"Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi zamanında atılmış addım oldu" - Razi Nurullayev
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb, 40-a yaxın adam həlak ollub, 20-dən çox yaralı var.
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarə ilə bağlı Prezident İlham Əliyev AzTV-yə müsahibə verib.
Hazırda hadisə ilə bağlı başladılan beynəlxalq araşdırma davam edir.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Azərbaycan dövlətinin və prezidentinin ilk dəqiqələrdən qətiyyətli addım atması Rusiyanı fakt qarşısında qoydu və bu gün artıq məsələ Azərbaycan-Rusiya yox, dünya məsələsidir.
Deputat qeyd edib ki, cənab Prezidentin də təyyarəsi həmin gün Sankt-Peterburqa uçurdu. Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi çox gözəl hesablanmış və zamanında atılmış addım oldu:
"Rusiyanın mülki və hərbi mütəxəssislərinin və idarələrinin səriştəsizliyi, məsuliyyətsizliyi və hətta özbaşınalığı bu faciəyə səbəb olub. Bu faciə nəticəsində biz həm də təəssüflər olsun ki, məhz ölümlərindən sonra üç milli qəhrəman qazandıq. Məhz, bu milii qəhrəmanların və bütövlükdə uçuş ekipajının professionallığı nəticəsində 29 sərnişin sağ qaldı. Bu şücaət həm də Rusiyanın planlarını boşa çıxarmış oldu. Çünki, təyyarə Xəzərə düşsəydi, izlərin itmə ehtimalı böyük idi.
Azərbaycan dövlətinin və prezidentinin ilk dəqiqələrdən qətiyyətli addım atması Rusiyanı fakt qarşısında qoydu və bu gün artıq məsələ Azərbaycan-Rusiya yox, dünya məsələsidir. Artıq əminliklə demək olar ki, məsələ şəffaf araşdırılacaq və bütün dünyanın gözü Brazıliyadadır. Faktların ortaya çıxması günahkarların cəzalandırılması üçün əsas vermiş olacaq və bu Azərbaycanın Rusiya qarşısında tələblərindən biridir.
Rusiya doğurdan da çox məsuliyyətsiz addım atıb və bu onlarla Rusiya üzərində uçan təyyarələr faciə ilə üzləşə bilərdi. Unutmayaq ki, cənab Prezidentin də təyyarəsi həmin gün Sankt-Peterburqa uçurdu. Prezidentin geri dönməsi və hava limanında müşavirə keçirməsi çox gözəl hesablanmış və zamanında atılmış addım oldu.
Başqa narahatlıq doğuran məqamlar da var. Onlarla liderlərin təyyarələri Rusiya səmasında olub və olur, həm onların və həm də minlərlə sərnişinləri daşıyan təyyarələr də təhlükə ilə üzləşmə riski var.
Belə görünür ki, məsuliyyətsizlik və kordinasiyanın olmaması nəticəsində problem yaranıb və məhz buna görə də AZAL bir sıra Rusiya hava limanlarına uçmağı dayandırıb.
Yeri gəlmişkən, Qazaxıstan dövlətinə və xalqına da təşəkkür edirik. Onlar da öz qardaşlıq və insanlıq borclarını düzgün yerinə yetirdilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1028 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri davamlı ikili standartlarla üzləşib"
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd
15.10.2026 184 Kürən pişiklərin sirri açıldı - niyə əksəriyyəti erkəkdir?
Alimlər 60 ildən çoxdur araşdırılan bir suala cavab tapıblar: bəzi pişiklər niyə kürən doğulur və bu rəngə niyə daha çox erkəklərdə rast gəlinir? İki müstəqil tədqiqat qrupu bunun səbəbini izah edən genetik xüsusiyyəti müəyyənləşdirib. xarici mediaya istinadla xəbər verir ki, kəşf pişiklərin tük rəngin
15.10.2026 202 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela
15.10.2026 490 Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b
15.10.2026 171 İnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb oldu
Kolumbiyanın tropik meşələrində aşkar edilən nəhəng su zanbağı alimlərin diqqətini çəkib. Maraqlısı budur ki, elmə məlum olmayan bu bitkinin kəşfinə illər əvvəl sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil səbəb olub. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, yeni bitki növü "Victoria colombiana"
15.10.2026 213 Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?
Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans
15.10.2026 220 Trampın kürəkəninə qarşı iddia qaldırıldı
"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə
15.10.2026 180 "Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - Yenilənib
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində
15.10.2026 194 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad
15.10.2026 239