"İnternet provayderləri əhalini aldadır..." - AÇIQLAMA

"İnternet provayderləri əhalini aldadır..." - AÇIQLAMAArtıq bir müddətdir ki, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

GPON (Gigabit Passive Optical Network-Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Yeni tariflər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Belə ki, sosial şəbəkələrdə bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alıb. Moderator.az-a daxil olan şikayətlərin əksəriyəti də bu və internetin sürətinin artmaması ilə bağlıdır. Şikayətçilər iddia edirlər ki, internetlə bağlı tariflər artsa da sürət dəyişməz qalır. kapital bank vakansiya

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bu problemlə bağlı istehlakçılar ona da müraciət edib.

"İnternetin qiymətinin artıb, sürətinin sabit qalması, artmaması ilə bağlı hər gün "Azad İstehlakçılar Birliyi" nə də telefon zəngi daxil olur. Bu, birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasıdır. Dövlətin apardığı rəqəmsallaşdırma siyasətinə zidd bir addımdır. Çox təəssüflər olsun ki, internet provayderləri istehlakçıları soyur, aldadır, müqavilə şərtlərinə əməl etmirlər. İnternet provayderləri çox da böyük olmayan bir qrup adamlarındır. Görünür onların öz aralarında bir sövdələşmələri var ki, hamımız istehlakçıları aldadaq. Düşünürəm ki, hökümət buna ciddi reaksiya verməlidir. Bu sahədə problemləri olan insanlar 195 qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə şikayətlərini bildirə bilərlər", - deyə o bildirib.

Eyyub Hüseynov bildirib ki, internetin qiymətinin artması ilə bağlı olaraq hər bir istehlakçıya sərbəst seçim hüququ verilməlidir:

"Qiymətin artması onunla bağlı idi ki, vəd vermişdilər ki, yüksək sürətli internet verəcəkdilər. İstehlakçı-istehsalçı hüququ var. Gərək elə olmasın. İstehlakçı interneti hansı tezlikdə sürətdə istəsə istifadə edə bilər. İmkan verilməlidir ki, istehlakçı seçim hüququndan istifadə edə bilsin. Bunu vermədilər. İnzibati üsulla istehlakçıya eyni rüşvət vermək istəyirdilər. Düşünürəm ki, bu istehlakçı hüquqlarının pozulmasıdır. Əslində bu adla ediblər, amma vermirlər. İstehlakçı hüquqlarının pozulmasını qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. "İstehlakçıların hüquqlarının qorunması" haqqında qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri bazar, həyat dəyişib, rəqəmsal satış, ticarət əmələ gəlib və s. Qanunlarsa dəyişməz qalıb, köhnəlib. Qanunu yerinə yetirən dövlət orqanı ötən həftə cənab prezidentin fərmanı ilə agentliyə çevrildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti, indi Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyi oldu. Gözləyirik ki, bu qurum daha rasional, yaxşı işləyəcək. Çünki İqtisadiyyat Nazirliyinin əsas məqsədi biznesin inkişafı idi. İstehlakçı hüquq qorumaqla biznesin inkişafı bir-birinə təzad təşkil edirdi. Ona görə də gözləyirik ki, burada böyük kadr dəyişikliyi olacaq. Yeni kadrlarla istehlakçı hüquqlarının mükəmməl qorunmasını gözləyirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2365   Tarix: 08 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsraildə seçki yarışı qızışır: Netanyahu hakimiyyəti itirə bilər? - POLİTOLOQDAN AÇIQLAMA

İsraildə keçiriləcək parlament seçkilərinə sayılı həftələr qalmış siyasi mənzərə yenidən dəyişməyə başlayıb. Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq mübarizəsi fonunda son rəy sorğuları həm iqtidar, həm də müxalifət blokunun parlamentdə çoxluq əldə etmək üçün kifayət qədər mandat toplay

04.09.2026 210
.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl

04.09.2026 178
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

04.09.2026 325
.

Azərbaycanlı futbolçu "Qalatasaray"da

Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm

04.09.2026 204
.

Dövlət torpaqlarının icarəyə verilməsində yeni mexanizm - güzəştlər kimlərə şamil olunur?

"2026-cı ildən dövlət torpaqlarının, xüsusilə iri ölçülü torpaq sahələrinin icarəyə verilməsi mexanizmində mühüm yeniliklər tətbiq edilir. Nazirlər Kabinetinin 8 may 2026-cı il tarixli 138 nömrəli qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, eləcə də hüquqi və fiziki şəxslər tərəfində

04.09.2026 193
.

HƏMAS-ın əks-kəşfiyyat rəhbəri belə ələ keçirildi

İsrail qüvvələri Qəzzada keçirilən reydlər zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin (əks-kəşfiyyat) rəhbəri Muain Əl-Arabidi ələ keçiriblər. xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz məlumat verib. Məlumata görə, Arabid Qəzzanın Əl-Katib rayonunda ÇAXAL və ŞABAK-ın xüsusi təyinatl

04.09.2026 152
.

Vüsalənin qızı ilə Avropa tətili - Fotolar

Aparıcı Vüsalə Əlizadə Avropa səyahətinə çıxıb. Axşam.az xəbər verir ki, aparıcı qızı Diləklə birlikdə Niderlandda istirahət edir. Amsterdamda olan Vüsalə şəhərin tarixi məkanlarından fotolarını sosial media hesabında paylaşıb. O, paylaşımına "Dünya tarixinə övladınla toxunmaq" sözlərini yazı

04.09.2026 415
.

Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər

"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd

04.09.2026 205
.

Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı

"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı

04.09.2026 182
.