Gələn ilin qeyri-iş günləri açıqlandı
2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
BiG.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:
1, 2 yanvar–Yeni il bayramı;
20 Yanvar–Ümumxalq Hüzn Günü;
8 Mart–Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart–Novruz bayramı;
30, 31 mart –Ramazan bayramı;
9 May –Faşizm üzərində Qələbə günü;
28 May–Müstəqillik Günü;
6, 7 iyun–Qurban bayramı;
15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr–Zəfər Günü;
9 Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir. 2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü var.
Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saatdır.
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2734 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
15:05 400 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla
12:45 206 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə
16:55 190 "Mənə bacı deməyin" - Bülent Ersoydan estetik əməliyyat açıqlaması
Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib. "Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o bildirib
19:45 163 Binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - Video
Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qadının xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki
17:15 276 Çin iqtisadiyyatında ixrac artımı sürətlənə bilər
Çinin ixracında avqust ayında artımın sürətlənəcəyi gözlənilir. Reuters-in 35 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, ölkənin ixracının avqustda illik ifadədə 25% artacağı proqnozlaşdırılır. İyul ayında bu göstərici 23,9% olub. Analitiklərin gözləntilərinə görə, Çinin idxalı da avqust ayında əhəmiyyətl
12:58 199 Almaniyada ifrat sağçı AfD seçkidə böyük qələbə qazandı
Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilər ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik nümayiş etdirib. Financial Times yazır ki, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası seçkidə ən böyük siyasi qüvvəyə çevrilib, lakin parlamentdə mütləq çoxluq əldə edə bilməyib
13:05 202 Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...
Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya
12:04 286 Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır
Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır. İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır. Məlumat
14:09 233