Sumqayıt məktəbində DƏHŞƏT: 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər... - FOTO

Sumqayıt məktəbində DƏHŞƏT: 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər... - FOTOSumqayıt məktəbində 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər.

Qeyd edək ki, ağılasığmaz hadisə Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə baş verib.

Zərər çəkmiş uşağın atası Maxsudov Əliağa Mahmud oğlunun Azmedia.Az-ın qaynar xəttinə verdiyi məlumata görə:

"Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin 5H sinif şagirdi 21.06.2014-cü il təvəllüdlü Maxsudov Kənan Əliağa oğlu tənəffüs zamanı, sanitar qovşaqda olarkən içəri 7Ç sinif şagirdi olan Məmmədov Cəlil (ad şərtidir), sanitar qovşağa daxil olaraq elektron siqaret çəkmək məqsədilə, qeyri-etik ifadə işlədərək çölə çıxmasını tələb edib, həmin ifadəni mənim övladım ona deyən zaman, onu qucağına alaraq 4-cü mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən başını çölə çıxararaq, pəncərədən atacağını deyib və heçkimə bu haqda danışmamağıyla bağlı təhdid edib. Uşağı məktəbdən götürəndə ağız ətrafında sarılıq, qorxudan özünəqapanmış və fərqli davrandığını hiss edib nə baş verdiyini çətinliklə öyrəndik. Uşağı həkim (psixoloq) müayinəsindən keçirdik.

Bu məsələ ilə bağlı növbəti gün, məktəbin direktoru olan Süleymanova Adilə xanımın qəbulunda olduq və uşağın həmin məktəbdə çalışan tarix müəlliminin övladı olduğunu öyrəndik. Daha sonra həm təhsil nazirliyi qaynar xəttinə, həm Sumqayıt şəhər təhsil şöbəsinə yazılı ərizə ilə müraciət etdik. Eyni zamanda həmin gün axşam saatlarında 102-ə məlumat verərək, 4 saylı polis şöbəsinə ərizə və izahat təqdim etdik. Bu hadisədən sonra nə məktəb müdiriyyəti, nə polis, nə də təhsil nazirliyindən heç bir geridönüş almamışıq. Uşaq qorxduğu uçun dərsə getməkdən imtina edir və nəticədə təhsildən geri qalır. Mən, bununla bağlı bir valideyn olaraq çox narahatam, övladımın və onun timsalında bütün uşaqların psixoloji, fiziki şiddətə məruz qalmadan təhsil alması üçün məsələnin həll yolunun tapılmasını aidiyyatı qurumlardan xahiş edirəm.

Zərərçəkənin valideyni əlavə edir ki, qarşı tərəfə hadisə ilə bağlı danışıq üçün müraciət etsə də, məsələnin həlli üçün çalışmaq, ən azından üzrxahlıq etmək əvəzinə ona hədə-qorxu gəlmişdir.

Qeyd edək ki, hadisə ilə bağlı zərərçəkmiş uşağın psixi travma aldığına dair həkim rəyləridə mövcüddür. Hazırda şagirdin valideynləri tələb edir ki, məsələ araşdırılaraq, zərər verən tərəf məktəbdən kənarlaşdırılsın.

Sumqayıt məktəbində DƏHŞƏT: 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər... - FOTOSumqayıt məktəbində DƏHŞƏT: 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər... - FOTOSumqayıt məktəbində DƏHŞƏT: 5-ci sinif şagirdini 4-cü mərtəbədən atmaq istədilər... - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 786   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Abdulla Gülün xanımını İngiltərədə soydular

Türkiyənin sabiq Prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gülü İngiltərədə qarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd olunur ki, hadisə sentyabrın 13-ü baş verib. İngiltərəyə gedən cütlük Türkiyəyə qayıdan zaman H. Gülün çantası poli

04.10.2024 363
.

Həftəsonu güclü geomaqnit qasırğası olacaq

Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək. Bu barədə "Qafqazinfo"ya BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaları

04.10.2024 186
.

Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

04.10.2024 243
.

Dünyanın ən məşhur inəyi - Niyə "Ginnesin Rekordlar Kitabı"na düşdü?

Dünyanın ən məşhur inəyi "Blosom" adlı Holşteyn cinsinin nümayəndəsidir. O, çox mehriban və həm də çox hündür idi. xarici KİV-ə istinadən xəbər verir ki, Blosom dünyada boyu 190 santimetrə çatan yeganə inək kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. 2015-ci ilə qədər yer üzünd

04.10.2024 377
.

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı

Azərbaycanda bərbər özünü polkovnik-leytenant kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunur. "Qafqazinfo"nun istintaq materiallarından əldə etdiyi məlumata görə, 41 yaşlı Samir Nəsibov 13 nəfərə yaxşı qazanc vəd edərək onları aldadıb. Bu işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsind

04.10.2024 293
.

Bakıda 20 yaşlı oğlan bank kartını oğurlayıb alış-veriş etdi

Bakı şəhər sakini olan bir nəfərin bank kartından 2605 manatının oğurlanması barədə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşl

04.10.2024 196
.

Şimali Koreya liderinin bacısı hərbi paradı "mənasız təlxəklik" adlandırdı

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyada Silahlı Qüvvələr Günü münasibətilə Seulda keçirilən hərbi paradı "mənasız təlxəklik" adlandırıb. BİG.AZ xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. "Seuldakı hazırkı oyunlar haqqınd

04.10.2024 137
.

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi - Bakıda görülməmiş VƏHŞİLİK

Bakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib. -ın əldə etdiyi məlumata görə, ürəksızladan cinayət hadisəsi Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ. Ələsgərov tərəfindən zorla diləndirilib. İ. Ələsgərov uşağı diləndirmək üçün on

04.10.2024 273
.

3600 illik ağaca niyə "Musa ağacı" deyirlər?

Türkiyədə, Hatayın Hıdırbəy rayonunda yerləşən çinar ağacını Həzrəti Musanın əkdiyi güman edilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən də ağac yerli xalq tərəfindən "Musa ağacı" kimi tanınır. Gövdəsinin eni 7,5 metr, hündürlüyü 17 metr olması ilə bölgənin simvoluna çevrilə

04.10.2024 130
TOP MP3