"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?Ali məktəblərə qəbul imtahanlarının da, ixtisas seçimlərinin də həyəcanı başa çatdı. Universitetlərə qəbul ola bilməyənlər kədərlənməklə yanaşı, tələbə olmaqdan ötrü alternativ yollar axtarışındadırlar. Bu cəhdlər təkcə boş qalan plan yerlərinin ixtisas seçimi ilə məhdudlaşmır, daha çox xarici ölkələrin ali məktəblərində oxumaq arzuları ilə meydana çıxır. Elm və Təhsil Nazirliyinin akkreditasiya siyahısında olmayan, Türkiyə, Ukrayna və Rusiyanın aşağı reytinqli, tanınmayan ali məktəblərinə daxil olmaq üçün yarış başlayır. Vasitəçi şirkətlər də gəncləri diplomu ölkəmizdə tanınmayan, attestatla qəbul aparan universitetlərə şirnikləşdirirlər. Təbii ki, bu tora düşənlər də az deyil.

Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi bəyan edib ki, xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır: "İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır".

Təhsil məsələləri üzrə ekspertlər xaricdə təhsilin zərərli tərəflərinin də olduğunu gizlətmirlər.

"Sadəcə attestatla qəbul" təklifləri

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, öz ölkəmizdə imtahandan uğur qazanmayan gənc başqa ölkədə də buna müvəffəq olmur: "Valideyn fikirləşir ki, övladım imtahandan keçmədisə, xaricdə "sadəcə attestatla qəbul" təkliflərinə yönəlməliyəm. Təcrübəmizdən görürük ki, bu cür gənclərin 90%-i həmin ölkələrdəki təhsil müəssisələrində illərlə vaxt itirib, sonra da diplom ala bilmədən ölkəmizə geri qayıdırlar". G.Əkbərova bildirir ki, bu cür universitetlərin bəziləri dərs keyfiyyətinin aşağılığına və bir çox fərqli faktorlara görə dünya ölkələri tərəfindən tanınmır, ölkəmizdə də akkreditasiyası yoxdur: "Belə universitetlərin hər zaman bir işbaz dəstəsi olur və bir çox gözboyayıcı vədlərlə valideynləri "yanlış yön"ə çəkməyi bacarırlar. Valideyn fikirləşir ki, problemsizdir. Gənc bitirib qayıdır, lakin diplom tanınmır. Nəticədə valideynlər verilmiş vədlərin qurbanına çevrilməklə yanaşı, öz övladlarının da həyatını alt-üst edirlər. Dövlət qurumları tərəfindən bu cür universitetlərin siyahısının açıq qaynaqlı paylaşılmasına baxmayaraq, yenə də maariflənməyən onlarla valideyn bu "tələ"yə düşür". İŞ katibinin fikrincə, bəzən də valideynlər əsgərlik yaşına çatmış övladlarını müəyyən müddətlik məcburi hərbi xidmətdən yayındırmaq məqsədi ilə bu yollara baş vururlar".

"Nə olursa-olsun, daxil olum..."

Təhsil məsələləri üzrə ekspert Vaqif Fətullayev hesab edir ki, ölkədə ali məktəblərə qəbul olmayan gənclərin xaricdə təhsilə can atmasının əsas səbəbi stereotiplə - valideynlərin və ya qohumların qınağı ilə bağlıdır: "İmtahanlarda uğur qazana bilməyən gənclər özlərini bir qədər təzyiq altında hiss edirlər. "Nə olursa-olsun, attestatla da olsa, lap diplomu tanınmasa belə, istənilən universitetə daxil olum", - deyə düşünürlər. Digər səbəb oğlanların hərbi xidmətdən müəyyən qədər möhlət almaq istəməsi ilə bağlıdır". Ekspertin fikrincə, xarici ölkələrdə yüksək reytinqli universitetlərə qəbul almaq bir qədər çətindir: "O ali məktəblərin dil bilgisi və müəyyən qəbul şərtləri var. Onların şərtlərini ödəyə bilmədikləri üçün əksər gənclər az reytinqli universitetlərə daha asan qəbul olmaq yolunu seçirlər. Məsələn, attestatla Türkiyə, Ukrayna və ya Rusiyada tanınmayan, kollec səviyyəli ali məktəblərə daxil olurlar. Sonra da diplomları tanınmır. Onlar mütəmadi olaraq "təhsil aldıqları" ölkədə olmur, tədris dilini də bilmirlər". V.Fətullayevin fikrincə, belə halların qarşısını almaq üçün güclü maarifləndirməyə ehtiyac var: "İnsanlar başa düşməlidir ki, ali məktəbə qəbul olmamaq, diplom qazanmamaq həyatın sonu deyil, başqa alternativlər var. Onlar peşə təhsilinə yönələ, yaxşı peşə öyrənə bilərlər. Hesab edirəm ki, bu istiqamətdə "Məsləhət xidmətləri"nin təkmilləşdirilməsi yaxşı olar. Həmçinin 9-11 siniflərdə bu yöndə maarifləndirmə işi təşkil olunmalı, valideynlərə təlimlər keçirilməlidir".

V.Fətullayev distant təhsil infrastrukturunun formalaşdırılmasını da məqsədəuyğun hesab edir: "Gənclər xaricdə əhəmiyyətli təlim proqramlarını mənimsəyə və sertifikatlar əldə edə bilərlər. Bu infrastrukturun formalaşdırılması, elə bilirəm, bu kimi halların qarşısının alınmasına dəstək ola bilər".

Mövcud bazara uyğun peşələr axtarılmalıdır

Azərbaycan "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndiyevin sözlərinə görə, Türkiyənin reytinq sıralamasında ilk yerdən son yerə qədər yer alan universitetlərin diplomu ölkəmizdə tanınır: "Türkiyə universitetlərində əyani təhsil alan Azərbaycan vətəndaşları məzun olduqdan sonra diplomları birmənalı olaraq tanınır. Əgər distant formada təhsil alıbsa, Azərbaycan qanunvericiliyinə görə diplom tanınmır. Düzdür, Türkiyə universitetlərinə attestatla, daha rahat imtahan formatları ilə də qəbul aparılır. Ancaq tələbənin oxumaq qabiliyyəti aşağıdırsa, o, Türkiyə universitetlərindən rahatlıqla məzun ola bilmir. Çünki qəbul olmaq nə qədər asandırsa, universiteti bitirmək o qədər çətindir. Çox rastlaşılan haldır: tələbə 8 il ilişib qalır, amma ikinci kursu belə tamamlaya bilmir".
Rusiya və Ukrayna universitetlərinə gəlincə, TUMİB sədri bildirir ki, əgər həmin universitetlər Elm və Təhsil Nazirliyinin akkreditasiya siyahısında yer alıbsa, onların da diplomları tanınır. Amma müəyyən proseslərdən keçməlidir: "Məlumdur ki, Rusiya və Ukrayna universitetlərinin təhsilində hələ də xoşagəlməz hallar mövcuddur. Tələbələr universitetlərə adlarını yazdırır, hər hansı "şirinlik" müqabilində 4 ildən sonra diplom alırlar. Müəyyən dövrdə ora gedən insanlar olur, təhsil aldıqları dili bilmirlər, ölkədə olmurlar. Təbii ki, onların diplomları tanınmayacaq".

T.Əfəndiyev imtahanlardan kəsilən və aşağı nəticə göstərən gənclərə məsləhət görür ki, peşə təhsilinə üz tutsunlar: "Əksər peşə sahələrində ciddi problemlər yaşanır. Avtomobil ustası, aşpaz, şirniyyat ustası peşələrinə ciddi ehtiyac var".

"Kaspi" qəzeti


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 07 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı - Axtarılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-i

15.07.2026 341
.

ABŞ-İran müharibəsi yenidən alovlandı: Neft qiymətləri kəskin bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ və İran arasında yenidən artan hərbi gərginlik dünya enerji bazarını diqqət mərkəzinə gətirib. Hörmüz boğazında yaranan vəziyyət isə qlobal neft tədarükü ilə bağlı narahatlıqları daha da artırıb. Dünyada daşınan neftin əhəmiyyətli hissəsinin məhz bu strateji marşrutdan keçməsi səbəbindən bazarlard

11:08 198
.

Ləman Mərrih və Emil Abdullayevin övladı oldu

Aktrisa Ləman Mərrih ana olub. Axşam.az xəbər verir ki, rejissor Emil Abdullayevlə ailəli olan aktrisanın oğlu dünyaya gəlib. Qeyd edək ki, Emil "My name is İntiqam", "25 ilin akkordları", "Axırıncı yol", "Stalinin başı" filmlərinin rejissorudur. Ləman Mərrih is

10:24 320
.

İordaniya İranın 8 raketini vurub, dövlət mediası xəbər verir

Dövlət mediasının verdiyi məlumata görə, İordaniya ordusu cümə axşamı səhər yerli vaxtla səhər saatlarında ölkəyə doğru gedən səkkiz İran raketini hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirib və vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, İordaniya Silahlı Qüvvələrinin Petra dövlət xəbə

12:24 157
.

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Bu gün Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib. Qey

14:51 164
.

İsveçdən Ukraynanın bərpasına 127 milyon avroluq dəstək

İsveç hökuməti Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə Dünya Bankının yeni maliyyə mexanizmi çərçivəsində 1,4 milyard İsveç kronu (təxminən 127 milyon avro) ayırıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qərar hökumətin bugünkü iclasında təsdiqlənib. Ayrılan vəsait Düny

15:22 167
.

Sabah 35 dərəcə isti olacaq

İyulun 17-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiq

12:42 156
.

ABŞ rəsmiləri Kubaya mümkün hərbi ssenariləri müzakirə edir - CBS

ABŞ və İran arasında davam edən gərginlik fonunda Pentaqonun diqqətinin Kubaya yönəldiyi iddia olunur. CBS News-un məlumatına görə, adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, hərbi planlaşdırma ilə məşğul olan qurumlar son həftələrdə Kubaya qarşı müxtəlif əməliyyat ssenarilərin

16:01 155
.

Bakıda açıq ərazidə yanğın başlayıb

Bakıda açıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında

17:39 121
.

TOP MP3