Fələyin yazdığını mən poza bilsəydim əgər...

Fələyin yazdığını mən poza bilsəydim əgər...Salam, şəhid anası! Səni yoluxmağa gəlmişəm. Getmədən əvvəl oğlun "anama göz-qulaq olun", - deyib getmişdir. Bağışla ki, bir az gecikdim.
Bilirəm, başın dikdir. Göz yaşını da görən olmayıb oğlun getdiyi gündən. Əminsən ki, qəhrəman övlad böyütmüsən. İsti ocaq başında əllərin yanıb, qışın şaxtasında ciyərinə quzeyin soyuq küləyini doldurmusan. Sevgini əsirgəməmisən bir parçan olan övladından. Öyüd, nəsihət verəndə dönə-dönə "əsl sevgin Vətən olsun, millət olsun!", - demisən.
Övladının saçına sığal çəkdiyin əllərindən öpürəm, əziz ana. Bu gün xalq sənin əməyinin bəhrəsini dadır. Azərbaycan xalqına zəfəri sən bəxş etmisən. Düşmənə meydan oxuyan, torpağımızı yağıdan azad edən sənin oğlundur. Bu gün övladın elə bir zirvədədir ki, hamı o yüksəkliyə, o zirvəyə həsədlə baxır.

Həyatın dəyərini bilən, onu qiymətləndirməyi bacaran insanlar "ölümü" də dəyərləndirməyi bacarır. "Quran-i Kərim"də belə buyurulur: "Hər canlı bir gün ölümü dadacaqdır. Lakin torpaq, vətən, haqq uğrunda canlarından keçib bir qarış torpaq belə düşmənə verməyənlər, haqq uğrunda bədənlərini kor mərmiyə sipər edənlər "ölmür", onlara "ölü" demirik. Onlar şəhiddirlər. Allah qatında şəhidlər cənnətlə mükafatlandırılıb".
Sən başını həmişə dik saxla, şəhid anası! Necə ki, bacarırsan uca olmağı, ülvi olmağı. Çünki sən örnəksən hər bir Azərbaycan qadınına.
Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiklərini unutmaq olmur. Dahi rəhbər deyirdi ki, "Dünyanın yarıdan çoxunu gəzdim. Çox insan tanıdım. Çox qadın gördüm. Lakin Azərbaycan qadını qədər gözəl, ağıllı, mərd, cəsur qadın görmədim".
Bəli, bu gün sənə baxıram, səndə görürəm dahi rəhbərin kəlamının təcəssümünü. Səndə görürəm Azərbaycan qadınının mərdliyini, qürurunu, cəsarətini, şəhid anası!
Sən oğluna ananı sevməyi, vətəni sevməyi öyrətdin. Elə buna görə o hər şeydən, sevdiklərindən də üstün tutdu torpaq sevgisini, Vətən sevgisini.
Vaxtsız ağaran saçlarının haqqını bizə halal et. Təravətli üzünə erkən düşmüş qırışların haqqını bizə halal et. Tez-tez gözünü məchul nöqtəyə dikib, çəkdiyin ahın haqqını bizə halal et.
Fələyin yazdığını poza bilsəydim başındakı qara örpəyi, qırmızı örpəklə əvəz edərdim. Fələyin yazdığını poza bilsəydim, müharibə deyilən bəlanı xalqımın başının üstündən uzaq tutardım. Fələyin yazdığını poza bilsəydim, üzündəki qırışları, saçlarındakı bəyazları tək-tək silərdim. Onları atardım uzaq ümmanlardakı dənizlərə.
Şəhid anası çox danışmaz, dərdini içində çəkər, deyirlər. Fələyin yazdığını poza bilsəydim, dərdini səndən alar, ahını dağlara, daşlara çırpardım. Oğlunu seyr etmək, Günəşin üfüqdən doğuşunu seyr etməkdi sənin üçün. Fələyin yazdığını poza bilsəydim sənin Günəşini yenidən qaytarardım.
Bilirəm, fələyin yazdığını poza bilsəm də, pozanı əlimdən ilk alan sən olardın. Çünki tarixi dəyişmək mümkün deyil. Oğul anası olmağın nə qədər önəmli olduğunu bilirsən. Körpənin qoxusunu hiss etdiyin ilk andan, onu Vətən üçün, xalq üçün, millət üçün böyütmüsən.
Sənin kimi Vətən üçün övlad böyüdən analar xalqımızın yaddaşında qəhrəmanlıq obrazına çevrildilər, qürur və ucalıq rəmzinə döndülər.
Xatırlayırsanmı, ana, ona tarix dərsini öyrətmək üçün dəridən-qabıqdan çıxırdın. Bilmirdin o zaman tarix dərsini candərdi oxuyan o oğul, bir gün xalqın şanlı tarixini silahı ilə özü yazacaq.

Fələyin yazdığını mən poza bilsəydim əgər...İnsanlığını, şərəfini itirmiş, gözünü qan örtmüş düşməndən 30 ilin qisasını almaq üçün oğullarına 44 gün lazım oldu. Qar, şaxta, soyuq bilməyən oğullar Şuşa kimi alınmaz qalanı düşməndən azad etdilər. Bu cəsur oğullara igidliyi, cəsarəti şəhid anaları öyrətmişdir. Analar igidliyin, qoxmazlığın silah-sursatda deyil, ürəkdə, biləkdə olduğunu övladlarına aşılamışdı.
Yaxşı xatırlayıram, şuşalıların, fuzulilərin, ağdamlıların, kəlbəcərlilərin küçələrə çıxıb, "biz artıq qaçqın-köçkün deyilik", - dedikləri məqamı. Orda səni də gördüm, şəhid anası. Üç rəngli bayrağı sinənə sıxmışdın. Bir gözün ağlayır, bir gözün gülürdü. Bilirdin, küçələrə çıxıb, sevincindən göz yaşını saxlaya bilməyənlərin sevincindəki ən böyük pay sənin idi. O qürur, şərəf sənindir, şəhid anası.
Əllərindən öpürəm. Baş əyirəm qarşında. Yanındayam. Qəmini-kədərini qoy çiyinlərimə. Gülümsə, baharı sən gətirdin 30 illik həsrət çəkən torpaqlara. 30 illik çiləyə, 30 illik səbrə sən son qoydun. Gülümsə, əziz ana, gülümsə!
Tutqun könlünü aç, başını uca tut. Unutma, sevilərək bu dünyadan köçənlər hər zaman şirin bir xatirə tək qəlblərdə yaşayırlar, yaşayacaqlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1407   Tarix: 27 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Saturnun sirri açılır

Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl

04.09.2026 234
.

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi

04.09.2026 296
.

Ukraynaya hücumlar DAYANDIRILDI: Putindən orduya tapşırıq

Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır. xəbər verir ki, sözügedən məlumatı Rusiy

16:52 187
.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 226
.

Səfir: Bakıda Ruanda Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulur

Bakıda 2027-ci ildə Ruanda Mədəniyyəti Günlərinin təşkili nəzərdə tutulub. Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində rezidensiyası Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlər planına toxunaraq bildirib ki, dəqiq tarixlə

16:10 148
.

Xark adasında partlayışlar baş verib

Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini

11:28 305
.

Çində torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb

Çinin cənub-şərqindəki Tszyansi əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər isə itkin düşüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, "Saudel" qasırğasını

17:00 147
.

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbəro

04.09.2026 476
.

Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub. Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsind

18:40 111
.