Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi - Bakıda görülməmiş VƏHŞİLİK

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi - Bakıda görülməmiş VƏHŞİLİKBakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, ürəksızladan cinayət hadisəsi Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ. Ələsgərov tərəfindən zorla diləndirilib.

İ. Ələsgərov uşağı diləndirmək üçün onu hər gün döyüb və əllərinə siqaretlə dağ basıb. Bu yolla o, uşaqdan hər gün dilənməklə 30-120 manat arası məbləğ tələb edib. Azyaşlı hədə-qorxu altında bu tapşırığı yerinə yetirmək üçün Zabratda qapı-qapı dilənməyə məcbur olub. Bəxtsiz uşağın bu faciəvi həyatı 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək davam edib.

Məlumata əsasən, azyaşlının atası bir neçə il əvvəl onları atıb. Anası isə illər əvvəl dünyasını dəyişib. Uşaq yalnız nənəsinin himayəsində yaşasa da, yaşlı qadın ona baxa bilməyib. Azyaşlı zərərçəkəni dilənməyə məcbur edən İ. Ələsgərov isə onların qonşusu olub.

Uşağa qarşı bu qandonduran zorakılığın qarşısını polis əməkdaşları alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Ələsgərovu saxlayaraq, istintaqa təhvil veriblər. Onun barəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü (məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 957   Tarix: 04 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

80 yaşlı Gülsüm nənə sevgilisinə görə EVDƏN QAÇDI - Oğlu infarkt oldu

Konyanın Seydişehir rayonunda yaşayan 80 yaşlı qadın Gülsüm A., təqaüdünü almağa getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olub. "Bakupost" Türkiyə KİV-ə istinadla xəbər verir ki, onların arasında yaranan dostluq zamanla sevgiyə çevrilib. Belə ki, bir gün Gülsüm A. xəstəxanaya gedəcəyin

00:16 81
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

05.09.2026 161
.

ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı

ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib. xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişini

05.09.2026 159
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

00:21 52
.

On bir gün sonra möcüzə: Nepal fəlakətindən daha bir nəfər sağ tapıldı

Nepalın Bhote-Koşi çayında baş verən dağıdıcı daşqınlardan sonra Rasuva dairəsində inşası davam edən "Upper Trişuli" su elektrik stansiyasının tunelində əcnəbi vətəndaş aşkar edilib. xəbər verir ki, bu barədə Nepal ordusu "X" sosial şəbəkəsində məlumat yayıb. Hərbçilərin bir kişiy

05.09.2026 174
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

00:13 70
.

Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib

Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar iki ölkənin paytaxtlarına zərbə endirilməməsini nəzərdə tutan qısamüddətli atəşkəs barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barəd

05.09.2026 160
.

Səudiyyə Ərəbistanı ABŞ-dən 5 milyard dollarlıq aviabomba alır: Nə baş verir?

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri təxminən 5 milyard dollar olan "JDAM-ER" artırılmış uzaqmənzilli yüksəkdəqiqlikli aviasiya sursatlarının və əlaqədar avadanlıqların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məluma

05.09.2026 110
.

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır - Azərbaycan hazır olmalıdır

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə "El-Nino" hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir. Planetimizi və Azərbaycanı nə gözləyir?. Bu barədə -a "Səma və Eko"

00:25 58
.