"Mən oğlumla fəxr edirəm" - Şəhid anası Radə Qurbanova

"Mən oğlumla fəxr edirəm" - Şəhid anası Radə QurbanovaBu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o münbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.

Xalqın böyüklüyü o zaman ortaya çıxır ki, Vətənin müstəqilliyi, torpaqlarının azadlığı uğrunda ölümü, şəhidliyi gözə alan igidləri, qəhrəmanları vardır. Çünki şəhidi olmayan xalqın Vətəni olmaz. Azərbaycan xalqının qəhrəman övladları da şəhidliyi hər zaman Vətənə olan sevginin təcəssümü olaraq görmüşlər. Bunun üçün də elin, obanın dar günündə bir yumruq olub canları bahasına torpaqlarımızı düşmənlərdən daim qorumuşlar.

Anım günün önəmi ilə bağlı şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova BiG.AZ-a bildirdi ki, ərazi bütövlüymüzün bərpasında şəhid balalarımızın böyük rolu var:

"Mən oğlumla fəxr edirəm" - Şəhid anası Radə Qurbanova"Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Bir şəhid anası kimi deməliyəm ki, bu gün bizim üçün çox ağır gündür. Çünki sevinclə kədəri eyni anda yaşayırıq. 44 günlük vətən müharibəsində övladlarımızın taleyi həll olundu. Həm də düşmən tapdağında olan torpaqlarımız bizə geri qayıtdı.

Azərbaycan xalqının övladları sərhədlərimizin toxunulmazlığı, torpaqlarımızın müdafiəsi uğrun da böyük igidliklər göstərib, xalqımızın şərəfini dəyanətlə qoruyaraq adını uca tutublar. Mənim oğlum da bu igidlərdən biridir. Bu gün bir şəhid anası kimi mən yalnız fəxr hissi duyuram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saturnun sirri açılır

Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl

04.09.2026 234
.

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi

04.09.2026 296
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

16:52 187
.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 226
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

16:10 148
.

Xark adasında partlayışlar baş verib

Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini

11:28 305
.

Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb

Çinin cənub-şərqindəki Tszyansi əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər isə itkin düşüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, "Saudel" qasırğasını

17:00 147
.

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro

04.09.2026 476
.

Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind

18:40 111
.