Elza Seyidcahandan ağır ittihamlara cavab: "Pornoqrafiyanın nəyi pisdir ki?"

Elza Seyidcahandan ağır ittihamlara cavab: "Pornoqrafiyanın nəyi pisdir ki?"Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilməsi o zaman ciddi narazılıqla qarşılanmışdı, indi də onun bu təşkilatdan çıxarılması tələb edilir. Söhbət Seyidcahanın telekanalların birində qonaq olduğu proqramda son yayılan şeiridir.

"Tüpürüm sizin ağzınıza" adı verdiyi şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müəllif ciddi qınağa tuş gəlib.

"Tüpürcəyim baldır mənim, Alın bunu ağzınıza" - deyən bəstəkar-şairənin bununla nə demək istədiyini hərə bir yana yozur. Bəziləri deyirlər ki, bu, gizli pornoqrafiya nümunəsidir. Sosial şəbəkə platformalarında yayımlanan "Tüpürüm sizin ağzınıza" şeiri ilə Elzanın hər kəsi təhqir etdiyini deyənlər də var. Elzanın şeirlərində gizli söyüş və pornoqrafiya elementlərinin olduğunu deyənlər hesab edirlər ki, AYB onunla bağlı ciddi tədbir görməlidir.

Bu arada məlumat yayılıb ki, AYB sədri Anar Rzayev deyib ki, sözügedən şeirlə tanış olduqdan sonra qərar verilə bilər: "Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozanlar AYB-dən uzaqlaşdırılırlar. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək".

Qalmaqalla bağlı Əməkdar artist, bəstəkar-müğənni, AYB üzvü Elza Seyidcahan "Yeni Müsavat"a danışıb: "Sənət elə bir şeydir ki, təqdim edirsən və onu oxucuların düşüncəsinə həvalə edirsən. Oxucuların da düşüncəsi müxtəlifdir. Mənim oxucularımın arasında ziyalılar da, qeyri-ziyalılar da var. Sadə insanlar var ki, onlar mənim yazdığım fəlsəfəni, fikrin dərinliyini düşündüyümdən də artıq mənə onu təqdim edirlər. Mənə deyirsiniz ki, bəziləri şeirimdəki ifadələrin pornoqrafik olduğunu düşünür. Buna cavab olaraq deyə bilərəm ki, kimə nə lazımdırsa, şeirimlərində onu görür. Bir də ki, pornoqrafiyanın nəyi pisdir ki? Kim pornoqrafiyadan qaçıb? Bu dəqiqə əksəriyyət pornoqrafiyaya acdır. Ona görə də şeirlərimdə pornoqrafiya görürlər. Məgər dünyadakı bütün canlılar - insanlar, heyvanlar pornoqrafiya üzərində inkişaf etmirmi? Hətta ağaclar belə... Beləliklə, əgər kimsə şeirimdə pornoqrafiya görürsə, deməli, onu görmək istəyir, ona pornoqrafiya lazımdır. Amma mən o şeiri pornoqrafiya düşünüb yazmamışdım. Allahın dili ilə insanlara deyirəm ki, ağzınıza bal alın, gözəl sözlər alın ki, ağzınızdan gözəl sözlər çıxsın. Yəni sadəcə, insanlara üsyan etmişəm ki, kimsəni pis sözlərinizlə incitməyin, sındırmayın".

Əməkdar artist AYB sədri yazıçı Anarın onun barəsində səsləndirdiyi fikirlərə bu cür münasibət bildirib: "Anar müəllim doğru deyir, Azərbaycan klassiklərini təhqir edənlər cəzalanıblar və yəqin ki, belə də davam edəcək. Allah Anar müəllimə cansağlığı versin, ömrünün sonuna qədər AYB-nin sədrlik kürsüsündə əyləşsin. AYB-yə üzv seçiləndə mənə zəng edib, ilk təbrik edən Anar müəllim oldu. Digər gözəl şairlərimizə də ayrı-ayrılıqda çox təşəkkür edirəm ki, mənim quruma üzv seçilməyim üçün rəy veriblər".

Rəşad Məcid: "Onu şeirinə görə çağırıb..."

AYB-nin sədr müavini Rəşad Məcid isə bildirib ki, yaranmış qalmaqalla bağlı Elza Seyidcahan AYB-nin üzvü kimi quruma çağırılıb, onunla söhbət aparılacaq:

"Məsələ ilə bağlı Anar müəllim məndən soruşdu, təklif etdim ki, məzuniyyətdən qayıtdıqdan sonra Elza xanımı AYB-yə çağırıb, katiblikdə müzakirə aparaq. Müzakirədən sonra hansısa qərar olarsa, bunu ictimaiyyətə açıqlayacağıq. Elza xanım çox istedadlı bəstəkardır. Onun ciddi musiqi əsərləri olur ki, reaksiyasız qalır. Bəlkə də ola bilsin ki, Elza xanım o cür ciddi və səviyyəli əsərlərinin reaksiyasız qaldığını görüb belə fərqli hərəkətlər edir, addımlar atır. Xatırlayırsınızsa, bir müddət əvvəl heyvanlar üçün konsert verirdi. Və yaxud geyimindəki fərqliliklərlə gündəmə gəlir və sairə. Həmin qeyd olunan şeirə gəldikdə, şeiri kağızdan oxuyanda fikirlərin heç birində söyüş, etik qaydaları pozan ifadələr yoxdur. Amma ictimaiyyətə qarşı bir qəzəb və ya bir hikkə var. Əgər Elza Seyidcahanın bu şeiri yazıb, efirdə səsləndirməsində günahı varsa da, digər günah səs-küy yaratmaq məqsədi ilə həmin şeiri oxumaq üçün onu efirə dəvət edən televiziya əməkdaşları, jurnalistlərdədir. Həm Elza Seyidcahandan, həm də jurnalistlərdən istəyim budur ki, belə ucuz məsələlərdən şou yaratmasınlar. Şəxsən mən həmin şeirdə pornoqrafik fikirlər görmürəm. Sadəcə, onu elə səsləndirir ki, qarşısında oturanlar ondan "uzaqgedən" nəticələr çıxardırlar və deyirlər ki, bu təhqirdedicidir. Adətən bu cür şeirlərlə bağlı Elza Seyidcahan danışarkən Nəsiminin şeirini, qəzələni misal gətirir, o da belə şeirlər yazıb. Burada söz oyunu olur. Elza Seyidcahan istəyir ki, qarşısındakını söz oyunu ilə şoka salsın, silkələsin. Ondan da hərə özünə uyğun nəticələr çıxardır. Elza Seyidcahanın hərdən fərqli, maraqlı, diqqətçəkən şeirləri də olur. Həmin şeirlərdə bir üsyan, etiraz var. Poeziyanın da mahiyyəti budur. O ki qaldı sosial şəbəkə istifadəçilərinə, onlar da fərqli-fərqli insanlardır. Bəzən ən yaxşı ağıllı sözə etinasız qalıb, ən mənasız sözü göylərə qaldıran sosial şəbəkə dövründə yaşayırıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1271   Tarix: 18 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı - Axtarılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-i

15.07.2026 297
.

Ləman Mərrih və Emil Abdullayevin övladı oldu

Aktrisa Ləman Mərrih ana olub. Axşam.az xəbər verir ki, rejissor Emil Abdullayevlə ailəli olan aktrisanın oğlu dünyaya gəlib. Qeyd edək ki, Emil "My name is İntiqam", "25 ilin akkordları", "Axırıncı yol", "Stalinin başı" filmlərinin rejissorudur. Ləman Mərrih is

10:24 135
.

Tutulma müddəti hansı hallarda uzadıla bilər?

"İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulma müddəti ümumilikdə üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə bu qaydanın bir sıra istisnaları da nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib

15.07.2026 211
.

Rusiya nefti satılmır, tankerlər dənizdə qalıb - KİV

Neft emalı zavodlarına endirilən müntəzəm zərbələr səbəbindən Moskva gözlənilməz problemlə üzləşib: neft hasil edilir, lakin onun emalı getdikcə çətinləşir. xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb. Məlumata görə, iyul ayında neft emalı həcmləri son 20 ildən çox müddətdə ən aşağ

15.07.2026 247
.

Bu gündən Azərbaycanda yeni 100 manatlıq əskinaslar tədavülə buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını bu gündən tədavülə buraxır. Bu barədə AMB xəbər yayıb. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəv

15.07.2026 314
.

"Yaşıl Cümə" ilə yay alış-verişi başlayır!

"İrşad" yaya özəl olaraq, ən böyük fürsətlərdən olan ənənəvi "Yaşıl Cümə" kampaniyasına start verir. - 17-26 iyul tarixlərində keçiriləcək kampaniya çərçivəsində alıcıları müxtəlif kateqoriyalarda 70%-dək real endirimlər və sərfəli alış-veriş imkanları gözləyir. - Kampaniya müddətind

15.07.2026 223
.

Əhalisi 4 milyon azalıb

Rusiya Prezidenti Vladimir Putin 1990-cı illərdə ölkədə sosial sahənin, sənayenin və müdafiə kompleksinin ciddi şəkildə zəiflədiyini bildirib. xəbər verir ki, Putin həmin dövrü xarakterizə edərkən "90-cı illərdə sosial sahəni, sənayeni və müdafiə sektorunu tamamilə dağıtdılar" ifadəsini işlədib

15.07.2026 287
.

İran ABŞ-a qarşı böyük boksçu kimidöyüşür - Tramp

İran ABŞ-a qarşı döyüşündə böyük boksçu keyfiyyətlərini nümayiş etdirir. İslam Respublikası Vaşinqtonun çoxsaylı zərbələrinə baxmayaraq, döyüşmək iradəsini qoruyub saxlayır. -ın xarici mediaya istinadən xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Onlar çox zəifləyiblər, amma yen

15.07.2026 242
.

Azərbaycanda "Temu" sahibi barəsində iş qaldırılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Dövlət Agentliyinin açıqladığı "2026-cı il üzrə hökmran mövqedən sui-istifadə ilə bağlı rəqabə

15.07.2026 316
.

TOP MP3