"Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq bölgəyə yaxşı heç nə vəd etmir" - Bəhruz Məhərrəmov
Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq barədə müqavilənin imzalanması əslində mahiyyətcə yeni situasiya yaratmasa da, özlüyündə bölgəyə yaxşı heç nə vəd etmir:
"Sirr deyil ki, hələ Fransa ATƏT-in Minsk qrupunun mövcudluğu dövründə həmsədr kimi regionda sülh prosesi qarşısında ciddi əngəl kimi çıxış etmiş, Azərbaycanın hərbi-siyasi qələbələrindən sonra isə açıq düşmənçilik mövqeyinə keçərək Ermənistanın silahlandırılması, eləcə də beynəlxalq platformalarda Azərbaycana müxtəlif səpkidə hücumlar reallaşdırmaqla təcavüzkar mahiyyətini nümayiş etdirməkdə idi. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə müəyyən irəliləyişlərin əldə olunması, o cümlədən sülh müqaviləsi üzrə işlərin intensivləşdirilməsi fonunda Fransa özünün pozucu fəaliyyətini daha da intensivləşdirmiş, Ermənistanda revanşist kəsmə dəstək verməklə, o cümlədən bu ölkəni yeni işğal və təcavüz niyyətlərinə cəsarətləndirmək məqsədi ilə İrəvanı yeni nəsil silahlarla yenidən təmin etməyə başlamışdır. Eyni zamanda Paris bölgədə Azərbaycan üzərində "psixoloji üstünlük" yaratmaq və şərti sərhədlərdə hərbi təxribatlara yol açmaq məqsədi ilə istər Avropa İttifaqının "müşahidə" missiyası, habelə Fransanın özünün səfiri başda olmaqla ayrı-ayrı fransız rəsmilər, eləcə də Fransanın və Avropa İttifaqının nəzarətində olan ayrı-ayrı beynəlxalq subyektlərin təmsilçiləri tərəfindən "bnikol" şouları təşkil edilməkdə idi. Lakin Fransanın çoxsaylı cəhdlərinə baxmayaraq Azərbaycan bütün istiqamətlərdə bu ölkənin təcavüzkar meyllərini neytrallaşdıra, hətta əks hücumla Fransanın özünün cinayətkar mahiyyətini ifşa etməyi bacarmışdır. Nəticədə Fransanın nəinki arzu etdiyi status-kvoya nail olunmamışdır, əksinə Azərbaycanın yaratdığı geosiyasi konfiqurasiya daha da möhkəmlənmiş və Bakı bütövlükdə Cənabi Qafqazda əməliyyat şəraitinə nəzarəti və liderlik mövqeyini gücləndirmişdir. Qeyd edilənlər fonunda Fransanın Ermənistanı silahlandırması hansısa ciddi geosiyasi və regional nəticələrə gətirib çıxarmasa belə beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərə münasibətdə, o cümlədən sülh və sabitliyə təhdid kimi çıxış etmək ruhunda olması baxımından yolverilməzdir və hesab edirik ki, beynəlxalq ictimaiyyət ən azı ümumbəşəri niyyətləri rəhbər tutaraq Parisi geri addım atmağa çağırmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 599 Tarix: 11 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda xəyanətə görə təzminat: Məbləğ necə müəyyənləşəcək? - VƏKİLDƏN AÇIQLAMA
Azərbaycanda həyat yoldaşının xəyanətinə görə mənəvi təzminat tələb etmək artıq hüquqi müstəvidə mümkün olan məsələlərdən biridir. Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası ilə bağlı məhkəmə təcrübəsinə yeni yanaşmala
11:30 284 Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs
"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə
10:36 169 Rusiya rəsmisi: "Ermənistanın Aİ-yə qoşulması onun suveren hüququdur"
Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması onun suveren hüququdur. xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. "Ermənistanın Aİ-yə qoşulması məsələsi Ermənistanın öz işidir. Onlar nə qərar verirlərsə, elə də olacaq. Bu, onları
11:13 162 Corc Kluni ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək: Aktyor 2028-ci il üçün üç favoritini AÇIQLADI
Corc Kluni nəhayət özünün prezidentlik kampaniyasını istisna edib, lakin gözlənilmədən 2028-ci ildə partiyanı Ağ evə qaytarmaq üçün ən perspektivli namizəd hesab etdiyi üç demokratın adını çəkib. bildirir ki, "Daily Mail" qəzetinin yazdığına görə, Demokratlar Partiyasının ən nüfuzlu donorlarında
18:30 1 Qubada kanaldan meyit tapıldı
Quba rayonunun Gədikqışlaq kəndi ərazisində kanaldan meyit tapılıb. -ın məlumatına görə, meyiti tapılan şəxsin Xaçmaz rayon sakini 58 yaşlı Marina Bağırova olduğu bildirilir. Hadisənin təfərrüatları araşdırılır./APA
18:15 1 Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA
Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə
15:57 148 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı
Keçmiş arvadına məxsus "KİA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib. Məlum olub ki, əvvəllə
17:50 50 II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)
II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib. Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb. R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qey
10:14 281 Mossad Müctəba Xamneyinin izinə düşüb: ABŞ və İsrail onu məhv edə bilərmi?
İran və İsrail arasında qarşıdurmanın yenidən kəskinləşməsi regionda yeni müharibə ssenarisi ilə bağlı narahatlıqları artırıb. "The Jerusalem Post" İranın İsrailə qarşı genişmiqyaslı hücuma hazırlaşdığını yazarkən, İsrail Baş naziri Benyamin Netanyahu Tehran rejiminin dəyişdirilməsinin əsa
10:39 531