Prezident İlham Əliyev Slovakiya liderinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Slovakiya liderinə təbrik məktubu göndəribPrezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Slovakiya Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır. Enerji sahəsində səmərəli birgə fəaliyyətimizin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyimi ifadə edirəm. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 353   Tarix: 01 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO

İranın Ali Lideri Əli Xamenei ölüb. xəbər verir ki, məlumatı İranın dövlət televiziyası təsdiqləyib. "Xamenei fevralın 28-i səhər saatlarında iqamətgahına endirilən aviazərbə nəticəsində öldürülüb", - dövlət televiziya kanalının efirində qeyd olunub. Məlumata görə, Xamenei həlak olduğu and

10:01 364
.

Avstraliyanın Baş naziri məscidlərə hücum etmək istəyən şəxsin tutulmasına münasibət bildirib

Qərbi avstraliyalı bir kişinin məscidlərə, polisə və parlament binasına qarşı terror hücumları planlaşdırmaqda şübhəli bilinərək həbs olunması dərin şok yaradıb. "Report" xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze sosial media səhifəsində məlumat verib. "Qərbi avstraliyal

11:20 99
.

İran XİN-dən Xamenei və Pezeşkian barədə AÇIQLAMA

"İranın ali lideri Ayətullah Əli Xamenei və ölkə Prezidenti Məsud Pezeşkian sağdır və təhlükəsiz şəraitdədirlər". xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai "Sky News" telekanalına bildirib. "Onların hamısı təhlükəsi

01:11 499
.

Masallıda külli miqdarda narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, tədbirlə saxlanılan əvvəllər də analoji cinayətlərə görə məhkum olunmu

11:50 81
.

ŞAD XƏBƏR - Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək

Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək. Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Faceboo

00:19 297
.

OpenAI süni intellekt modellərini Pentaqonun məxfi şəbəkəsində yerləşdirəcək

OpenAI ABŞ Müharibə Nazirliyinin məxfi şəbəkələrində öz süni intellekt modellərinin yerləşdirilməsi barədə razılığa nail olub. "Report"un məlumatına görə, bu barədə OpenAI-nin baş direktoru Sem Altman "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, şirkət Pentaqon ilə öz Sİ modellərini

11:00 98
.

Tramp: Bu hücumdan özünə gəlmək üçün İrana bir neçə il lazım olacaq

ABŞ Prezidenti Donald Tramp İranla münaqişədən çıxmaq üçün müxtəlif variantlarının olduğunu bəyan edib. Onun sözlərinə görə, münaqişəni uzatmaq və ya bir neçə günə bitirmək mümkündür. "Report" xəbər verir ki, Amerika Prezidenti bu barədə İsrailin 12-ci kanalına müsahibəsində bildirib. "Mənd

00:22 296
.

Azərbaycanda YENƏ ZƏLZƏLƏ OLDU

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrind

28.02.2026 344
.

KİV: Netanyahuya Xameneinin cəsədinin əks olunduğu video göstərildi - YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahuya İranın ali lideri Əli Xameneinin cəsədinin əks olunduğu video göstərilib. xəbər verir ki, bu barədə İsrailin "9-cu kanal"ı özünün "Telegram"ında məlumat yayıb. "Baş nazirə Xameneinin cəsədinin göründüyü videogörüntü təqdim olunub"

00:23 637
.

TOP MP3