"Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövr milli varlığımızın idrakı məqamıdır"-DEPUTAT

"Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövr milli varlığımızın idrakı məqamıdır"-DEPUTAT"Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövr milli varlığımızın idrakı məqamıdır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təqdim edən ilk azərbaycanlıdır. O, əvvəl milli məfkürəni, sonra isə müstəqil dövləti yaratdı. Minillik dövlətçilik tariximizə, milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi tarixə daxil oldu. Ona qədər bizim siyasi taleyimizdə belə bir kontekslər olmadığı hər kəsə məlumdur. Heydər Əliyev istər hakimiyyətinin birinci dövründə, 1969-cu ildən 1982-ci ilə qədər, istər ikinci dövründə, 1993-cü ildən 2003-cü ilə qədər olan dönəmlərdə Azərbaycanın mənəvi qapılarını, Dədə Qorqudun, Füzulinin, Nizaminin, Nəsiminin, Babəkin, Vaqifin və Hüseyn Cavidin üzünə açmaqla əslində Azərbaycanın məfkurə necəliyini müəyyənləşdirməyi bacardı".

Bunu BiG.AZ-a danışan millət vəkili Elnarə Akimova bildirib.

O, qeyd edib ki, onun istər klassik ədəbiyyatın, istəsə də müasir ədəbiyyatın inkişafında gördüyü işlər danılmazdır. Ulu öndər ədəbiyyata könül işi kimi baxırdı, konseptual yanaşırdı. Ədəbiyyata sevgini bir təlim səviyyəsində gerçəkləşdirirdi. Hər zaman "Ədəbiyyatı və sənəti o qədər sevirəm ki, onlarla görüşmək hər zaman xoşdur" deyirdi:
"O, çətin dövrlərdə verdiyi müsahibədə qeyd edirdi ki, "elmimizin, mədəniyyətimizin çətin dövründə ədəbiyyatımıza çox ehtiyyatla davranmalıyıq. Ədəbiyyatımızı və mədəniyyətimizi bazar iqtisadiyyatının əlinə vermək olmaz".
Yaxud qeyd edirdi ki, "Respublikada çətin dövrləri yaşayırıq. Sosial, iqtisadi çətinliklərlə qarşı-qarşıyayıq. Ədəbiyyat və mədəniyyətdə gördüyümüz işləri sabaha saxlamaq olmaz".
Ona görə də, şairlərin, yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar verirdi. Bu sərəncamlar sadə xarakter daşımır, bir hərəkata çevrilirdi. Özü şair və yazıçılarla birbaşa əlaqədə idi. Əsərlərini oxuyurdu. Şair və yazıçılarla görüşdə Heydər Əliyevin nə qədər unikal bir zəkaya qadir olduğunun şahidi olurduq.
Mən önəmli bir faktı qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyev 1982-ci ildə Bakıda böyük bir konfrans keçirdi. Konfrans "Ədəbiyyat və xalqların dostluğu" adlanırdı. Dünyanın bir çox ölkəsindən yazıçı və şairlər, ədəbiyyat xadimləri ora dəvət edilmişdir. Ümummilli lider konfransda olan xitabını mən xatırlayıram. Ulu öndər deyirdi ki, "bütün dünya Bakıdadır, mən üzümü Bakıya tutub, dünya insanlarını salamlayıram". Bu xitab bir noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində ölkə başçısı İlham Əliyev tərəfindən təkrarlandı.

Heydər Əliyevin üslubunda kəşf edilmiş məsələlər, milli məfkurənin inkişafı bu gün ölkə başçımız İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Son vaxtlar imzalanan sərəncamlara baxsaq mənzərə aydın olacaqdır. "Multikulturalizim ili", "İslam həmrəyliyi ili", "Nizami Gəncəvi ili", "Nəsimi ili", "Şuşa ili", "Heydər Əliyev ili" bunların hər biri mədəniyyətimizin və ədəbiyyatımızın inkişafında çox müqtədir addımların atılmasını göstərir. Bu illərdə hər bir şairin çox saylı kitabı çapdan çıxdı. Müxtəlif dillərə tərcümə olundu. Tədqiqat xarakterli əsərlər meydana çıxdı. Müxtəlif tədbirlər keçirildi.
Bu gün yetişən gəncliyi bir hərəkat, bir amal ətrafında toplamaq üçün bu cür sərəncamların böyük rolu var.
Ölkə başçısı Qarabağ universitetində tələbələrlə görüşdə dedi ki, "Bizi vətənpərvər gənclik yetişdirməliyik. Bu qarşımızda bir məqsəd olmalıdır."
7-ci parlament sessiyasında ilk dəfə təbrikə gəldiyində ölkə prezidenti çıxış edərək qeyd etdi ki, "Bu ilk məqsədimiz sağlam gəncliyin yetişdirilməsidir. Bunun birinci amalı ailədir, ikinci amalı məktəb və cəmiyyətdir. Məhz üçünün birgə olduğu yerdə biz təbii ki, vətənpərvər nəsil yetişdirə biləcəyik".
2020-ci ildə 44 günlük müharibə ilə qazandığımız zəfərdə və digər bütün uğurlarımızda məhz ulu öndər Heydər Əliyevin zamanında düzgün müəyyənləşmiş strategiya dayanır. Bu strategiya bu gün güclü, sivil və modern Azərbaycanın yetişdirilməsində vəsilə olmağı bacardı."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 729   Tarix: 12 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmala

11:30 284
.

Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs

"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə

10:36 169
.

Rusiya rəsmisi: "Ermənistanın Aİ-yə qoşulması onun suveren hüququdur"

Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması onun suveren hüququdur. xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. "Ermənistanın Aİ-yə qoşulması məsələsi Ermənistanın öz işidir. Onlar nə qərar verirlərsə, elə də olacaq. Bu, onları

11:13 162
.

Corc Kluni ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək: Aktyor 2028-ci il üçün üç favoritini AÇIQLADI

Corc Kluni nəhayət özünün prezidentlik kampaniyasını istisna edib, lakin gözlənilmədən 2028-ci ildə partiyanı Ağ evə qaytarmaq üçün ən perspektivli namizəd hesab etdiyi üç demokratın adını çəkib. bildirir ki, "Daily Mail" qəzetinin yazdığına görə, Demokratlar Partiyasının ən nüfuzlu donorlarında

18:30 1
.

Qubada kanaldan meyit tapıldı

Quba rayonunun Gədikqışlaq kəndi ərazisində kanaldan meyit tapılıb. -ın məlumatına görə, meyiti tapılan şəxsin Xaçmaz rayon sakini 58 yaşlı Marina Bağırova olduğu bildirilir. Hadisənin təfərrüatları araşdırılır./APA

18:15 1
.

Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA

Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə

15:57 148
.

12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı

Keçmiş arvadına məxsus "KİA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib. Məlum olub ki, əvvəllə

17:50 50
.

II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)

II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib. Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb. R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qey

10:14 281
.

Mossad Müctəba Xamneyinin izinə düşüb: ABŞ və İsrail onu məhv edə bilərmi?

İran və İsrail arasında qarşıdurmanın yenidən kəskinləşməsi regionda yeni müharibə ssenarisi ilə bağlı narahatlıqları artırıb. "The Jerusalem Post" İranın İsrailə qarşı genişmiqyaslı hücuma hazırlaşdığını yazarkən, İsrail Baş naziri Benyamin Netanyahu Tehran rejiminin dəyişdirilməsinin əsa

10:39 531
.