"YAŞAT" Fondu 86 762 869.26 manat vəsait xərcləyib

"YAŞAT" Fondu 86 762 869.26 manat vəsait xərcləyib"YAŞAT" Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub.

BiG.AZ xəbər verir ki, öncə Fondun 4 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Ardınca "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.

O bildirib ki, "YAŞAT" Fonduna toplanan vəsaitin həcmi 91 537 792.07 manat olub. Xərclənən vəsaitin həcmi 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manat təşkil edib. 4 milyondan artıq qalan vəsaitin 1 milyonu növbəti ildə təhsil istiqamətində xərclənmə üçün nəzərdə tutulub.

Təqdimatda "YAŞAT" Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 09 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rafael Ağayevə ağır itki

Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib. Axşam.az xəbər verir ki, idmançının atası Mahir Ağayev dünyasını dəyişib. Bu haqda onun dostları sosial şəbəkədə yazıb. Allah rəhmət eləsin!

13.07.2026 494
.

Təhlükəsizlik prioritetdir: TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib

Video yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok üçün Azərbaycandakı istifadəçilər üçün təhlükəsiz və rahat rəqəmsal mühitin formalaşdırılması əsas prioritetlərdən biri olaraq qalır. Məhz buna görə də şirkət istifadəçilərin qorunmasına, kontent yaradıcılarının dəstəklənməsinə yönəlmi

13.07.2026 370
.

"Zəngəzur dəhlizi vacib layihədir"

"Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək". "Qafqazinfo" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib. "Onlar çox səmərəl

13.07.2026 217
.

İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO

"Xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır. xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rusiyalı jurnalist Mixail Qusmanın sualını cavablandırarkən deyib

13.07.2026 270
.

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya XİN-ə istinadən məlumat yayıb. Rusiyanın Almaniyaya, onun Avropa İttifaqındakı tərəfdaşlarına və Ukraynaya qarşı apardığı kiberkampaniyanı

13.07.2026 237
.

Arvadını naqillə boğub öldürən şəxslə bağlı YENİ QƏRAR

Bakıda həyat yoldaşını uşaqlarının gözü qarşısında boğaraq öldürən Ziyəddin Quliyevin apelyasiya şikayətinə baxılıb. -ın verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmin Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində yekun qərar qəbul edilib. Qərara əsasən, birinci instansiy

13.07.2026 332
.

Polşa Ukraynaya "Patriot" raketləri bağışladı

Polşa Ukraynaya 3-9 ədəd "Patriot" zenit-raket kompleksinin raketini təhvil verib. xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib. Onun sözlərinə görə, Ukraynaya üçdən doqquzadək "Patriot" raketi verilib:. "Raketlər 2026-cı ilin yazında NATO ölkələrini

13.07.2026 267
.

ABŞ ordusu İrana son hücumların başa çatdığını bildirir

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı son hücumlarını tamamladığını bildirir və bu hücumlar təxminən 30 dəqiqə əvvəl bazar ertəsi günü saat 22:15-də (Çərşənbə axşamı saat 02:15 GMT) Vaşinqtonda başa çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Mərkəzi Komandanlıq Komandanlığının (CENTCOM) X-də verdiy

10:16 44
.

Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?

Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər

13.07.2026 298
.

TOP MP3