Yeni il qabağı bu sahələrdə bahalaşma olacaq
Yeni ilin gəlişinə demək olar yarım ay qalıb. Bayramla əlaqədar artıq müəyyən sahələrdə canlanma gözə çarpır. Bəs yeni ildə hansı sahələrdə qiymət artımı gözlənilir?
BiG.AZ xəbər verir ki, Modern.az mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, yeni il öncəsi bahalaşma əsasən turizm, otelçilik, iaşə obyektlərin və restoranlarda olur:
"Bu istiqamətlərdə epizodik olaraq qiymət artımları baş verir. Bir həftəlik bayram tətilində hamı məhdud təkliflərdən faydalanmaq istəyirlər. Ona görə də tələbatın kəskin artımı baş verir. Hotellər, əyləncə və şou-biznes sektorları da qazanc əldə etmək üçün bunu gözləyirlər. Burada qiymətlərin bir qədər artımı olur".
Ekspert qeyd edib ki, digər bazarlarda isə xüsusi qiymət artımı olmur:
"Ərzaq bazarında, mağazalarda, digər xidmətlərdə xüsusi bahalaşma gözlənilmir. Bu sahələrdə ənənəvi proseslər olacaq. Hazırda infilyasiya 4.4%-dir ki, bu da keçən illə müqayisədə daha yaxşı göstəricidir. Builki artımın səbəblərindən biri iyun ayında yanacaq qiymətlərinin artması oldu. Yanacağın qiymətinin artımının ötürücü effekti var. Bu, təkcə daşıma xərcinə təsir etmir. Eyni zamanda istehsal xərci də artır. Tərəvəz qiymətlərində keçən illə müqayisədə 9% bahalaşma olub. Çünki meyvə-tərəvəz qiymətlərinə daşıma xərci çox təsir edir".
X.Kərimli bildirib ki, gözlənilən sektorlardakı qiymət artımı bayramdan sonra yenidən əvvəlki vəziyyətinə qayıdacaq:
"Bayram tətili zamanı hotel qiymətləri 300, 500 manata qalxa bilər. Amma sahibkarlar sonradan qiymətləri yenidən endirməyə məcbur olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 561 Tarix: 15 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBenzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
18:45 163 Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA
Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərd
16:06 189 İlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
15:05 400 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla
12:45 206 Rusiya-Ermənistan münasibətlərində yeni mərhələ - Paşinyan nə açıqladı?
Rusiya və Ermənistan ikitərəfli münasibətləri "qiymətləndirmək" barədə razılığa gəliblər. xəbər verir ki, Sputnik Armenia-nın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Bişkekdə keçirilən danışıqlar zamanı iki ölkənin hansı məsələlərdə oxşa
11:13 165 Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili
16:56 221 Qayğının, həmrəyliyin və qadın həmrəyliyinin ünvanı - QHT sədrləri "LOQOS" Qadın Uzunömürlük Rezidensiyasında
Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilər və yeni layihələrlə ölçülmür. Əsl inkişaf insanın həyatının müxtəlif mərhələlərində özünü nə qədər güvənli, dəyərli və qayğı ilə əhatə olunmuş hiss etməsi ilə də müəyyənləşir. Xüsusilə yaşlı insanların sosial həyata inteqrasiyası, onların ləyaqətli v
20:33 114 "40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i
15:50 212 Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...
Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis
11:03 167