Metroya skuter və velosipedlə girmək olar? - RƏSMİ CAVAB
Son illər ölkəmizdə təbiəti qorumaq, həmçinin sağlam həyat tərzinə keçid etməklə bağlı skuter və velosiped kimi vasitələrlə hərəkətin təbliğatı aparılır. Şəhərin əsas küçələrinə velosiped zolaqları çəkilir, xüsusi dayanacaqlar quraşdırılır. Bu, həm də tıxacların qarşısının alınmasına ciddi töhfə verə bilər.
Vətəndaş şəxsi skuteri və ya velosipedi ilə ictimai nəqliyyatdan istifadə edə bilərmi?
BiG.AZ xəbər verir ki, Baku.ws-in "qaynar xətti"nə daxil olan məlumata görə, belə vasitələrlə ictimai nəqliyyatdan istifadədə bəzi çətinliklər yaranır.
"Mən özümə şəxsi istifadə üçün elektrikli skuter almışam. Lakin istər şəhərlərarası qatar, istər avtobus, istərsə də metroya qatlanmış vəziyyətdə buraxmırlar", - deyə şikayətçi bildirib.
Bakı Metropoliteninə sorğu ünvanlanıb. Qurumun sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, Bakı Metropoliteninin istifadə qaydaları Nazirlər Kabinetinin təsdiqi ilə qüvvəyə minmiş sənəddir.
Burada sərnişinlərin Bakı Metropolitenində vəzifələri və qadağalar yer alır. Beşinci maddəsində metroda daşınan yüklərin ölçüləri ilə bağlı məsələ var. Ümumi götürdükdə, yükün uzunluğu 220 santimetrə qədər ola bilər. Uzunluq, en, hündürlük ölçülərinin cəmi 200 santimetrdən yuxarı olmamalıdır:
"Bu halda sərnişin yükünü metropolitenə keçirə bilər. Velosipedlə bağlı 9-cu bənddə göstərilir ki, örtüyü olmayan velosipedin metropolitenə gətirilməsi qadağandır. Buna səbəb, bükülməmiş, bərkidilməmiş, yuxarıda qeyd edilən ölçülərdən uzun olan, örtüksüz əşya (velosiped, skuter) metroya daşınırsa, onların metroda istifadəsi qadağandır. Belə yüklərin hər biri bükülməlidir. Əks halda, metroya daxil etmək qadağandır.
Metropoliten rəsmisi onu da qeyd etdi ki, metroya diyircəkli skuterlər, kanki, diyircəkli lövhələr və bu kimi vasitələr sürmək qadağandır, bu da həmin istifadə qaydalarında xüsusi olaraq göstərilib. Bunlar yalnız yuxarıda deyilən bəndə uyğun formada daşına bilər:
"Metropolitendə bu və digər məsələlərin hər birisi mütləq qaydada sərnişin təhlükəsizliyi və rahatlığı prizmasından keçirilməklə nəzərə alınır. Bu səbəbdən də müxtəlif dövrlərdə metrodan istifadə qaydalarında dəyişikliklər edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 647 Tarix: 07 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib
04.09.2026 273 İsrail siyasətində yeni mərhələ: Netanyahu seçki öncəsi mövqelərini qoruyacaq?
The Times of İsrael nəşrində dərc olunan son analitik materialda ölkənin siyasi sistemində ciddi dəyişikliklərin baş verdiyi vurğulanır. Nəşrin yazdığına görə, son sorğular Benyamin Netanyahu tərəfdarları ilə ona qarşı olan siyasi blok arasında balansın əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini göstərir
04.09.2026 217 Çin ilk dəfə "Pallas-1" kosmik raketini sınaqdan keçirdi
Çin ilk dəfə "Pallas-1" kosmik raketini uğurla sınaqdan keçirib. xəbər verir ki, bu barədə "Sinxua" Xəbər Agentliyi məlumat yayıb. Buraxılış Bakı vaxtı ilə saat 05:00-da Çinin şimal-qərbində yerləşən Dongfeng kommersiya buraxılış məntəqəsindən həyata keçirilib. Bəyanatda qeyd olunu
04.09.2026 169 Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər
"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak
04.09.2026 211 NASA-dan nəhəng kosmik missiya - Teleskop milyardlarla qalaktikanı araşdıracaq
NASA iki milyarddan çox qalaktika haqqında məlumat toplaya biləcək "Nensi Qreys Roman" kosmik teleskopunu orbitə çıxarıb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentliyin məlumatına görə, teleskop Bakı vaxtı ilə saat 14:26-da Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən "SpaceX"
04.09.2026 177 HƏMAS-ın əks-kəşfiyyat rəhbəri belə ələ keçirildi
İsrail qüvvələri Qəzzada keçirilən reydlər zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin (əks-kəşfiyyat) rəhbəri Muain Əl-Arabidi ələ keçiriblər. xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz məlumat verib. Məlumata görə, Arabid Qəzzanın Əl-Katib rayonunda ÇAXAL və ŞABAK-ın xüsusi təyinatl
04.09.2026 152 Bir ştat, bir neçə vəzifə: İşçiyə əlavə ödəniş edilməlidirmi? - ARAŞDIRMA
Bəzi işəgötürənlər işçini bir ştata götürür, lakin ondan bir neçə vəzifənin öhdəliklərini yerinə yetirməyi tələb edir. Bu vəziyyətə bir çox sektorlarda rast gəlinir. Xüsusilə ictimai iaşə sektorunda belə hallarla tez-tez qarşılaşmaq mümkündür. Bu sektorda ən çox rast gəlinən vakansiyalardan biri ofisian
04.09.2026 180 Hərbi Dəniz Qüvvələrinin bölmə rəisi həbs olundu, sonra qərar dəyişdi
Qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə təqsirləndirilən Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov dələduzluqda ittiham olunur. APA-ya istinadla xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsind
04.09.2026 187 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə -a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqəda
04.09.2026 249