Gürcüstan - Rusiya sərhədi bağlanacaq

Gürcüstan - Rusiya sərhədi bağlanacaqGürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi - Yuxarı Lars" gömrük-keçid məntəqəsi yolların təcili təmiri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Bakı vaxtı ilə saat 06:00-dan 09:00-a kimi işləməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

"Kazbeqi Ticarət-Sənaye Palatasının ərazisinə bitişik beynəlxalq əhəmiyyətli avtomobil yolunda təcili təmir işləri nəzərdə tutulub və bu səbəbdən iş zamanı avtomobillərin hərəkəti dayandırılacaq", - məlumatda deyilir.

Bildirilir ki, bu saatlarda Gürcüstanın dövlət sərhədindən malların idxalı və ixracı, habelə fiziki şəxslər tərəfindən sərhədin keçilməsi ilə bağlı prosedurlar həyata keçirilməyəcək.

Digər vaxtlarda isə gömrük-keçid məntəqəsi adi rejimdə tam gücü ilə fəaliyyət göstərəcək, malların idxalı və ixracı, habelə fiziki şəxslərin sərhəddən keçirilməsi maneəsiz həyata keçiriləcək.

Qeyd edək ki, "Kazbeqi - Yuxarı Lars" hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük-keçid məntəqəsidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1014   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almaniya Hörmüz boğazındakı missiya üçün Aralıq dənizinə mina əleyhinə gəmi göndərəcək

Almaniya hərbi mina əleyhinə gəmisini Hörmüz boğazında yerləşdirmək üçün Aralıq dənizinə göndərəcək. "Report" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın "Rheinische Post" qəzetinə müsahibəsində bildirib. Pistoriusun sözlərinə görə, Almaniya qüvvələrini

25.04.2026 142
.

Yasamalda QƏZA: Avtomobil ana və qızını vurdu - VİDEO

Bakının Yasamal rayonunda ana və qızını avtomobil vurub. İTV-yə istinadən xəbər verir ki, Heydər Hüseynov küçəsindən Abbas Mirzə Şərifzadə küçəsinə dönmək istəyən minik avtomobili yolu keçmək istəyən piyadaları vurub. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır

25.04.2026 173
.

Azmərtəbəli binalarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkə

25.04.2026 211
.

Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏT

Bəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb. Qiymət artımının səbəbi nədir?. -a danışan "ITStation" şirkətini

25.04.2026 321
.

Mayın qeyri-iş günləri AÇIQLANDI - DƏYİŞİKLİK VAR

May ayında planlarını indidən quranlar üçün təqvimdəki qırmızı rəngli günlərin sayı kifayət qədər çoxdur. Bu ay həm yaz tətili, həm də ardıcıl gələn bayramlar səbəbindən iş qrafikində dəyişikliklər olacaq. xəbər verir ki, Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzr

25.04.2026 268
.

Azərbaycan gips və anhidrit istehsalını 53 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 178,1 min ton gips və anhidrit istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 % çoxdur. Bu il aprelin 1-nə ölkədə 105,1 min ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki

25.04.2026 156
.

Azərbaycan martda əhəng daşı istehsalını 63 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 127,3 min ton inşaat üçün əhəng daşı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,3 % çoxdur. Təkcə martda isə ölkədə 32,6 min ton inşaat üçün əhəng daşı istehsal edilib

25.04.2026 130
.

Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

Azərbaycanda bəzi dövlət təşkilatlarında istifadəyə yararsız nəqliyyat vasitələrinin sığortalanması, işlək avtomobillərin isə sığortasız qalması halları müəyyən edilib. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir. Sənədə əsasən

25.04.2026 170
.

Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəy

00:13 127
.

TOP MP3