Prezident Ərdoğana zəng etdi
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.
Dövlət başçısı Prezident Rəcəb Təyyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.
Preziden Rəcəb Təyyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.
Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 746 Tarix: 10 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəkası aşağı olan insanların ən çox seçdiyi üç rəng
İnsanların sevdiyi rənglərin onların xarakteri və düşüncə tərzi haqqında müəyyən ipucları verə biləcəyi uzun illərdir psixoloqların diqqət mərkəzindədir. Son araşdırmalardan birində Cənubi Koreyanın Hanayanq Universitetinin alimləri rəng seçimləri ilə insanın koqnitiv xüsusiyyətləri arasında mümkün əlaqən
13.07.2026 282 Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
Beynəlxalq Fizika Olimpiadası tarixində ilkə imza atılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Belə ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-c
13.07.2026 379 "Zəngəzur dəhlizi vacib layihədir"
"Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib. "Onlar çox səmərəl
13.07.2026 215 2 yaşlı qız binadan yıxılıb sağ qaldı
Nərimanov rayonunda iki yaşlı qız üçüncü mərtəbədən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Ə.Orucəliyev küçəsində baş verib. 2024-cü il təvəllüdlü A.Rəhimli eyvandan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlının vəziyyəti ağırdır
13.07.2026 319 ARB TV yeni mövsümdən tam fərqli olacaq
ARB TV-nin bu mövsümdən etibarən formatı dəyişir. Axşam.az xəbər verir ki, bu haqda "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov "Media masası" layihəsində deyib. O bildirib ki, kanal yeni televiziya mövsümündən tam fərqli formatda fəaliyyət göstərəcək. "ARB TV-d
13.07.2026 238 Şakira Mbappenin atası ilə görüşdü: Ulduz Kiliana minnətdardır
Şakira uzun müddətdir dünya çempionatının əfsanəsi statusunu qazanıb - sənətçi turnirə bir neçə mahnı hədiyyə edib. Ulduz Şimali Amerikada mundial üçün bir himn də yazıb, artıq bir neçə oyunu azarkeş kimi izləyib. -ın xarici mediaya istinadən xəbərinə görə, kolumbiyalı Mərakeşlə oyunda Fransa millisin
13.07.2026 262 "Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım"
Azərbaycan Prezidenti İlham Əliyev Folklend adaları məsələsinə münasibət bildirib. "Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda argentinalı jurnalistin Böyük Britaniya və Argentina arasında Malvin (Folklend) adaları ilə bağlı sualın
13.07.2026 357 "Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır"
"Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır". "Qafqazinfo" xəbər veri
13.07.2026 210 Qabları paltaryuyan tozla yumaq olar?
Qab yuyan maye bitəndə bəzi insanlar müvəqqəti çıxış yolu kimi paltaryuyucu tozu və ya yuyucu geli istifadə etməyi düşünür. İlk baxışdan hər iki məhsulun təmizləyici xüsusiyyətə malik olması bunu məntiqli göstərsə də, mütəxəssislər bunun sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. xarici mediay
13.07.2026 236