4 milyona görə həbs edilən birjaçı Elarizin kürəkəni imiş
Bakıda 33 yaşlı birjaçı Alışan Nizami 3 sahibkarın 4 milyondan çox pulunu ələ keçirmə ittihamı ilə həbs edilib.
Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, zərərçəkmişlərə milyonluq zərər vurmaqda təqsirləndirilən Nizaminin kimliyi ortaya çıxıb.
Uşaqlıqdan birja fəaliyyəti ilə maraqlanan Nizami AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Fotoda: Akif Alışanov
Tanınmış soyadın davamçısı Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib. Cütlüyün toyu mediadan gizli saxlanılsa da, sonradan fotoları yayılıb.
Hazırda ağır cinayətə görə mühakimə edilən Alışan Nizami 2018-2019-cu illərdə elə əmisinin yanında-AzTV-nin İnformasiya və Texnologiya şöbəsinin müdir müavini işləyib.
Qeyd edək ki, Alışan Nizami Akif oğlunun oyunlarına qoşulub milyonlar itirənlər "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.
Dustaq birjaçı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiiham edilir. Amma ittihamı qəbul etmir. Bu cinayət məhkəmə hökmü ilə təsdiqini taparsa, Alışan Nizami ömrünün 10-14 ilini həbsdə keçirməli olacaq.
Xatırladaq ki, Arif Alışanov 2019-cu ilin yanvarında Prezidentin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1359 Tarix: 11 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:. Media və Yayım Şurasının sədri
14:20 125 "Siyasi məhbus" ritorikası: ölkəyə qarşı qarayaxma kampaniyasına kimlər yanacaq verir?
Bəzi şəxslərin illərdir dəyişməyən bir ritorikası var: Azərbaycanda hər bir hüquqi məsələni siyasi rəngə boyamaq, hər bir cinayət işini "siyasi məhbus" kimi təqdim etmək və sonra da bu "məhbusların azad edilməsini" özlərinin siyasi xidməti kimi cəmiyyətə sırımaq. Novella Cəfəroğl
11:16 297 Rusiyada Federal Təhlükəsizlik Xidmətinin generalı saxlanılıb
Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru Sergey Malkov yanacaq oğurluğuna görə saxlanılıb. Bu barədə Rusiya KİV-də məlumat yayılıb. Həmçinin digər yüksək rütbəli əməkdaşlar - FTX-nin Mərkəzi Mühafizə və Xüsusi Tədbirlər İdarəsinin rəisi, polkovnik Aleksey Suyarov və idarənin şöbə rəisi
07.09.2026 278 "Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil" - İqtisadçı Akif Nəsirli ilə MÜSAHİBƏ
"Brutto müqavilə" sisteminin qəbul edilməsi sərnişin üçün gediş haqqının artırılması demək deyil. Yəni yenədə gediş haqqı Azərbaycan höküməti tərəfindən nəzarətdədir və bunu Tarif Şurası müəyyən edəcək". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BİG.AZ-a müsahibəsind
12:57 165 Sabah hava necə olacaq?
Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ
12:44 156 İsti yeməyi plastik qabda saxlamaq təhlükəlidirmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Plastik qabların gündəlik həyatda geniş istifadəsi qidanın saxlanması ilə bağlı sualları da artırır. Xüsusilə isti yeməklərin plastik qablara qoyulması zamanı qabın tərkibindəki bəzi maddələrin qidaya keçməsi ehtimalı istehlakçıların diqqət etdiyi məsələlərdəndir. Qida ilə təmas üçün nəzərdə tutula
14:51 131 PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB
"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri
13:12 89 Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı
Qütb ayılarının məlum olan ən qədim fosilləri Şpitsbergen adasında və Norveçin şimalında tapılıb. Onların yaşı 115-130 min il olaraq müəyyənləşdirilib. Bu tarix sonuncu buz dövrünün başlanmasından əvvəlki dövrə təsadüf edir. Bununla belə, bəzi bioloqlar qütb ayılarının qonur ayılardan təxminən 600 mi
07.09.2026 242 "Ay Bizimdir" - Trampdan gözlənilməz paylaşım
ABŞ Prezidenti Donald Tramp Ayla bağlı diqqətçəkən paylaşım edib. xəbər verir ki, o, bunu özünün "Truth Social" səhifəsində yazıb. Ağ Ev rəhbəri Ayın şəklini "Ay Bizimdir" başlığı və ABŞ bayrağı ilə paylaşıb. Paylaşımın hansı hadisə və ya qərarla bağlı olduğu isə aydın deyil. Bel
14:10 122