"Dövlətin mənə ayırdığı maşınla bir saat tıxacda qalıram" – Misir Mərdanov
Yeni dərs ili başlayıb. Hər il olduğu kimi, yenə ictimai müzakirələr olur, narazılıqlar eşidilir. Tədris mövsümü özü ilə xeyli problemlər gətirib. O problemin öndə gələni tıxacların çoxalmasıdır.
Digər müzakirə mövzusu dərs və ya iş saatının dəyişdirilməsidir. Valideynlərin fikrincə, çantalar ağır olur deyə, uşaqlar saatlarla yolda qaldığı üçün əziyyət çəkirlər, işə tələsənlər də vaxtlarını yollara sərf etdiyini bildirir.
BiG.AZ xəbər verir ki, globalinfo.az-a danışan sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun fikrincə, təhsillə bağlı yenidən "Amerika kəşf etməyə" ehtiyac yoxdur.
O, digər ölkələrdə olan təhsil sisteminə nəzər yetirməyi təklif edib:
"Baxmaq olar ki, keçmiş sovet məkanında, bizə yaxın ölkələrdə, doğma Türkiyədə vəziyyət necədir. Yəni orada olan kitab necədir və s. Ona uyğun da bir yol tapmaq olar. Beləliklə, uşaqları da ağır dərsliklərdən azad etmək mümkündür".
M.Mərdanov məktəbli forması haqda danışıb:
"Dünyanın əksər ölkələrində mütləq məktəbli forması olur. Məsələn, ən yüksək təhsil səviyyəsi olan Yaponiyada oldum. Orada da uşaqlar məktəbli forması geyinmişdilər. Bu, təkcə təhsil üçün vacib deyil, tərbiyə üçün də vacibdir. Çünki məktəb kiminsə varlı və ya yoxsul olmasını nümayiş etdirmək yeri deyil. Məktəb təlim-tərbiyə müəssisəsidir. İstər əvvəl, istərsə də indi eyni mövqedə olmuşam. Dərs yükünü azaltmaq olar, formanı ləğv etmək yox".
Sabiq nazir dərs saatını dəyişməklə bağlı da fikir bildirib:
"Əvvəl nazir olduğum zaman deyirdilər ki, Azərbaycanda təhsil var? Təəssüf ki, indi də eyni sözü deyənlər çoxdur. Onlara demək istəyirəm ki, Azərbaycanda məktəb də var, təhsil də. Ola bilər, nəsə çatışmazlıq olsun. Amma ümumi danışmaq doğru deyil. Həmin adamlara bir 15 sentyabra qədər, bir də 15-dən sonra olan yolları göstərmək istəyirəm. Onda bilərdilər ki, nə var, nə yox".
M.Mərdanov deyib ki, doğrudan da Bakıda tıxac çox ciddi problemə çevrilib:
"Bununla bağlı düşünmək lazımdır. Məsələni elmin gücü ilə həll etmək, optimal yol tapmaq mütləqdir. Dərs, ya iş saatını dəyişmək, yaxud başqa təkliflər də irəli sürmək olar. Amma doğrudan da tıxac dözülməzdir. Təsəvvür edin ki, dövlətin mənə ayırdığı maşınla işə gələrkən ən azı bir saata qədər tıxacda qalıram. İndi düşünün, avtobus və metrodan istifadə edən şəxslər nə əziyyət çəkirlər. Adam səhər işə getmək üçün 1-2 saat vaxt sərf edir, əsəbiləşir, bütün enerjisi yolda tükənir. Yolda əsəbiləşən, tükənən adamın işvermə qabiliyyəti necə olacaq? İnanıram ki, ictimaiyyəti düşünərək məsələnin həlli yolunu axtarırlar. Anlayıram, həll olunması sadə iş deyil. Çünki yollar əvvəlcədən çəkilib, binalar tikilib. Onları yenidən sökmək, nələrsə etmək asan deyil. Lakin nə olur-olsun, bu problemi həll etməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 887 Tarix: 18 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail HƏMAS-ın daha bir komandirini məhv etdi
İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib
04.09.2026 250 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 225 Bakıda bu 2 yol təmirə bağlanır
Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb
04.09.2026 262 Qızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl
04.09.2026 265 Sübut haradadır? Ermənistanın Azərbaycana qarşı ittiham kampaniyasına sərt cavab
Ermənistanın bəzi hüquq müdafiəçilərinin Azərbaycanda cəza çəkən erməni əsilli şəxslərlə bağlı son açıqlamaları hüquq müdafiəsi fəaliyyətindən daha çox, siyasi təzyiq kampaniyasının tərkib hissəsi təsiri bağışlayır. Siranuş Sahakyanın Azərbaycanla bağlı səsləndirdiyi ağır iddialar bunun növbəti nümunəsidir
12:04 138 "Liverpul" 18 yaşlı hücumçunu aldı
Fransalı hücumçu Cilian Ngessan İngiltərənin "Liverpul" klubu ilə müqavilə imzalayıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, "Liverpul" "Sent-Etyen"in futbolçusu Cilian Ngessanın transferi ilə bağlı razılığa gəlib. Fransalı hücumçu yanva
04.09.2026 223 Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
14:46 0 Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var
İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin
04.09.2026 253 Sabah 35 dərəcə isti olacaq
Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə
13:51 90