Cəlilabadda canavarlar təsərrüfata hücum edib

Cəlilabadda canavarlar təsərrüfata hücum edibSon günlər Cəlilabad rayonunda canavarların təsərrüfatlara hücumlarının artdığı bildirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, vəhşi heyvanlar daha çox rayonun Həzi Aslanov və Rəşad Zeyniyev küçələri ərazisində müşahidə olunur.

Sonuncu hücum rayon sakini Mahir Quliyevin təsərrüfatında qeydə alınıb. Onun sözlərinə görə, canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıb. Sakin bildirib ki, son bir ay ərzində ümumilikdə 40-a yaxın xırdabuynuzlu heyvanı vəhşi heyvanların hücumu nəticəsində tələf olub.

Zərər çəkmiş təsərrüfatlarda ümumi maddi ziyanın 50 min manata yaxın olduğu qeyd edilir.

Məsələ ilə bağlı Cəlilabad şəhər bələdiyyəsinin sədri Vahid Mirzəyev vəziyyətdən xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və dəqiqləşdirmələr həyata keçirilir.

"Aidiyyəti qurumlarla birlikdə problemin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin görülməsi planlaşdırılır", - deyə sədr bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 716   Tarix: 28 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənədsiz ev avtomatik olaraq qanunsuz tikili sayılırmı? - Ekspertdən açıqlama

"Hər hansı tikilinin sənədsiz olması avtomatik olaraq onun qanunsuz tikili olması anlamına gəlmir. Burada torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, həmin ərazi üzrə şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər ayrıca araşdırılmalıdır"

24.09.2026 201
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Bu gün axşam Quba-Qusar bölgəsində, sentyabrın 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

24.09.2026 306
.

Pakistanın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində 4 mülki şəxs həlak olub, Kabul bildirib

Pakistan hava qüvvələrinin cümə axşamı günü Əfqanıstanda dronların buraxılması və saxlanması üçün istifadə edilən 10 yerə zərbə endirdiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu hədəflərdən bəziləri bir gün əvvəl Pakistana qarşı istifadə edilmişdi ki, bu da müttəfiqlərin düşmənə çevrilməs

24.09.2026 191
.

Bakıda kişi sükan arxasında öldü

Bakıda kişi sükan arxasında ölüb. xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini 68 yaşlı Zahab İrez oğlu Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobildə qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılı

24.09.2026 209
.

Brad Pittin yeni filminə təriflər yağdı

Brad Pittin baş rolda çəkildiyi, rejissoru David Ayer olan "Vahşinin ürəyi" (Heart of the Beast) filminin ilk tənqidi rəyləri yayımlanıb. Alyaskanın sərt təbiətində iti Odinlə birlikdə sağ qalmağa çalışan keçmiş hərbçinin hekayəsindən bəhs edən film tənqidçilər tərəfindən emosional təsir güc

24.09.2026 228
.

"Həmin müğənnilər tənqidi özləri qazanırlar"

"Müğənniyə pis sözlər yazırlar, tənqid edirlər. Amma o müğənni bunu özü qazanıb". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Meqa şou" verilişində deyib. Müğənni bəzi həmkarlarını geyiminə və davranışlarına görə tənqid edib:. "Ekranın o biri tərəfində

24.09.2026 184
.

"Barely Breathing" mahnısı ilə dünyaca məşhurlaşan musiqiçi Duncan Sheik vəfat edib

"Barely Breathing" mahnısı ilə dünyada tanınan, Broadway-in mükafatlı "Spring Awakening" müziklinin bəstəkarı Duncan Sheik 56 yaşında vəfat edib. xarici mediaya istinad edərək xəbər verir ki, Sheik-in anası məşhur musiqiçinin Nyu-Yorkda ürək dayanması nəticəsində həyatını itirdiyin

24.09.2026 183
.

ABŞ kəşfiyyatından Avropaya xəbərdarlıq: Rusiya Fransa, İspaniya və İtaliyaya zərbə endirə bilər

ABŞ kəşfiyyatının Avropanın bir sıra ölkələrinə Rusiyanın mümkün dron əməliyyatı ilə bağlı xəbərdarlıq etdiyi bildirilir. İspaniyanın "El Mundo" qəzetinin məlumatına görə, söhbət Rusiyanın Aralıq dənizindəki kommersiya gəmilərindən dronlar buraxaraq Fransa, İspaniya və ya İtaliyadakı hədəflər

24.09.2026 222
.

Hindistanda avtobus yanıb - 9 nəfər həlak olub

Hindistan paytaxtı Dehli yaxınlığındakı Böyük Noyda rayonunda sürətli avtomagistralda avtobusda baş verən yanğın nəticəsində azı 9 nəfər həlak olub. Bu barədə ANI agentliyi məlumat yayıb. Hadisə zamanı avtobusda 35 sərnişin olub. Yanğının səbəbləri müəyyənləşdirilir. Faktla bağlı cinayət işi açılıb

24.09.2026 138
.