İstehsalı artsa da, dəyəri düşməyən QARA KÜRÜ - ŞƏRH

İstehsalı artsa da, dəyəri düşməyən QARA KÜRÜ - ŞƏRHÖlkəmizdə qara kürünün istehsalı da, xaricdən idxalı da artıb. Bununla belə, daxili bazarda bu məhsul ucuzlaşmır. Ekspertlər bunu istehsalın az olması və yalnız ixrac üçün nəzərdə tutulması ilə əlaqələndirirlər.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kiloqram nərə balığı kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 49 faiz və ya 203.1 kiloqram çoxdur. Belə ki, 2023-cü ilin ilk doqquz ayı ərzində Azərbaycanda 414 kiloqram nərə balığının kürüsü istehsal edilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kiloqram nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün bir kiloqramının orta ixrac qiyməti isə 1 961 manat təşkil edib. Bu ilin səkkiz ayında Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3 630 kq qara kürü idxal edilib. Bu məhsulun bir kiloqramının orta idxal qiyməti isə 510 manat təşkil edib.

Bəs hazırda bu sahədə vəziyyət necədir? Qara kürü istehsalının artması daxili bazarda bu məhsulun qiymətlərinə necə təsir edəcək?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Ölkəmiz bu sırada çox geridədir"

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, statistikada göstərilən məlumatlar bu sahədəki vəziyyəti tam əks etdirmir. Kürü istehsalında hazırkı vəziyyət statistikada əks olunan rəqəmlərdən bir neçə dəfə çoxdur. İdxal rəqəmləri də reallığı əks etdirmir.

Sədrin fikrincə, istehsalımız çox olsa da, hələ də dünya ölkələrindən xeyli geridəyik:

"Dünyada qara kürü istehsalı 2023-cü ildə 500-550 ton həcmində qiymətləndirilib. Bunun sadəcə 300-350 tonu Çində istehsal edilir. Azərbaycan bu sırada çox geridədir. Baxmayaraq ki, ölkəmizdə qara kürü istehsalı qədim ənənələrə malikdir. Amma istehsalımızı dünya standartları səviyyəsinə qaldıra bilməmişik. Bunun əsas səbəblərindən biri dövlət dəstəyinin olmamasıdır. İstehsalımız 1-2 ton həcmindədir və çox azdır. Yerli kürü əsasən ixracyönümlüdür".

"Çin kürüsü yerli istehsal adı ilə satılır"

Z.Salmanlı deyir ki, ölkəmizə idxal edilən kürünün keyfiyyətinə xüsusi nəzarət olmalıdır:

"Daxili bazarımızda Çin kürüsü satılır. Pərakəndə satış qiyməti 800-900 manatadır. Ehtimallarımıza görə, ölkəmizdə 10 ton kürü istehlakı var. Onun 80 faizindən çoxunu Çin kürüsü təşkil edir. Çin kürüsü müxtəlif adlar altında satılır. Hətta yerli istehsal adı ilə də satılma halları mümkündür. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çindən gələn kürünün keyfiyyətinə daha diqqətlə yanaşmalıdır. Çin kürüsü nərə balıqlarının təmiz növlərindən deyil. Hibridlərdən istehsal olunur. Onların istehsalında konservantlardan istifadə edilir. İstehlakçılarımızı da qorumalıyıq".

Tək çarə dövlət dəstəyidir

Sədr qiymət məsələsinə də toxunub:

"Qiymətlər böyük görünə bilər. Lakin orta dünya qiymətlərinin altındadır. Azərbaycan bazarında bu məhsulun qiymətinin enməsinin yeganə yolu digər nərə cinsli balıq növlərinin ölkəmizə gətirilməsidir. Məsələn, çökə balığı gətirilib. Xəzər dənizinin Volqa hövzəsinə aid, kiçik nərə cinsli balıqdır. Kürüsü bir az daha kiçik olduğu üçün daha münasib qiymətə satılır".

Z.Salmanlının sözlərinə görə, yaxın illərdə istehsalın daha da artırılması gözləniləndir:

"İllik 15 ton istehsal reallaşa bilər. Artımın davamlı olmasının tək yolu bu sahəyə dövlət dəstəyinin göstərilməsidir. Bu, həm bizim mədəni irsimizdir, həmçinin böyük ixrac potensialına malik olan məhsuldur. İqtisadiyyatımız, həmçinin ölkəmizin tanıdılması cəhətdən özünəməxsus rolu var".

Qadağa müsbət təsir edib

İqtisadçı Akif Nəsirli isə düşünür ki, istehsaldakı artımda ovlanmanın qadağan edilməsinin rolu böyükdür:

"Azərbaycanda nərəkimilərin sayının artırılmasını müşahidə edirik. Çünki Xəzər dənizində nərəkimilərin ovlanılması qadağandır. Tək ölkəmizdə deyil, İrandan başqa digər Xəzəryanı ölkələrdə də nərəkimilərin ovlanması qadağan edilib. Qarşıdakı illərdə də bu balıqları süni şəkildə yetişdirən fermerlər təsərrüfatlarını genişləndirə bilsələr, ölkəmizdən qara kürü ixracı da genişlənər".

Fermerlər ixracda maraqlıdırlar

A.Nəsirlinin fikrincə, fermerlər xarici bazarda qoyduqları qiyməti daxili bazara tətbiq edə bilmədiklərindən bunda maraqlı deyillər. Belə olan halda qiymətlərdə enmələr də mümkün olmur:

"Azərbaycanda daxili bazarda qiyməti aşağı salacaq qədər istehsal mümkün deyil. Çünki dünya bazarında qiyməti olduqca yüksəkdir. Yerli kürünün daxili bazara çox az qismi çıxır. Əksəriyyəti isə dünya bazarlarına ixrac edilir. Bəzi hallarda qara kürünün bir kiloqramı 6-12 min dollar arası dəyişib. O səbəbdən artıq hissənin daxili bazara yönəldilməsi mümkün deyil. Belə olan halda daxili bazarda da qiymətin aşağı düşməsini gözləmək doğru olmaz. Fermerlər daha çox ixracda maraqlıdırlar. Dünya bazarında qiymət nə qədər azalsa da, 3-4 min dolların üzərində qalır. Bu səbəbdən daxili bazarımızda qiymətin aşağı düşməsi gözlənilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 667   Tarix: 14 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Benzema bu klubda pulsuz oynamağa razı oldu

Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi

18:45 163
.

Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərd

16:06 189
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

15:05 400
.

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla

12:45 206
.

Rusiya-Ermənistan münasibətlərində yeni mərhələ - Paşinyan nə açıqladı?

Rusiya və Ermənistan ikitərəfli münasibətləri "qiymətləndirmək" barədə razılığa gəliblər. xəbər verir ki, Sputnik Armenia-nın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Bişkekdə keçirilən danışıqlar zamanı iki ölkənin hansı məsələlərdə oxşa

11:13 165
.

Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili

16:56 221
.

Qayğının, həmrəyliyin və qadın həmrəyliyinin ünvanı - QHT sədrləri "LOQOS" Qadın Uzunömürlük Rezidensiyasında

Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilər və yeni layihələrlə ölçülmür. Əsl inkişaf insanın həyatının müxtəlif mərhələlərində özünü nə qədər güvənli, dəyərli və qayğı ilə əhatə olunmuş hiss etməsi ilə də müəyyənləşir. Xüsusilə yaşlı insanların sosial həyata inteqrasiyası, onların ləyaqətli v

20:33 114
.

"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i

15:50 212
.

Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...

Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis

11:03 167
.