"Fikrət Əmirovun üstündə öz plastinkasını almağa pul yox idi" - Xalq artisti
Bu gün 18 Sentyabr Azərbaycan Milli Musiqi Günüdür. Milli Musiqi Günü Azərbaycan musiqisinin atası sayılan Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır.
Bəs hazırda Azərbaycan musiqisinin vəziyyəti necədir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan bəstəkar, xalq artisti Sərdar Fərəcov bildirib ki, bu gün də Azərbaycan musiqiçiləri dünyanın böyük musiqi aləmində öz layiqli yerini tuturlar. Gələcəyimizə nikbinliklə baxırıq.Amma razılıqla bərabər arzularımız da var. Azərbaycanın heç olmasa 3 şəhərində opera teatrı yaradılmalıdır. Simfontik orkestrımız, müxtəlif şəhərlərdə konservatoriyalarımız olmalıdır:
"Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri də o oldu ki, dahiyanə əsərlər yaratdı. Onun himayəsində boya-başa çatan bəstəkarlarımız Asəf Zeynallı, Seyid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov elə yüksək səviyyədə musiqilər yaratdılar ki, Azərbaycan musiqisi haqlı olaraq dünyanın ən gözəl və yeni musiqilərindən biri kimi tanındı. Tarixə dönsək, Üzeyir bəyin musiqisi sağlığında Hollivuda qədər çıxdı. Fikrət əmirov 1947-ci ildə konservatoriyanı bitirdi.1948-ci ildə yazdığı simfonik muğamları Amerikada dirijorlar ifa etdi. Bir xatirə də bilirəm. Məşhur kamança ifaçımız, xalq artisti Şəfiqə Eyvazova danışırdı ki, Almaniyada səfərdə idik. Fikrət əmirov da bizimlə idi. Gördük ki, Fikrət Əmirovun simfonik muğamlarının plastinkası satılır.O zaman çox baha idi. Fikrət Əmirovun üstündə öz plastinkasını almağa pul yox idi.Əlində tutub gülümsəyirdi. Əlbəttə ki, o, böyük xoşbəxtlik idi ki, sənin xəbərin olmadan əsərlərin dünyanı dolaşır. Eləcə də Arif Məlikovun baleti 70-ə yaxın teatrda tamaşaya qoyulub. Rauf Hacıyevin mahnıları dünyanın bütün qitələrini dolaşıb. Müasir bəstəkarlarımızın da bioqrafiyasında fərəhli səhifələr yazılıb. Üzeyir bəy gözəl istiqamət verdi. Bəstəkarlarımız da ürəklə əsərlər yaratdı. İfaçılarımız da bəstəkarlarla ayaqlaşmağa çalışdılar. Bu gün də Azərbaycan musiqiçiləri dünyanın böyük musiqi aləmində öz layiqli yerini tuturlar. Gələcəyimizə nikbinliklə baxırıq. Dünyada gedən proseslərlə bağlı bizim də arzularımız var. Biz istərdik ki, simfontik orkestrımız, müxtəlif şəhərlərdə konservatoriyalarımız olsun.
Bu gün razılıqla bərabər arzularımız da var. Özbəkistan, Qazaxıstanda 3 -4 opera teatrı var. Azərbaycanın heç olmasa 3 şəhərində opera teatrı yaradılmalıdır. Biz buna layiqik".
Xalq artisti həmçinin efirdə bayağı musiqilərin təbliğ olunmasına da münasibət bildirib.
O qeyd edib ki, insanlar bayağı musiqidən qulaqlarını qorumalıdırlar:
"Bu, koronavirus kimidir. İnsanlar öz sağlamlıqlarını qoruduqları kimi qulaqlarını, qəlblərini də qorumalıdırlar. Bunun asan üsulu var. Televizorda, radioda xoşuma gəlməyən musiqi eşidəndə onu dəyişirəm. Əcaib musiqilərə qulaq asdıqca ürəyin də əcaibləşir. Xarici ölkələrdə opera teatrlarında insanların üzündən nur tökülür. Küçədən keçən hər adam ora gəlmir. İnsanlar həmişə seçilib. Aristokrat da olub, ziyalı da, adi insanlar da. Ona görə də insan öz mənəviyyatına görə necə deyərlər, musiqi xörəklərini seçməlidirlər".
Şəbnəm Lətifi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 915 Tarix: 18 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Uzunömürlülük sadəcə yaşamaq deyil, həyatı mənalı yaşamaqdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ
Müasir dünyada insan ömrünün uzadılması ilə yanaşı, yaşlılıq dövründə həyat keyfiyyətinin qorunması da mühüm məsələlərdən birinə çevrilib. Yaşlanma artıq yalnız tibbi və fizioloji proses kimi deyil, insanın sosial, emosional və psixoloji həyatını əhatə edən kompleks mərhələ kimi qiymətləndirilir.Bu baxımda
10:55 147 Cahid Şahbazovun əməliyyatından sonra görməsində problem yarandığını iddia etdi
Moskvada yaşayan, sosial şəbəkələrdə "dr_julietta" adı ilə tanınan kosmetoloq Bakıda keçirdiyi keratopiqmentasiya əməliyyatından sonra görmə ilə bağlı problemlər yaşadığını iddia edib. Qaynarinfo -a istinadən xəbər verir ki, qadın təxminən iki il əvvəl Bakıda oftalmoloq Cahid Şahbazov tərəfində
13:21 160 M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək
Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"
04.09.2026 288 Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var
İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin
04.09.2026 253 Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl
04.09.2026 341 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar
Əmək müqaviləsi ilə çalışan şəxslərin illik əmək məzuniyyətinin müddəti onların tutduğu vəzifə, əmək şəraiti və iş stajından asılı olaraq dəyişir. Qaynarinfo xəbər verir ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Bəz
04.09.2026 261 Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı
"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı
04.09.2026 247 İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi
İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib
04.09.2026 250 Almaniyada Rusiyanın mümkün "hibrid hücumları" ilə bağlı narahatlıq artır
Almaniyada elektrik şəbəkəsinə qarşı yeni sabotaj cəhdlərinin araşdırılması ölkənin kritik infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Düsseldorf yaxınlığındakı Dormagen şəhərində transformatora müdaxilə edilməyə cəhd göstərilib
04.09.2026 233