Tarix yazan qəhrəmanlar: İntiqam və Nurlan qardaşları
Bu gün işğal olunmuş torpaqlarını düşməndən xilas edən Azərbaycan xalqı öz rifah dövrünü yaşayır. Lakin heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu torpaqları canları, qanları bahasına xalqına geri qaytaran şəhidlərimizdir. Onları xatırlamaq, onları tanımaq bizim vətəndaşlıq borcumuzdur.
Bir ana düşünün, iki oğlu vardı, hər ikisini də Vətən uğrunda qurban verib. Amma qürurlu və mətindir. Onunla söhbətimizdə də bu mətni, şücaəti duymamaq mümkün deyildi.
Ziba ananın kiçik oğlu Nurlan Əsgərli Aprel döyüşlərində, böyük oğlu İntiqam Əsgərli isə Vətən Müharibəsində şəhadətə ucalıb.
Şəhid anası Ziba xanım şəhidlərin Anım günü öz duyğularını, düşüncələrini BiG.AZ-a danışaraq bildirdi ki, bu gün mənim üçün müqəddəs gündür. Qələbəyə gedən yolun ilk qığılcımları aprel döyüşlərindən başladı. Bu döyüşlərin həm şahidi, həm şəhidi mənim oğlanlarım olub. Bu ağrı-acını yaşamaq çətindir, lakin bir o qədər də qürurludur:
"Övladlarımı çətinliklə böyütdüm. Bu gün fəxr edirəm ki, onları xalqına, millətinə layiq vətəndaş kimi yetişdirmişəm. Oğullarımın ən böyük arzusu düşmən tapdağında olan torpaqlarımızın azad olması idi. Böyük oğlum Aprel döyüşlərində şəhid olduğu zaman "kaş Şuşaya bayrağımız sancılanda şəhid olardım" demişdi.
İntiqamım qardaşının istəyini reallaşdırmaq üçün Vətən müharibəsinə qatıldı. Bu gün hər iki övladımın arzusu reallaşıb.
Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüşlərdə qələbə qazandıq. Dəmir yumruq kimi birləşib, düşməndən körpələrin, ana- bacıların qisasını aldıq.
"Torpaq qan ilə qarışanda vətən olur" deyib atalarımız. Bu gün mənim oğlum kimi neçə-neçə igidin qanı ilə yuyulan torpağımız -Vətənimizdir. İgid balalarımız öz qanları ilə bütöv Vətən yaratdılar".
Ziba ana qeyd etdi ki, Mənim İntiqamın Şuşada şəhid olub. Şuşaya getdiyimdə, o dağlardan, zirvələrdən keçdiyimdə bir söz dedim: "Bu yolu gedən oğulların hamısı qəhrəmandır".
İndi Şuşamız, Laçınımız, Xankəndimiz, Xocalımız da bizimlədir.
Bu gün evimdə övladlarımın yadigarları böyüyür. Dövlətimizin dəstəyi ilə oğlanlarım şəhid olduqdan sonra da ailəm çətinlik görmədi.
Allahdan bir arzum var. Düşmən tapdağından qurtardığımız torpaqların çiçəklənməsi, orada məktəblər açılması,viran qalan hər yerin gülüstana çevrilməsidir. İnşallah dövlətimizin gücü, Ali Baş Komandanımızın rəhbərliyi ilə arzuladığım günlər uzaqda deyil. İki övladı şəhid olan ana kimi bundan əminəm".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1675 Tarix: 27 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaturnun sirri açılır
Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl
04.09.2026 234 SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi
04.09.2026 296 Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq
Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy
16:52 187 TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər
Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə
04.09.2026 226 Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur
Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə
16:10 148 Xark adasında partlayışlar baş verib
Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini
11:28 305 Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb
Çinin cənub-şərqindəki Tszyansi əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər isə itkin düşüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, "Saudel" qasırğasını
17:00 147 Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro
04.09.2026 476 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind
18:40 111