"Ermənilər nə qədər istəsələr də bu musiqini öz adlarına çıxara bilməzlər"-Aydın Xan Əbilov

"Ermənilər nə qədər istəsələr də bu musiqini öz adlarına çıxara bilməzlər"-Aydın Xan ƏbilovErməni ifaçıları və musiqişünasları plaqiatçılıq ənənələrinə sadiq qalaraq, vaxtaşırı Azərbaycan xalq mahnılarını özününküləşdirib, sosial şəbəkələr və müxtəlif media vasitələri ilə erməni nümunələri kimi dünyaya yayımlamağa davam edirlər. Bir neçə gün əvvəl erməni DJ Garo Makaryan Azərbaycan xalq mahnısı "Aman Tello"nun musiqisinin erməni bəstəkarına aid olduğunu bildirən video paylaşıb.

Mövzu ilə bağlı Big.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının rəhbəri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydınxan Əbilov bildirib ki, məkan baxımından Qafqaz o qədər də böyük yer hesab edilmir. Burada xalqların, millətlərin, etnik qrupların, el mahnı və nəğmələri, hətta peşəkar bəstəkar müsiqisi bu və ya digər söz və musiqisində aranjıman edilib dəyişdirilərək müxtəlif xalqların dilində dəfələrlə səslənir:

"Ermənilər nə qədər istəsələr də bu musiqini öz adlarına çıxara bilməzlər"-Aydın Xan Əbilov"20-ci əsrin əvvəllərində Sovet dövrünün ilkin vaxtlarında bütün respublikalarda rayonlar, kəndlər, şəhərlərə ezam edilən müsiqişunaslar, məsələn, Azərbaycandan görkəmli bəstəkar Müslüm Maqomayev, erməni musiqişünası Komitas və başqaları kənd yerlərinə gedərək xalq mahnıları, el havaları, hətta rəqsləri toplayır, bir çoxlarını nota alır, sözlərini qələmə alıb, kitablar şəkilində nəşr etdirirdilər. İstər "Sarı gəlin", istər "Aman Tello" əsərləri həmin sıradadır. Vaxtılə Azərbaycan və türk mahnıları, el şərqiləri yarandığı yerdən aslı olaraq bu və ya digər dərəcədə hansısa xalqların musiqi havasından bəhrələnə bilər. Bir çox xalqlar Azərbaycanın aşıq sənəti, el nəğmələri və rəqslərindən gen-bol istifadə ediblər.
Biz dəfələrlə qeyd etmişik ki, istər folklor nümunələrimiz, istər el mahnıları, aşıq havaları, bəştəkarların yaratdılğı əsərlər vaxtında nota alınmayıb. Sovet dövründə bu məsələyə dırnaqarası yanaşıldığına görə digər xalqlar bu əsərləri öz adlarına çıxara bilirdilər.
Yaxşı ki, kino filmlər, Müslüm Maqomayev, Üzeyir Hacıbəyov, Xan Şuşinski kimi bəsətkar və musiqişünaslarımız var. Bu kulturoloji sərvətin böyük bir hissəsini Azərbaycan dilində kitablar şəkilində, not halında nəğmələrin mətnlərini çap ediblər.
Məsələn "Aman Tello" əsəri çox oynaq, türk-Azərbaycan xalq musiqisinin dəyərli nümunələrindəndir. Bu musiqi ötən əsrin 70-80-ci illərində dəbdə olan mahnıdır. Hətta "Bəyin oğurlanması" filmində, bir çox tamaşalarda istifadə edilib. Bu xalq mahnısının əsasında görkəmli bəstəkar Oktay Kazımi xalq şairi Vahid Əzizin sözünə yazdığı "Aman Tello" variasiyasını yaradıb. İfaçısı isə tanınmış sənətçi Məmmədbağır Bağırzadə idi. Cabbar Qaryağdıoğlunun səyi ilə xor tərəfindən 1908-ci ildə də bu mahnı ifa edilib. 1909-cu ildə isə Varşavada bu musiqi vala yazılıb".

"Ermənilər nə qədər istəsələr də bu musiqini öz adlarına çıxara bilməzlər"-Aydın Xan ƏbilovAydın xan Əbilov qeyd etdi ki, musiqi əsərinin ermənilər tərəfindən dəfələrlə öz adlarına çıxmasının şahidi olmuşuq. 1959-cu ildə çapdan çıxmış musiqi lüğətində erməni bu mahnını 3 mindən artıq musiqi siyahılarına aid ediblər. Bu musiqi məhz Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yaratdığı xalq musiqidir:

"1925-ci ildə elm və incəsənət musiqisinin yanında xalq musiqisi və folklorunun toplanması haqqında bölmə yaradılmışdı. Həmin bölmədə erməni bəstəkar Komitasın tələbəsi Məlikyan bizim musiqiləri erməniləşdirməklə məşğul idi. Daha sonra ABŞ-də yaşayan erməni diasporasının nümayəndələri, müxtəlif müğənnilər, rok qrupları ifa edib. Bu ifaların çoxu təhrif edilib.
"Aman Tello" mahnısının Türkiyədə Ərzurum və Ərdıhan versiyaları mövcuddur. Bu da bizim musiqiyə çox yaxındır.
Təəssüf ki, folklor musiqiləri və xalq mahnıları müəllif hüquqlarına aid edilmir. Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilk dəfə folklor nümunələrini UNESCO tərəfindən qeydiyyata alınması ilə bağlı böyük işlər apardı. Bizim folklor nümunələri ilə yanaşı "Aman Tello" mahnısına da müəlliflik hüququ qazandırıldı. İndi ermənilər nə qədər istəsələr də bu musiqi öz adlarına çıxara bilməzlər.
Yeri gəlmişkən, onu qeyd edim ki, bizim minlərlə mahnılarımız, rəqslərimiz, folklor nümunələrimiz var ki, istər Moskvada, istər Varşavada, qardaş Türkiyə və İranda da Qafqaz və ya erməni musiqi nömrəsi kimi nümayiş etdirilib. Bununla bağlı ardıcıl olaraq işlər aparılmalıdır. Azərbaycan musiqi əsərlərinə mütləq müəlliflik hüququ qazandırılmalıdır.
Onu da qeyd etməliyəm ki, əgər bizim musiqimizdən istifadə edilirsə, ermənilər öz genetik kodlarını dağıtmış olurlar. Bizim kulturoloji şifrələrimiz onların genetik kodunu dağıdır. Yavaş-yavaş mədəniyyət vasitəsilə özümüzə ram edib, işğal edir. Əgər erməni toylarında bizim mahnılar oynanılırsa, ermənilərin "Böyük Ermənistan" xülyaları yox olur. Bu da xalqlar arasında sülhün bərqərar olunmasına köməklik edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1511   Tarix: 21 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mançester Siti"nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Antuan Semenyo zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib. Onun sözlərinə görə, Qana millisinin üzvünün təxminən səkkiz həftə meydan

19.10.2026 349
.

Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır

Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə

10:55 187
.

Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər

Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql

12:07 198
.

Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?

Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl

15:17 183
.

Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA

"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər

13:15 189
.

Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz

13:01 278
.

Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d

13:43 185
.

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy

19.10.2026 518
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. BİG.AZ -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:14 434
.