Kimsəsizlər öldükdə malı-mülkü kimə qalır?

Kimsəsizlər öldükdə malı-mülkü kimə qalır?2024-cü il ərzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2-si Bakıda, 1-i Sumqayıtda, 1-i isə Oğuz rayonunda olmaqla, fərdi yaşayış evində 4 nəfər meyit tapıblar. Sonradan aidiyyəti üzrə təhvil verilən meyitləri qonşuların aşkarlaması faktları da mövcuddur. Yəni statistika natamamdır.

Ümumiyyətlə, bu tip hadisələr il boyu baş verir və əksər hallarda ölən şəxslər yalqız yaşayan və heç bir yaxını olmayanlardır.

Adətən, vəfat edən şəxsin əmlakı vərəsəlik yolu ilə birinci dərəcəli qohumlarına (əri, ya arvadı, övladı və valideynləri) miras qalır.

Bəs mərhumun vərəsəsi olmadığı halda mülkiyyət kimin sərəncamına keçir?

BiG.AZ bildirir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan vəkil Turan Abdullazadə bildirib ki, sözügedən hal Mülki Məcəllə ilə tənzimlənir:

"Məcəllənin 1165-ci maddəsi vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi ilə bağlıdır. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum olunubsa, vərəsələri olmayan əmlak dövlətin nəfinə keçir.

Başqa hallar da nəzərə alınıb. Məsələn, əgər miras qoyan şəxs ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olubsa, əmlak onların mülkiyyətinə keçir".

T. Abdullazadə qeyd edib ki, ölən şəxsi vərəsəsi mövcud deyilsə və vəsiyyət yoxdursa, əmlak dövlət mülkiyyətinə keçir:

"Qanunvericiliyə əsasən miras, ilk növbədə, ölən şəxsin övladı, əri, arvadı, valideynlərinə keçir. İkinci növbəli vərəsələr ölənin bacı-qardaşı, üçüncü növbədə həm ana, həm də ata tərəfdən nənə və baba hesab olunur.

Daha sonrakı növbə isə xala, dayı, bibi, əmidir. Yəni, hər hansı növbəli vərəsələr mövcud deyilsə, eyni zamanda da vəsiyyatnamə yoxdursa vəfat edənin əmlakı dövlət mülkiyyətinə keçir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 629   Tarix: 14 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Madyar: Macarıstan və Avropa Komissiyası Budapeşt üçün vəsaitlərin blokdan çıxarılmasını müzakirə edir

Macarıstan və Avropa Komissiyası Avropa İttifaqının (Aİ) Budapeşt üçün nəzərdə tutulmuş vəsaitlərinin blokdan çıxarılması ilə bağlı danışıqlar aparır. "Report" xəbər verir ki, bu barədə Macarıstanda seçkilərdə qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar "X" sosia

25.04.2026 167
.

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır. Məsələ ilə bağlı -a açıqlama verən sosioloq Elçin Bayraml

00:25 113
.

Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR

2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. Belə ki, 2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi. Bu is

25.04.2026 203
.

Malinin ən böyük hərbi bazasında partlayış və atışma olub

Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb. xəbər verir ki, bu barədə şahidlərin sözlərinə əsaslanaraq "Reuters" agentliyi məlumat paylaşıb. Məlumata əsasən, hərbi bazaya gedən yollar təhlükəsizli

25.04.2026 131
.

Bakıda fəhlə faciəvi şəkildə ÖLDÜ

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini - 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

25.04.2026 146
.

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər açıqlandı

Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər. Bəs kimlər dövlət hesabına mənzil ala bilər?. xəbər verir ki, məsələ ilə bağlı hüquqşüna

25.04.2026 182
.

Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycana 29,9 milyon ABŞ dolları dəyərində 919 ədəd avtomobil ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %

25.04.2026 150
.

Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?

Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi

25.04.2026 179
.

Rumıniya XİN Qalatsa PUA düşməsi ilə əlaqədar Rusiya səfirini çağırıb

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi Qalats şəhərində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə əlaqədar çağırıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin XİN-nə istinadən məlumat yayıb. Məlumata görə, PUA Ukraynanın mülk

25.04.2026 159
.

TOP MP3