Lotereyada 33 milyon udan kişi diş həkiminin yanında öldü

Lotereyada 33 milyon udan kişi diş həkiminin yanında öldüFaciə çılğın qələbədən təxminən bir ay sonra baş verib.

Braziliyada lotereya qalibi 33 milyon dollarlıq uduşunun bir hissəsini diş müalicəsi üçün xərclədikdən sonra diş əməliyyatı zamanı vəfat edib.

Hazırda polis Antonio Lopes Sikeyranın ölümünün təbii və ya bədbəxt hadisə olub-olmadığını araşdırır.

73 yaşlı Antonio, dekabrın 4-də qəflətən halı pisləşəndə diş implantı qoyulan klinikada olub. Həkimlər hadisə yerinə gələndə o, arxası üstə uzanıb və yarım saatdan çox idi ürəyi dayanlbmış. O, xəstəxanaya çatdırılsa da, həkimlər onu həyata qaytara bilməyiblər. Ölümün səbəbi hələ müəyyən edilməsə də, onun hipertoniya və şəkər xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Dörd uşaq atası olan Sikeyra, Matu-Qrosoda mal-qara alıb-satan maldar idi. O, noyabrın 9-da Braziliyanın ən böyük lotereyası olan "Mega Sena"da 201.963.763 Braziliya realı (33 milyon dollar) udub. İki gün sonra, noyabrın 11-də o, lotereya tarixinin ən böyük 10 cekpotuna daxil olan tirajın yeganə uduşunu götürüb.

Sikeyranın qazandığı pullarla atmağa qərar verdiyi ilk addımlardan biri diş müalicəsinə başlamaq olub. O, qalan vaxtını necə keçirəcəyini bilməyib, lakin ailəsinə yaxın mənbə ev almağı düşündüyünü deyib. Onlar yerli mediaya deyiblər: "O, hələ nə edəcəyini düşünürdü. Bundan həzz almağa vaxtı yox idi".

Hazırda Kuyabadakı klinikada araşdırma aparılır və polis onu müalicə edən diş həkimini sorğu-sual edəcək. Hüquq-mühafizə orqanları onun ölümünün təbii və ya gözlənilməz sərvəti ilə bağlı olub-olmadığını müəyyən etmək üçün digər şahidlərlə də sorğu-sual edəcəklər. Polis rəisi Edison Pik yerli mətbuata açıqlamasında deyib:

"Əgər bu qəfil xəstəlik olubsa, klinikanın günahı yoxdur. İndi baş verənlərə aydınlıq gətirmək üçün meyitin yarılmasını gözləmək və hesabat vermək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1234   Tarix: 09 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.