"Məşədi Dadaş"ın axunduna sui-qəsd edən: "Məni Allah imam təyin edib"

"Məşədi Dadaş"ın axunduna sui-qəsd edən: "Məni Allah imam təyin edib""Məşədi Dadaş" məscidinin axundu Əli Şərbətovu dini ədavət niyyəti ilə öldürməyə cəhd etməkdə təqsirli bilinən Elşən Hüseynovun məhkəməsi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktının məzmununda axund Əli Şərbətova sui-qəsddə təqsirli bilinən Elşən Hüseynovun hadisəni törətməsi barədə görünür ki, 2023-cü ilin avqustun sonunda Elşən Hüseynov "Məşədi Dadaş" məscidinin axundu Əli Şərbətovla görüşmək üçün gedərək, onunla görüşüb fikirlərini bölüşüb, fikir ayrılıqları yaranıb. Daha sonra, bir daha görüşmək üçün orada olarkən xidmətçi kimi çalışan Rəsul Həsənli onu içəri buraxmayıb. Bu bir neçə ay davam edəndən sonra o, dini ədavət niyyəti ilə bıçaqla yenidən məscidə gedib. İçəri daxil olmaq istəyərkən qarşısını alan Rəsul Həsənliyə bıçaqla xəsarət yetirib, Əli Şərbətova sui-qəsd törətmək üçün onun otağına daxil ola bilməyib.

İttiham aktı elan olunduqdan sonra, hakim zərərçəkmişlərin məhkəmədə iştirakı olmadan baxış iclasının keçirilməsini elan edib.

Təqsirləndirilən şəxs Elşən Hüseynov ittihamın aydın olduğunu bildirib:

"Mənə hər şey aydındır. Amma qəbul etmirəm."

Hakim Rasim Sadıxov qeyd edib ki, əgər Elşən Hüseynov elan olunan maddələr üzrə təqsirli bilinsə, 20 ilə yaxın azadlıqdan məhrum edilə bilər.

Prosesin davamında təqsirləndirilən şəxs Elşən Hüseynova sərbəst ifadə vermək təklif olunub. O, ifadəsində bildirib:

"2023-cü ilin yay aylarından "Məşədi Dadaş" məscidinə gedib, məscidin axundu Əli Şərbətovla görüşüb danışmaq istəyirdim. Çox rahat görüşdüm, danışdım. Heç bir problem olmadı. 1 ay sonra yenidən getdim görüşmək üçün. Bir məsələ var idi ona görə. Orada qeyri-rəsmi təhlükəsizlik xidmətində çalışan Rəsul Həsənli qabağımı kəsdi. Dedi, axund yoxdu. Qayıtdım. Amma bu davamlı oldu. 4-5 ay davamlı görüşmək üçün gedəndə mane oldu. Mən Allah tərəfindən imam təyin olunmuşam".

Hakim: Dediklərinizə aydınlıq gətirin.

Elşən Hüseynov:

"2020 martın 15-i gecə mənim günahlarım bağışlanıb, imam təyin edilmişəm. Mənə ilahi tapşırıq gəldi ki, "get "Məşədi Dadaş" məscidinə, səni orada gözləyirlər. Bu barədə axundla danışmaq istədim".

Hakim: Bəs, Rəsulla nə problemin var idi?

Elşən Hüseynov:

"Tanımıram onu. İmamla danışmalı idim. Rəsul Həsənli də qabağımı kəsirdi. Axırda qarşımı kəsməsin deyə ona bıçaqla xəsarət yetirdim".

Növbəti proses oktyabrın 8-nə təyin olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Hüseynov Elşən Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1078   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı dəstəsinin komandiri Məhəmməd Mahmud Mirşad əl-Qadini zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, öldürülən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ordusunun Sufa postuna hücuma rəhbərlik edib

04.09.2026 250
.

Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?

Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye

04.09.2026 225
.

Bakıda bu 2 yol təmirə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

04.09.2026 262
.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl

04.09.2026 265
.

Sübut haradadır? Ermənistanın Azərbaycana qarşı ittiham kampaniyasına sərt cavab

Ermənistanın bəzi hüquq müdafiəçilərinin Azərbaycanda cəza çəkən erməni əsilli şəxslərlə bağlı son açıqlamaları hüquq müdafiəsi fəaliyyətindən daha çox, siyasi təzyiq kampaniyasının tərkib hissəsi təsiri bağışlayır. Siranuş Sahakyanın Azərbaycanla bağlı səsləndirdiyi ağır iddialar bunun növbəti nümunəsidir

12:04 138
.

"Liverpul" 18 yaşlı hücumçunu aldı

Fransalı hücumçu Cilian Ngessan İngiltərənin "Liverpul" klubu ilə müqavilə imzalayıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, "Liverpul" "Sent-Etyen"in futbolçusu Cilian Ngessanın transferi ilə bağlı razılığa gəlib. Fransalı hücumçu yanva

04.09.2026 223
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

14:46 0
.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

04.09.2026 253
.

Sabah 35 dərəcə isti olacaq

Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə

13:51 90
.