Bu yay Şahdağa 2 dəfə qar yağıb

Bu yay Şahdağa 2 dəfə qar yağıb"Son 10 ilin yay aylarında respublika ərazisində ən çox yağıntı 2024-cü ildə qeydə alınıb. Bu ilin yayında 67 gün yağıntılı keçib və yağıntılar əsasən qısamüddətli, leysan xarakterli olaraq aylıq normanın bir neçə mislinə bərabər olub. Ölkə üzrə ən çox yağıntı Zaqatala rayonu ərazisinə düşüb və yağıntının miqdarı 470 mm təşkil edib".

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib.

Onun sözlərinə görə, bu yay ildırım-dolu atmosfer proseslərinin də intensivliyi artıb və nəticə olaraq ölkə üzrə 69 dolu hadisəsi baş verib. Bu ilin yayında dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən Şahdağda, hətta 2 dəfə qar yağması qeydə alınıb.

"Bu ilin yay fəslində yağıntıların leysan xarakterli, davamlı və intensiv olması sel hadisələrinin rekord həddə çatmasına səbəb olub və ölkə üzrə 90 sel hadisəsi qeydə alınıb ki, bu da son 50 ilin ən maksimal göstəricisidir", - Ə.Əsgərov qeyd edib.

Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində bu ilin iyun ayında orta temperatur 2.2 dərəcə (norma 20.7), iyul ayında 1.5 dərəcə (norma 23.9), avqust ayında isə 1.9 dərəcə (norma 23.1) normadan yüksək olub. Bu statistik analiz iqlim dəyişmələrinin göstəricisidir.

Ə.Əsgərov bildirib ki, ölkə ərazisində son 10 ildə ən isti yay 2018-ci ildə qeydə alınıb. Həmin il maksimal temperatur iyulun 1-də Bakıda və Abşeron yarımadasında 44.5 dərəcə, bölgələr üzrə isə iyulun 12-də Culfada 45 dərəcə isti müşahidə edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.