Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ
Noyabr ayında Bakıda 70 mindən çox qonağın iştirakı ilə gerçəkləşəcək COP29 tədbiri ilə bağlı xüsusi plan hazırlanıb. Paytaxtda yerləşən idarə və təşkilatların fəaliyyətindən tutmuş, məktəb və universitetlərin fəliyyətinədək dəyişikliklər edilib.
Həmin müddətdə insanların kütləvi şəkildə şənləndikləri toy mərasimlərinin keçirilməsi ilə bağlı isə fərqli versiyalar irəli sürülür. Bəziləri toyların təxirə salınacağını desə də, digərləri bunun əksini iddia edir.
Bəs görək, şou əhli həmin ərəfədə toylar üçün öncədən təklif alıbmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı həmin vaxt üçün toy təklifi gəlmədiyini bildirib:
"Biz elə insanlarıq ki, hər şeyi anlayışla qəbul edirik. Əgər ölkəmizdə bu cür ciddi bir tədbir varsa və toylar tıxaclara səbəb ola bilərsə, insanlar çalışırlar ki, işlərini sığortalasınlar və həmin ərəfədə toy etməsinlər. 15 gün tez və ya 15 gün gec toy məclisi təşkil etməklə bir şey olmaz. Təki Allah hamıya toy, xeyir günlər nəsib etsin. Mənim üçün noyabrın 25-nə, 27-nə əvvəlcədən yazılıblar. COP-29 ərəfəsində hələ ki, Bakıda toy təklifi almamışam.
Tədbir keçirilən günlər üçün şəhərdən kənar, daha çox Moskvadan zənglər gəlib.
İnsanlar xərc çəkir, məclis təşkil edir. Hamı istəyir ki, toyu rahat, problemsiz keçsin, ona görə də tədbir ərəfəsində məclis təşkil etmirlər.
Əgər tədbir vaxtı toy etsələr, yolların çoxu bağlı olduğu üçün hər kəs məclisdə iştirak edə bilməyəcək, nəticədə toy yiyəsi ziyana düşəcək. Ona görə də, tədbirin bitməsini gözəyirlər".
Müğənni Tacir Şahmalıoğlu bildirib ki, toylar bir neçə günlük qadağan olunsa da, bu, ciddi problem yaratmayacaq:
"COP-29 tədbiri zamanı Bakıda toyların qadağan olunacağı ilə bağlı söz-söhbət dolaşır.
Bizim işimiz xalqdan asılıdır, əgər toylar olmasa, biz müğənnilər də işləməyəcəyik. Bu, beynəlxalq tədbirdi, əgər toylar dayandırılsa, başa düşülən olar. Bu, bizim üçün ciddi problem olmaz, dayandırılarsa, buna hörmətlə yanaşarıq. Təki COP-29-un xalqımıza, ölkəmizə faydası olsun. Biz lazım olsarsa, bir neçə gün işlərə fasilə verə bilərik, burada dəhşətli heç nə yoxdur".
Müğənni Afət Fərmanqızı isə noyabr ayı üçün Bakıda deyil, Rusiyada bir neçə toy məclisində iştirak edəcək:
"Bir neçə gün əvvəl Bakıda idim, amma artıq Moskvaya geri gəlmişəm. İş fəaliyyətim buradadır deyə, mənim üçün COP-29 vaxtı da iş olacaq.
Yenidən Bakıya gələcəyəm, çünki 7 oktyabrda oğlumun toyu olacaq. COP-29 ərəfəsində toyların qadağan ediləcəyi ilə bağlı yayılan söz-söhbətləri mən də eşitmişəm, amma hələ ki, rəsmi qərar yoxdur. Buna baxmayaraq, tədbir ərəfəsində Bakıdan heç bir toy təklifi almamışam. Noyabr ayında Moskvada və Rusiyanın digər şəhərlərindəki toy məclislərində iştirak edəcəyəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1763 Tarix: 04 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
05.09.2026 299 Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Avqustd
05.09.2026 134 Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi - ŞAD XƏBƏR
Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Yeni modelin əsas fərqi ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa neçə sərnişin mindiyindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyən edilmi
00:17 0 Girne sahillərində gəmi faciəsi: Daha bir cəsəd tapıldı, ölənlərin sayı artdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. -ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barəd
05.09.2026 168 Bu şəxslər pullarını GERİ ALA BİLƏCƏK - YENİLİK
Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır. xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul ola
00:09 0 Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini avqustda 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır. Avqustda isə Türkiyə Azərbaycan
05.09.2026 65 Bakıda "IRONMAN 70.3" yarışı ilə əlaqədar bağlanan yollar vaxtından əvvəl açıldı
Sentyabrın 5-də Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətləri nəzərdə tutulduğundan daha əvvəl aradan qaldırılıb. xəbər verir ki, şəhərin bəzi küçə və prospektlərində tətbiq olunan məhdudiyyətlər götürülüb və yolla
05.09.2026 156 Pay torpaqları vətəndaşlardan alınacaq? - VACİB AÇIQLAMA
"Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub". BİG.AZ -ə istinadla xəbər veri
05.09.2026 182 Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur
Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə
05.09.2026 159