Boks üzrə dünya çempionu öz titulunu itirdi

Boks üzrə dünya çempionu öz titulunu itirdiOktyabrın 12-dən 13-nə keçən gecə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) peşəkar boks gecəsi baş tutub.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, gecədə WBA Super və IBO versiyası üzrə orta ağır çəkidə çempion titullarının sahibi rusiyalı Dmitri Bivol və onun həmyerlisi WBC, IBF və WBO versiyaları üzrə dünya çempionu Artur Beterbiyev üz-üzə gəliblər.

Döyüş hakimlərin fərqli qərarından sonra Bivolun məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, Dmitri Bivol 2017-ci ildən bəri sahib olduğu dünya çempionluğunu itirib və karyerasında ilk məğlubiyyətini alıb. İndiyədək rusiyalı 23 döyüşdə qalib gəlib, onlardan 12-si vaxtından əvvəl başa çatıb. Beterbiyevlə döyüşdən sonra o, WBA Super və IBO titullarından məhrum olub.

Beterbiyev isə məğlubiyyətsiz döyüşçü olaraq qalır. Onun hesabında 21 qələbə var.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1321   Tarix: 13 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm"

"IRONMAN 70.3 Baku" yarışında ilk finiş edən xorvatiyalı triatlonçu Matej Jukiç yarışdan sonra təəssüratını bölüşüb. xəbər verir ki, Xorvatiyanın kiçik şəhərlərindən birindən olduğunu bildirən idmançı Bakıda göstərdiyi nəticədən razı qaldığını deyib. O qeyd edib ki, bu, onun şəxsi ən yaxş

05.09.2026 149
.

Çiro İmmobile karyerasını başa vurdu

36 yaşlı italiyalı hücumçu Çiro İmmobile futbolçu karyerasını başa vurub. xəbər verir ki, bu barədə "Paris" futbol klubunun sosial şəbəkə hesabında yaydığı rəsmi açıqlamada bildirilib. İmmobile 2026-cı ilin fevralında Paris klubuna keçib. Ötən mövsüm Liqa 1-də 12 matçda meydana çıxan futbolç

16.08.2026 367
.

Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezlə evlənib. Axşam.az xəbər verir ki, bu barədə məlumatı futbolçu özü təsdiqləyib. Ronaldo sosial media hesabında Corcina ilə nikah üzüklərini yayımlayıb. Qeyd edək ki, Ronaldonun be

12.08.2026 543
.

Azərbaycan UEFA reytinqində neçəncidir?

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ

28.08.2026 227
.

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı

29.08.2026 201
.

"Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb. "Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ili

22.08.2026 302
.

Onlar "Sabah"la oynamaq üçün Bakıya gələcəklər

Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya"

27.08.2026 388
.

Məğlubedilməz 33 yaşlı boksçu vəfat etdi

Puerto-Rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə onun atası sosial şəbəkələrdə məlumat paylaşıb. Kolon 2015-ci il oktyabrın 17-də ABŞ-da məğlubedilməz Terrel Uilyamsla döyüşdən sonra kədərli şöhrət qazanmışdı. Həmin görüşdə Priçard başı

15.08.2026 369
.

"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı

Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb

27.08.2026 230
.