Bakıda 15 minə evlər satılır - ŞƏRTLƏR

Bakıda 15 minə evlər satılır - ŞƏRTLƏRSon vaxtlar Bakıətrafı qəsəbələrdə sifarişlə ev tikintisi ilə məşğul olan şirkətlər kəskin artıb. Bu cür şirkətlər müştərilərin istəyinə uyğun olaraq, müxtəlif ölçülərdə və quruluşlarda fərdi yaşayış evlərin tikintisini həyata keçirir. Sosial şəbəkələrdə və elan saytlarında dərc edilən reklamlar vasitəsi ilə xidmətlərini təklif edən belə şirkətlərə maraq isə olduqca böyükdür.

Milli.Az xəbər verir ki, yenisabah.az Hövsan qəsəbəsində sözügedən qaydada evlər hazırlayan şirkətlərin biri ilə əlaqə saxlayaraq mövzunu araşdırıb.

Şirkət nümayəndəsi bildirib ki, ilkin ödənişin məbləği müştərinin sifarişi və tikiləcək evin sahəsinə görə müəyyən edilir:

"İlkin ödəniş minimum 15 min 500 manat məbləğində nəzərdə tutulur. Bu evlər müştərilərin sifarişi əsasında tikilir. Evin tikiləcəyi torpaq da bu qiymətin içərisindədir. 2 otaqlı ev üçün ümumi qiymət 48 min manatdır. İlkin ödəniş 15 min 500 manat olmaqla, yerdə qalan məbləğ 40 aya bölünür.

Evin kvadratı böyüdükcə, qiymətlər də qalxır. 3 otaqlı evlərimiz 63 min manata başa gəlir və ilkin ödəniş 20-25 min manat təşkil edir. Yerdə qalan məbləğ isə eyni qaydada 40 aya bölünür. Torpaq standart 1.5 sot olur, bəzi hallarda müştərinin istəyindən asılı olaraq, 2 sot ola bilər. Evlərin tikildiyi torpaqların hamısı tam sənədlidir. Əgər torpağı müştəri təqdim edirsə, biz şirkət olaraq həmin ərazidə də evi tikə bilirik. Lakin bu zaman ödəniş kreditlə deyil, hissəli ödənişlə olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1658   Tarix: 12 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

TOP MP3