Xuraman Əlizadə həyat yoldaşından ayrılıb?

Xuraman Əlizadə həyat yoldaşından ayrılıb?Əməkdar artist Xuraman Əlizadə ilə həyat yoldaşı Murad arasında bir müddətdir soyuqluq olduğu iddia olunur. Buna səbəb isə sənətçinin həyat yoldaşı ilə paylaşımlarını azaltması və ya heç görüntülənməməsi olub.

BiG.AZ OLAY-a istinadən yazır ki, son olaraq jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində açıqlamaları ilə diqqət çəkən aktrisa həyat yoldaşından danışmaqdan qaçınıb:

"Ola bilər ki, gülməməyim həyatımla əlaqəlidir. TikTok-da mənə elə sözlər yazırlar ki… Pis mənada yox, yaxşı mənada. Elə hadisələrdən yazırlar ki, özüm şoka düşürəm. Mənim araşdırmaqla işim yoxdur. Allah özü qarşıma çıxarır. Mənə qarşı tələ quramları, xəyanət edənləri, üzdə başqa münasinətdə olub, arxada başqa olanları… Hamısını çıxarır. Heç kimi araşdırmıram, evimdəyəm. Allah sevir məni ki, gözün açılsın, Xuraman, gör, kimlə münasibət qurmusan. Gözüm açılır, amma ürəyimə elə bil pambıq qoyublar. Gözlərim şişir. Əlinin yanında ağlamaq istəmirəm, o yatandan sonra ağlayıram. Elə məqamlar olur ki, arxaya çəkilirsən, deyirsən, əşşi çıx get".

X. Əlizadə P. Hüseynin "Hamıdan danışdınız, həyat yoldaşınızdan başqa" fikrinə bu cavabı verib:

"Onun haqqında nə danışım? Yenə də fikrimin üstündəyəm ki, bir-iki günlük münasibətə görə ailə dağıtmaram. Xanımlar məni daş-qalaq etməsinlər. O vaxt ki, bəy başqa xanıml sevər, səni istəməz, evə gec gələr, səni alçaldar, ailəsi ilə əvvəlki münasibəti olmaz. Başqasını sevirsə, deyə bilmirsə ki, filankəsi sevirəm, onun yanında xoşbəxtəm. Onda qadın çemodanını götürüb gedə bilər. Yoxsa ailə gözəldirsə, ailədən gözəl heç nə yoxdur. Mən heç yerə getməmişəm, evimdəyəm. Heç kim heç yetə getməyib, ailəmdəyəm. Heç kimə deməzdim ki, bağışlayıram. Bağışlaya bilmirəm. İndiyə qədər hamını bağışlamışam, bundan sonra istəmirəm. İndiyə qədər hamını bağışlamışam, o qədər səbrli insanam ki, dünya qədər səbrim var. Bundan sonra yox. Bəsti… İndi rahatam, heç kimi bağışlamaq fikrim yoxdur. Niyə bağışlayım? Sən mənə bir dəfə etdin, iki, üç… Hamısını keçdim, bunlar yığıldı, oldu dağ. Məni axtarsınlar, itirməyinə peşman olsun".

"Müsahibələrinizin birində demisiniz ki, hər zaman Muradın yanında olacaqsınız" sözlərinə aktrisa bunları söyləyib:

"Mən demişəm? Nə bilim ola bilər. Həyatda elə sözlər deyirsən, sonra başqa cür ola bilir. Həyatdır, niyə də yox? Ölməsəm, sağ qalsam, belədir ki var. Öyrəndim ki, insan üçün özünü öldürmə, gördün ki, yıxılıb, əlindən tutub qaldırma. Deyəcək, sənə görə yıxıldım. İndi belə danışıram, amma yenə kömək edəcəm. Nədən qorxuramsa, başıma gəlir. Bizim mental dəyərlərimizdir. Ailədən irəli gəlir. Deyirlər, kişidir nə etsə də, axşam evinə qayıdacaq. Sən fəxr elə ki, xoruzun başqa çəpərdə banlayır. Deyir, bu evə meyidin qayıdacaq. Xəyanəti bağışlasınlar. Amma insanı alçaltmaq, qırmaq, xəyanəti evin içinə gətirmək. Buna heç bir qadın dözməz. İndi bəylərin çoxu xəyanət edir, hamısına şamil etmirəm. Bəy elə hərəkət etməlidir ki, kişi adı onun üstündədir. Yəni elə etməlidir ki, onun xanımı bu söhbətdən xəbərdar olmasın. İndi isə o söhbəti evin içinə gətirirlər. Kişilik adına layiq deyil. Hər zaman belə olub. Sadəcə hər şey yerində olanda gözəldir. Sən xanımınl hörmətli tutmalısan. O sənin uşağının anasıdır, başının tacıdır, sabah xəstələnəndə başının üstündə o yox, bu olacaq. Nə qədər peşman olub ailəsinə qayıdanlar olub. Sənin ailən və balan varsa, etməməlisən. Xanımın nə günahı var? Ona nə deyəsən? Deyəcək ki, yoldaşındır, apar. Allah bizi xəyanətkar insanlardan qorusun, bizdən istifadə edib indi fəxrlə gəzənlərdən qorusun. Qarşımıza ancaq yaxşı insanlar çıxsın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1205   Tarix: 16 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

15:05 400
.

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla

12:45 206
.

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə

16:55 190
.

"Mənə bacı deməyin" - Bülent Ersoydan estetik əməliyyat açıqlaması

Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib. "Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o bildirib

19:45 163
.

Binanın eyvanından şüşə qopdu, qadının başına düşdü - Video

Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Qadının xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki

17:15 276
.

Çin iqtisadiyyatında ixrac artımı sürətlənə bilər

Çinin ixracında avqust ayında artımın sürətlənəcəyi gözlənilir. Reuters-in 35 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, ölkənin ixracının avqustda illik ifadədə 25% artacağı proqnozlaşdırılır. İyul ayında bu göstərici 23,9% olub. Analitiklərin gözləntilərinə görə, Çinin idxalı da avqust ayında əhəmiyyətl

12:58 199
.

Almaniyada ifrat sağçı AfD seçkidə böyük qələbə qazandı

Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilər ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik nümayiş etdirib. Financial Times yazır ki, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası seçkidə ən böyük siyasi qüvvəyə çevrilib, lakin parlamentdə mütləq çoxluq əldə edə bilməyib

13:05 202
.

Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...

Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya

12:04 286
.

Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay - Ciddi suallar yaranır

Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır. İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır. Məlumat

14:09 233
.