Daha onlar üçün zəng çalınmayacaq...
Məlum olduğu kimi, bu gündən 2024/2025 yeni tədris ilinə start verilib. Birinci sinfə gedənlərlə yanaşı, birinci kursa gedənlər də bu sevinci yaşayıb.
Ancaq təəssüf ki, bu il təhsilini davam etdirə bilməyənlər də olacaq. Bu, onların həyatlarının yarıda qalması ilə bağlıdır.
Bu ilin müxtəlif vaxtlarında, fərqli məkanlarda baş verən bədbəxt hadisələr onlarla tələbənin həyatına son qoyub.
BiG.AZ Qafqazinfo-ya istinadən bu məqamda təhsili ilə yanaşı, həyatı da yarım qalan tələbələrdən bir neçəsi barədə məlumatları təqdim edir.
Bu il Naxçıvan Dövlət Universitetinin iki tələbəsi də faciəvi şəkildə ölüb. Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölündə batıblar. Hadisə zamanı Əlinin telefonu suya düşüb, onu götürmək istəyəndə sürüşüb gölə yıxılıb. Fəttah isə ona kömək etmək üçün suya atılıb və nəticədə hər ikisi boğularaq ölüblər.
Bu ilin mayında Bakının Binəqədi rayonunun Goradil qəsəbəsində baş verən ağır yol qəzasında isə Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi, 1999-cu il təvəllüdlü Tofiq Həsənov həyatını itirib.
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov isə özünü asaraq canına qəsd edib. Hadisə bu ilin yanvarında qeydə alınıb.
Eyni ayda Mingəçevir Turizm Kollecinin "Turizm işinin təşkili" ixtisasının qiyabi təhsil üzrə l kurs tələbəsi, 2002-ci il təvəllüdlü İsayev Nihad Şahin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Bu faciə ilə Bakı Dövlət Universitetinin SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Qasımov Sənan Mahir oğlu da üzləşib. O da yanvar ayında dəm qazının qurbanı olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılov da faciəvi şəkildə həlak olub. O,2024-cü ilin iyulunda dənizdə batıb.
İmranla birgə Bakı Mühəndislik Universitetinin tələbəsi Nurməmmədli Rəsul Əli oğlu da dənizdə batıb. Həlak olan tələbələr dost olublar.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Mehri Eldəniz qızı Məhəmmədova da həyatla erkən vidalaşıb. O, universitetin Məktəbəqədər təhsil fakültəsinin IV kursunda təhsil alırdı.
Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II kurs tələbəsi Sevinc Bayramova isə qəflətən dünyasını dəyişib.
Lənkəran Dövlət Universitetinin tələbəsi Maral Anar qızı Quluzadə erkən vəfat edib. M.Quluzadə universitetin Tarix-coğrafiya və incəsənət fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alıb.
UNEC-in İqtisadiyyat fakültəsinin tələbəsi Zərri Hacıyeva isə uzunsürən xəstəlikdən sonra vəfat edib. O, bu ilin martın 8-də Beynəlxalq Qadınlar Günündə dünyasını dəyişib.
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Murad Şəmistan oğlu Məmmədov isə yol qəzasında həyatını itirib.
O, universitetin Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1604 Tarix: 17 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl
04.09.2026 337 Avstraliya digər qitələrdən daha sürətlə hərəkət edir: Qitə hara gedir?
Avstraliya xəritələrdə göstərilən mövqeyində sabit qalmır. Qlobal istinad sisteminə əsasən ölçüldükdə, qitə və onu daşıyan tektonik plitə ildə təxminən 7 santimetr şimal-şimal-şərq istiqamətində hərəkət edir. Qaynarinfo "Science Blog"ə istinadən xəbər verir ki, bu göstərici Avstraliyanı Ye
04.09.2026 223 Sabah 35 dərəcə isti olacaq
Sentyabrın 6-na gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə
13:51 52 Rus ordusu Donetskdə iki kəndi işğal etdi
Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib
04.09.2026 212 Cahid Şahbazovun əməliyyatından sonra görməsində problem yarandığını iddia etdi
Moskvada yaşayan, sosial şəbəkələrdə "dr_julietta" adı ilə tanınan kosmetoloq Bakıda keçirdiyi keratopiqmentasiya əməliyyatından sonra görmə ilə bağlı problemlər yaşadığını iddia edib. Qaynarinfo -a istinadən xəbər verir ki, qadın təxminən iki il əvvəl Bakıda oftalmoloq Cahid Şahbazov tərəfində
13:21 115 TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər
Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə
04.09.2026 212 Sübut haradadır? Ermənistanın Azərbaycana qarşı ittiham kampaniyasına sərt cavab
Ermənistanın bəzi hüquq müdafiəçilərinin Azərbaycanda cəza çəkən erməni əsilli şəxslərlə bağlı son açıqlamaları hüquq müdafiəsi fəaliyyətindən daha çox, siyasi təzyiq kampaniyasının tərkib hissəsi təsiri bağışlayır. Siranuş Sahakyanın Azərbaycanla bağlı səsləndirdiyi ağır iddialar bunun növbəti nümunəsidir
12:04 125 Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər
"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak
04.09.2026 230 M7 ekspres marşrutu açılır - "20 Yanvar"dan "Həzi Aslanov"a qədər gedəcək
Yeni ekspres marşrut xətti fəaliyyətə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli"
04.09.2026 284