Azərbaycanda göyərti bahalaşıb - SƏBƏB

Azərbaycanda göyərti bahalaşıb - SƏBƏBQida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəlif salatlar və dadlı təamların hazırlanmasında istifadə olunur. Son zamanlar bazarlarda göyərti çeşidlərinin azaldığı nəzərə çarpır. Üstəlik, qiymətlər əvvəllər dəstəyə görə 15-20 qəpik arası olsa da, indi 23-25 qəpikdir. Qiymət artımı ilə yanaşı, göyərti dəstəsinin ölçüsü də kiçilib. Artıq bir dəstədəki göyərti sayı bəzən bir neçə saplaqla məhdudlaşır. Bunu əsasən reyhan və göy soğanlarda daha çox müşahidə etmək mümkündür. Maraqlıdır ki, bu tendensiya tək Bakıda yox, elə paytaxtı göyərti ilə təmin edən əsas rayonlarda da müşahidə edilir. Bəs bu vəziyyətə səbəb nədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Dəstələrin kiçik olmasının səbəbi mövsümlə bağlıdır

Satıcı Famil Əhmədovun sözlərinə görə, hazırda göyərtilərdən ən bahası reyhandır. Dəstəsinin qiyməti 50 qəpikdir. Digər göyərtilərin bir dəstəsinin qiyməti isə 25 qəpiyədir. Dəstələrin kiçik olmasının səbəbi isə mövsümlə bağlıdır.

Meyvə-tərəvəz dükanı işlədən Əli İsmayılov isə göyərtilərin qiymətlərinin dəyişmədiyini vurğulayıb:

"Qiymətlərdə hazırda artım mövcud deyil. Bayrama görə sahələrdə göyərti az idi. Yalnız bu səbəbdən həmin dövrdə artım oldu. İndi isə qiymətlər əvvəlki vəziyyətinə qayıdıb".

Eyni ərazidə göyərti satan Səkinə Nuriyeva isə deyir ki, havalar isinəndə bazar yenidən canlanacaq:

"Qışdır, rayonlarda qar yağır deyə göyərti bu qədər azdır. Biz məhsulu Bərdədən gətiririk. Göyərtinin bir dəstəsi 20 qəpikdir. Martda havalar isinəndə bolluq olur. Qiymətlər də həmin dövrdə enəcək".

Göyərtini 80 faiz bahalaşdıran səbəblər

Kənd təsərrüfatı eksperti, sahibkar Eldar Hüseynovun sözlərinə görə, bayram göyərti sektoruna da öz təsirini göstərib:

"Bayram olması ilə əlaqədar işçilər sahələrə çıxmadılar. Beləliklə, bazarda qıtlıq yarandı. Bundan da bəzi işbazlar istifadə etdilər və qiymətləri qaldırdılar. Bu ərəfədə Azərbaycandan Rusiya bazarına gedən göyərti də çoxaldı. Məhsulun böyük qisminin Rusiya bazarlarına axını başladı. Məsələn, qırmızı kahı deyilən göyərtinin qiyməti Azərbaycan bazarında iki gün ərzində 80 faiz artdı. Qara reyhan da xeyli bahalaşdı".

Ekspertin fikrincə, bayramdakı bahalaşmadan əvvəl havaların da qeyri-mülayim keçməsi öz sözünü deyib:

"Son 20 gündə güclü şaxtalar oldu və həmin dövrdə əkinçilər hazırlıqsız yaxalandılar. Gündüz yağışlar yağdı, gecə güclü şaxtalar oldu. Şirvanda əkilən şüyüd, Bakı kəndlərində, Bərdədə açıq sahələrdə əkilən göyərtilər məhv oldu. Yalnız istixanalarda olan məhsullar qaldı. Bakı kəndlərində və Şəmkirdə istixanalarda göyərtilər boldur. Bu da onu deməyə əsas verir ki, tədricən bu məhsulların qiyməti enəcək".

"Bazarlara çıxarılarkən nəzarət yoxdur"

E.Hüseynov dəstələrin niyə kiçilməsi məsələsinə də aydınlıq gətirib:

"Göyərti əkinləri əsasən Bakı kəndlərindən başlayıb. Həmin ərazilərdə də göyərtilər kiçik bağlanılır. Hazırda bazarlarda üstünlük Bakı göyərtilərindədir. İri dəstələri Bərdə və Şəmkir zonasında bağlayırlar. Onların da göyərtiləri Rusiyaya göndərilir. Bakı göyərtisinin üç dəstəsi Bərdə göyərtisinin bir dəstəsi boydadır. Bazarlarda da rayondan göyərtiləri alıb, bir böyük dəstədən üç kiçik dəstə düzəldirlər".

Müsahibimizin sözlərinə görə, bazarın tələbləri indiki halda belə olduğu üçün heç nə etmək mümkün deyil:

"Göyərti bazarlara çıxarılarkən nəzarət yoxdur. Hər şey yalnız insanların vicdanına qalır. Məsələn, gələcəkdə müxtəlif göyərti çeşidləri fərqli üsullarla satıla bilər. Xarici ölkələrdə buzun içində saxlanılır, onlar üçün xüsusi soyuducular mövcuddur və bəzi ölkələrdə göyərtilər dəstə ilə deyil, kilo ilə satılır. Amma hazırda tendensiya belədir və insanlar da bunu belə qəbul edib".

"Kəndliyə dəstək olmalıdır"

İqtisadçı Pərviz Heydərov hazırkı problemin səbəbini bütün təsərrüfatların istixana şəraitində ola bilməməsində görür:

"Göyərti əkinləri əsasən fərdi təsərrüfatlarda olur. O səbəbdən onlara nəzarət olunmasını düzgün hesab etmirəm. Göyərti haqqında danışdıqda mövsümü də nəzərə almalıyıq. Çünki fərdi təsərrüfatların heç də hamısında soyuq və şaxtalı havada göyərti yetişdirmək mümkün deyil. İstixana formasında yetişdirmək də elə asan olmur. Qış mövsümündə məhsulların keyfiyyətinin aşağı olması, qiymətinin yüksəlməsi təbii qəbul olunmalıdır. Amma keyfiyyəti aşağı düşən sadəcə göyərti deyil. Bu tendensiya digər kənd təsərrüfatı məhsullarında da müşahidə edilir".

İqtisadçının fikrincə, ev təsərrüfatlarına da müəyyən dəstək məqsədli addımlar atılarsa, bu sahədə qiymətləri az-çox tənzimləmək mümkün olar:

"Bazarda məhsulların daha keyfiyyətli və bol olması, qiymətinin münasib olması kimi məsələlərlə bağlı ev təsərrüfatlarının fəaliyyətinə xüsusi diqqət yetirmək lazımdır. Yəni yalnız iri fermer təsərrüfatları olmalı deyil. Bəzən olur ki, fərdi təsərrüfatlarda yetişən məhsul daha keyfiyyətli olur. İri təsərrüfatlardan çıxan məhsullar qiymət cəhətdən də fərqlənir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 11 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur"​. Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ​2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib

15:45 112
.

Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. BİG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşki

14:50 206
.

Xəzərdə pilotsuz dövr: Azərbaycan Hərbi Dəniz Qüvvələrini necə gücləndirir?

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrində olublar. Bu ziyarət kifayət qədər maraqlı məqamlarla yadda qalıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, səfərin ən diqqətçəkən tərəfi Prezident İlham Əliye

15:05 123
.

PISA 2025: Azərbaycanın oxu savadlılığı üzrə nəticələri AÇIQLANDI

"Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

12:34 103
.

Bu xanımlar direktor müavini təyin edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Qaynarinfo xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoj

10:13 193
.

Bakıda oyuncaq maşınla magistral yola çıxan şəxs cəzalandırıldı - Video

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb olunub. Axşam.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb edilib:. "Bakıda hərəkətin intensi

13:20 224
.

Uşaqları internetin görünməz təhlükələrindən necə qorumalı?

Müasir dövrdə internet uşaq üçün artıq seçim deyil, həyatın ayrılmaz hissəsidir. Lakin rəqəmsal mühit fiziki parklar və oyun meydançaları kimi təhlükəsiz deyil. Bəs valideynlər övladlarını bu görünməz təhlükələrdən necə qoruya bilərlər?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizli

10:54 166
.

Bakıda aylıq normanı aşan yağıntı qeydə alınıb - FAKTİKİ HAVA

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və Abşeron yarımadasınd

10:20 158
.

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt üzrə hakaton keçirib. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını rea

11:44 156
.