanmağı məsləhət bildilər.

Azərbaycan qadınını kim bu günə salıb?Məlum olur ki, əslində xeyli faydalı məzmun təklif edən TikTok-un Azərbaycan seqmentində özbaşınalığa münbit şərait yaranıb. Bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyinin bu sosial şəbəkə vasitəsilə əxlaqsızlığı təbliğ edən tiktokerlərə qarşı həyata keçirdiyi əməliyyatlar sırf cinayət tərkibli əməllərlə bağlıdır. Polis harada olmasından asılı olmayaraq, cinayət və inzibati xəta tərkibli bütün əməllərə müdaxilə edir və lazımi tədbirlər görür.

Bəs Azərbaycan qadınını vulqar görkəmdə nümayiş etdirən, mənəviyyatdan kənar reklam çarxlarına qarşı kim mübarizə aparmalıdır? Bunlara da polis reaksiya verməlidir?

Əlbəttə, bu məsələdə cəmiyyətin bütün kəsimlərinin üzərinə məsuliyyət düşür. Ziyalısından tutmuş adi vətəndaşadək hər kəs xanımlarımızı bu iyrənc girdaba salan reklamları qınamalıdır. Amma o da bilinir ki, məhz belə yüngül videolar Azərbaycanda da bütün dünyada olduğu kimi çox izlənir. Son vaxtlar artan keyfiyyətsiz estetik əməliyyatlar da, qeyri-təbii formada yaradılmış gözəllik meyarları da haradasa bunun məhsuludur. Nəticədə qadınlar öz təbii ifadəsini və imicini itirməklə daha çox itirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2246   Tarix: 16 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə hansı pillədə qərarlaşıb?

"Azərbaycan PISA 2025-də riyazi savadlılıq üzrə 422 bal toplayaraq 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə nəticə isə 2022-ci illə müqayisədə 63 bal artaraq 460 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramı

12:58 134
.

"Gənclik Mall"da həyəcan siqnalı - Foto - Yenilənib

Bakıda yerləşən "Gənclik Mall"da həyəcan siqnalı verilib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir. Siqnalın verilmə səbəbi hələlik məlum deyil. *. "Gənclik Mall"un məlumat mərkəzindən "Qafqazinfo"ya proble

16:04 258
.

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea

11:44 160
.

TƏBİB-də yeni təyinat

İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. BİG.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, İ.Mirhəsənova fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar

14:46 201
.

PISA 2025: Azərbaycanın oxu savadlılığı üzrə nəticələri AÇIQLANDI

"Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

12:34 112
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

16:12 225
.

Trampın adanın Amerika bayrağı altında göstərildiyi xəritəni paylaşmasından sonra İslandiya ABŞ səfirini çağırıb

Yerli yayımçı RUV-un verdiyi məlumata görə, Prezident Donald Trampın sosial mediada adanın və digər ölkələrin Amerika bayrağı ilə örtüldüyünü göstərən bir şəkil paylaşmasından sonra İslandiya bazar ertəsi günü ABŞ səfirini çağırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xəritədə ABŞ bayrağı ilə örtülmü

11:48 176
.

İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində onlarla insan yaralanıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə İran tərəfindən dəstəklənən Husi yaraqlılarının onlarla mülki şəxsin yaralanmasına və enerji obyektlərində yanğınlara səbəb olan hücumlarına qətiyyətli cavab verəcəyinə söz verir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını

10:57 207
.

İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula

14:51 187
.