Azərbaycanda qulağına səslər gələn kişidən DƏHŞƏTLİ ƏMƏL: Həyat yoldaşını bıçaqladı

Azərbaycanda qulağına səslər gələn kişidən DƏHŞƏTLİ ƏMƏL: Həyat yoldaşını bıçaqladıXırdalan şəhərində 33 yaşlı Miryunis Miriyev həyat yoldaşını bıçaqlayıb.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksində baş verib.

1991-ci il təvəllüdlü Miryunis Miriyev gecə saat 2 radələrində bıçaqla həyat yoldaşı Xalidəyə hücum edib. Döş qəfəsindən ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Araşdırmalar zamanı məlum olub ki, Miryunis bir neçə il əvvəl ruhi-əsəb xəstəliyindən əziyyət çəkib və müalicə olunub. Lakin onda bəzi problemlər qalıb. Hadisə baş verən gün də M. Miriyevin qulağına səslər gəlib və arvadını bıçaqlamaq fikrinə düşüb.

Bıçaqlanan qadın hadisə barədə ifadəsində bunları deyib:

"2021-ci ildə ailə qurmuşuq, oğlumuz dünyaya gəlib. Ərimlə münasibətlərim yaxşı olub, o, mənə və uşağına qarşı qayğılı, diqqətli insandır. Miryunis ilə evlənəndən sonra bildim ki, təxminən 3-4 il əvvəl Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb. Hadisədən təxminən 2 həftə əvvəldən başlayaraq Miryunis mənə onun qulağına səslər gəldiyini və bu səslərin ona "Həyat yoldaşın sənə xəyanət edir, əvvəl onu öldür, sonra da özünü öldür" dediyini bildirirdi. Mən bu məsələni ciddiyə almırdım, onu sakitləşdirməklə kifayətlənirdim. Hadisə baş verdiyi 7 fevral 2024-cü il tarixdə Miryunislə gün ərzində evdə olmuşuq. Həmin gecə saat 2 radələrində ərim narahat vəziyyətdə evin daxilində var-gəl etməyə başladı, yenidən qulağına səslər gəldiyini dedi. Qorxduğum üçün qayınanama zəng etdim. Mənə uşağı götürüb baldızımgilin evinə getməyimi tapşırdı. Həmin vaxt Miryunisin intihar edəcəyindən ehtiyatlandığım üçün baldızımgilə getmədim. Bu zaman ərim mətbəxdən bıçaq götürüb geri qayıtdı və qəfil hücum edərək məni vurdu. Qapını açıb pilləkənlərlə qaçıb yaxınlıqda yerləşən digər binada yaşayan baldızımgilin evinə getdim. Qapını açıb məni içəri saldılar, ilkin tibbi yardım göstərdilər. Sonra gedib evdən uşağı da gətirdilər. Bundan sonra məni xəstəxanaya çatdırıb əməliyyat etdirdilər".

Bıçaqlanan qadın bildirib ki, hazırda əri ilə bir evdə mehriban şəraitdə yaşayırlar və onun həbs olunmasını istəmir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ötən həftə M. Miriyevə hökm oxuyub. Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəza şərti hesab edilib və təqsirləndirilən şəxs azadlıqda qalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 987   Tarix: 08 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadını şantaj edən gənc həbs olundu

Bakıda qadını şantaj edən gənc həbs olunub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəf

10.10.2026 172
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10.10.2026 167
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

00:13 108
.

Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu

10.10.2026 132
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10.10.2026 175
.

London polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır

Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə

10.10.2026 179
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10.10.2026 344
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10.10.2026 223
.

Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birg

10.10.2026 165
.