"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?

"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?Müdafiə Nazirliyində 143 milyonluq yeyinti ittihamı ilə bağlı mühakimə edilən general Nizami Məmmədov və qoşunların maliyyə-xidmət rəislərinin məhkəməsi davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən zabitlərin iki həftə əvvəl qaldırdıqları vəsatətlərə baxılıb. Bundan əlavə, müdafiə tərəfi onları maraqlandıran bir sıra yeni məsələlərə toxunub.

Əvvəlki yazımızda vəsatətlər barədə geniş məlumat vermişdik.

Təqsirləndirilən Bayram Bayramov ona verilmiş ittihamın həcmi ilə bağlı narazılıq etmişdi. İddia edirdi ki, onun adına yazılmış N saylı hərbi hissədəki yeyintinin 719 min manatı ezam olunmuş və ehtiyatdan gəlmiş hərbçilərin xərclərinə sərf olunub. Bayramov bunu müəyyən etmək üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəmişdi.

"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?Bu gün məhkəməyə sədrlik edən hakim Fikrət Əliyev bəyan edib ki, həmin məsələ ilə bağlı Müdafiə Nazirliyinin Hüquq İdarəsinə sorğu göndərilib. Amma hələ cavab verilməyib.

Müttəhim Cəlal Kazımovun mühasibatlıq ekspertizasının təkrar keçirilməsi və hərbi hissələrdə yoxlama aparan şəxslərin şahid kimi məhkəməyə çağırılması istəkləri isə əsassız sayılaraq rədd edilib.

Bundan başqa, Kazımovun vəkili qanunsuz olaraq adlarına pul köçürülmüş şəxslərin dindirilməsini istəyirdi. Burada söhbət hərbi hissədə işləyən maliyyə-xidmət rəislərinin adlarına pul köçürdüyü qohumlarından, həmçinin hərbi hissədə işləməyə-işləməyə adına pul yazılan şəxslərdən gedir.

Dövlət ittihamçısı bu vəsatəti də əsassız hesab edib, dindirilən şahidlərin dediklərini yetərli bilib.

Prosesin davamında təqsirləndirilən Vüsal Əlizadə ipotekada olan 120 min manatlıq evini dövlətə dəymiş ziyanın ödənilməsi üçün satmaq istədiyini deyib. Amma bu məsələdə ziddiyyət yarandığını məhkəmənin diqqətinə çatdırıb. Əlizadənin dediyinə görə, həbs olunduqdan sonra əvvəlki aylarda evin kreditini ardıcıl ödəyib. Amma bir neçə ay sonra bank ona ödəmə qrafiki verməyib. Buna görə də krediti ödəyə bilməyib.

Onun ifadəsindən məlum olub ki, krediti ödəyə bilmədiyinə görə hazırda bank onu məhkəməyə verib. İş Laçın Rayon Məhkəməsinin icraatındadır. Əlizadə bu məsələnin həlli üçün məhkəmədən kömək istəyib.

"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?Hakim Fikrət Əliyev təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, bu məsələ başqa işin predmetidir. Həmin işə müdaxilə edilə bilməz. Hakim işin aydınlaşdırılmasını özlərinə həvalə edib.

Vüsal Əlizadənin başqa ünvanda yerləşən 101 min 632 manatlıq, Cəlal Kazımovun isə 110 minlik evi satılaraq pulu dövlət hesabına qoyulub. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib.

Təqsirləndirilən şəxslərin istəyi ilə dövlətə dəymiş ziyanın bu günə kimi ödənilmiş hissəsini dəqiqləşdirmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilib.

Fotoda general Nizami Məmmədov

"İndi Nəcməddin Sadıkov ortada yoxdur" - 20 milyonu necə bölüblər?Artıq bir neçə iclasdır, xüsusilə general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bu işdə əvvəl təqsirləndirilən, sonradan şahid qismində tanınmış polkovnik Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini istəyir. Eyni zamanda təqsirləndirilən şəxslərin özləri də barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Xələfovun yenə dindirilməsində maraqlıdırlar:

"Rafail Xələfov bütün işlərin mərkəzində olan adamdır. Hər dəfə də ziddiyyətli danışıb. Özündən aşağı vəzifədə olanlara başqa, yuxarıda olanlara başqa şeylər deyib. Bizim ona əlavə suallarımız var. Xahiş edirik, çağırın, gəlsin", - deyə vəkil vəsatətinə əlavə edib.

Məhkəmə bu dəfə müdafiə tərəfinin vəsatətini əsaslı sayaraq təmin edib. Qərarda deyilir ki, Rafail Xələfov qaranlıq qalan məsələlərə aydınlıq gətirilməsi üçün yenidən məhkəmədə ifadə verməlidir.

Generalın digər vəkili Cahangir Cavadovun vəkili isə istintaqın yekunlaşma ərəfəsində olduğunu nəzərə alaraq, başqa bir məsələyə diqqət çəkib. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Məlikməmməd Qurbanov ifadəsində demişdi ki, 5 il ərzində şirkətlərlə əməkdaşlıqdan 20 milyon manat pul qazanıb. Həmin pulun 19 milyon 600 min manatını isə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova verib, 400 mini isə özünə qalıb:

"Qurbanov əlavə edib ki, Nəcməddin Sadıkov həmin 19 milyon 600 mindən 800 min manatını müvəkkili Nizami Məmmədova göndərib. Lakin bunu təsdiq edən heç bir sənəd yoxdur.

Nizami Məmmədov özü də Qurbanovun yalan danışdığını dedi. İndi bunu dəqiq müəyyən etmək də mümkün deyil. Çünki Nəcməddin Sadıkov ortada yoxdur. Hökmdə bunun nəzərə alınmasını xahiş edirəm".

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2022-ci ildə Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 881   Tarix: 14 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

TASS: Uitkoffla Kuşner 5-6 sentyabrda Moskva və Kiyevə səfər edəcəklər

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfə

04.09.2026 205
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

04.09.2026 387
.

Xark adasında partlayışlar baş verib

Yarı-rəsmi Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın Körfəzdəki əsas neft terminalı olan Xarq adası yaxınlığında partlayış səsləri eşidilir, lakin onların mənşəyi məlum deyil. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyi müxbirinin partlayış səslərini eşitdiyini

11:28 186
.

"Liverpul" 18 yaşlı hücumçunu aldı

Fransalı hücumçu Cilian Ngessan İngiltərənin "Liverpul" klubu ilə müqavilə imzalayıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, "Liverpul" "Sent-Etyen"in futbolçusu Cilian Ngessanın transferi ilə bağlı razılığa gəlib. Fransalı hücumçu yanva

04.09.2026 216
.

Rus ordusu Donetskdə iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Nikanorovka və Qruzskoye yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib

04.09.2026 204
.

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub. xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib. Keynin sözlərin

04.09.2026 244
.

Saturnun sirri açılır

Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl

04.09.2026 206
.

"Uzunömürlülük sadəcə yaşamaq deyil, həyatı mənalı yaşamaqdır" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

Müasir dünyada insan ömrünün uzadılması ilə yanaşı, yaşlılıq dövründə həyat keyfiyyətinin qorunması da mühüm məsələlərdən birinə çevrilib. Yaşlanma artıq yalnız tibbi və fizioloji proses kimi deyil, insanın sosial, emosional və psixoloji həyatını əhatə edən kompleks mərhələ kimi qiymətləndirilir.Bu baxımda

10:55 96
.

Tramp ABŞ-ın tezliklə İranın Pikakse dağına zərbə endirə biləcəyini və Hörmüzü yeni neft boru kəmərləri ilə əvəz edə biləcəyini bildirib

ABŞ prezidenti Donald Tramp cümə günü jurnalistlərə bildirib ki, ABŞ tezliklə İranın Pikakse dağına zərbə endirə bilər. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İranın ağır zədələnmiş Nətənz uran zənginləşdirmə müəssisəsinin yaxınlığında yerləşən Pikaxe dağı, dərin basdırılmış iki tune

10:59 112
.