Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - VİDEO

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - VİDEO"No War" kimi tanınan təxribatçı dəstənin bir üzvü olan Bəhruz Səmədov 2020-ci ildən, yəni Vətən Müharibəsi dövründən başlayaraq Ermənistan Respublikasının Xüsusi Xidmət Orqanları nümayəndələri və onlarla əməkdaşlıq edən həmin ölkənin vətəndaşları ilə də təmaslara keçib.

"Report"un məlumatına görə, bu barədə Baku TV-nin süjetində deyilir.

Bildirilib ki, həmin dəstənin üzvləri özlərini hər zaman guya sülh tərəfdarı, müharibə əleyhdarı kimi göstərməyə çalışaraq ölkə üçün məsul dövrlərdə əsasən erməniləri və Ermənistanın Azərbaycana təcavüzünü müdafiə edib, Qarabağdakı separatçıları dəstəkləyiblər.

Qeyd edilib ki, B.Səmədovun əlaqəyə girdiyi şəxslər arasında İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və başqaları olublar:

"Adlarını çəkdiyimiz şəxslərdən Lilit Şahverdiyanın üzərində xüsusi durmağa ehtiyac var. Azərbaycanın vaxtı ilə işğalda olan Qarabağ bölgəsindən olan bu qızcığaz Parisdə siyasi araşdırmalar İnstitutunda maqistr təhsili alıb. Hətta onu sözügedən İnstituta qəbulu münasibətlə öz "X" hesabında Fransanın Ermənistandakı səfiri Olive Dekotini də təbrik edib", - süjetdə deyilir.

Bundan başqa vurğulanıb ki, Dekotininin Lilit Şahverdiyana xüsusi münasibəti də maraq doğurur.

"Ermənistan Xüsusi Kəşfiyyat Xidməti məhz Fransa tərəfindən qurulub və inkişaf etdirildiyi nəzərə alınsa Lilitin Ermənistan xüsusi xidmət orqanlarına təsadüfən cəlb olunmadığı aydın olur".

Süjetdə deyilir ki, Bəhruz Səmədov adı çəkilən Ermənistan Respublikası vətəndaşlarının tapşırığına əsasən Azərbaycanla Ermənistan arasında həmsərhəd rayonları və Qarabağ iqtisadi rayonunda baş verən vacib proseslər barədə məlumatlar toplayaraq həmin şəxslərə təqdim edib. Bundan başqa həmin tapşırıqların yerinə yetirilməsi çərçivəsində Bəhruz Səmədov Azərbaycan ərazisində milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış dezinformasiya və təxribat xarakterli məlumatlar hazırlayaraq sosial şəbəkə platformalarındakı müxtəlif hesablarında paylaşıb:

"Ermənistan Xüsusi Xidmət Orqanlarına işləyən İrina Safaryanla vatsap mobil tətbiqi vasitəsi ilə apardığı yazışmalar zamanı Safaryana Qarabağ və digər regionlarda cərəyan edən proseslər, işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geri qayıdışı ilə bağlı vəziyyət, həmçinin həmin ərazilərdə aparılan inşaat işləri və başqa mövzularda məlumat toplayıb göndərmək tapşırığı alıb. Bəhruz Səmədov isə həmin tapşırıqlara uyğun olaraq mümkün olan bütün məlumatları toplayaraq İrina Safaryana göndərib".

Süjetdə bildirilir ki, Ermənistan Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıq edən Lilit Şahverdyanın "Lilit Stepanakert" adlı teleqram kanalı ilə apardığı yazışma zamanı isə Şahverdiyandan konkret tapşırıq alan Bəhruz Səmədov, ona şəkili göndərilən Azərbaycan vətəndaşı barədə məlumatlar toplayaraq Ermənistan tərəfə ötürməklə Azərbaycan əleyhinə, düşmənçilik məqsədi ilə xarici dövlətə casusluq edib, xarici dövlətin təşkilat və nümayəndələrinə kömək göstərməklə Azərbaycan dövlətinə xəyanət edib.

"Bundan əlavə olaraq Bəhruz Səmədov vaxtı ilə Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyəti və bölgədə baş verən diqqətçəkən proseslər, həmçinin Azərbaycandakı radikal dini cərəyanlar, o cümlədən "Hüseyniyyun" cinayətkar birliyinin fəaliyyəti və üzvləri barəsində məlumat toplamaq tapşırığı aldığı Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Yegiya Taşjyan adlı şəxsə onun tapşırığına uyğun topladığı geniş informasiyanı təqdim edib".

Bildirilib ki, qeyd olunan konkret əməllərin araşdırmalar nəticəsində ifşasından sonra Bəhruz Səmədov 21 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılıb, 23 avqust 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət maddəsi ilə 4 ay müddətinə həbs edilib.

Baku TV-nin materialında vurğulanır ki, Bəhruz Səmədovun Azərbaycan əleyhinə fəaliyyəti yalnız qeyd edilənlərlə bitmir:

"O, erməni diasporu tərəfindən Praqada "Azərbaycan dövləti tərəfindən Qarabağda etnik təmizləmə aparılması, erməni mədəni irsinin məhv edilməsi" mövzusunda təşkil olunan tədbirdə iştirak edərək Ermənistan dövlətinin maraqlarına xidmət edən və ölkəmiz əleyhinə yönələn fikirlər səsləndirmiş, o cümlədən həmin tədbirdə iştirak edən zaman təsisçisi olduğu "SAMQ" teleqram qrupuna "milli kimliyimdən və qanımdan utanıram, azərbaycanlıların ermənilərə etdiklərinə görə onlardan üzr istəyirəm, Azərbaycanda yeganə pozitiv hərəkat birbaşa Azərbaycan adlı dövlətə və kimliyə qarşı olmalıdır" məzmunlu mesajlar yazaraq, dövlətə qarşı təbliğat təşkil edib".

Materialda bildirilir ki, Bəhruz Səmədov 26 may 2024-cü ildə erməni kilsəsi tərəfindən Praqada təşkil olunmuş digər tədbirə də eyni məqsədlə cəlb olunmuş, orada da eyni mövqedən çıxış edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 31 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, Azərbaycanda 1 unsiya qızılın qiyməti 7 544,6170 manat, 1 qram qızılın qiyməti isə 242,56 manat təşkil edib. 99 əyarlı təmiz qızılın 1 qramı 242,56 manat, 750 əyarlı İtalyan qızılının 1 qramı 182,11 manat, 585 əyarl

04.09.2026 178
.

Bir ştat, bir neçə vəzifə: İşçiyə əlavə ödəniş edilməlidirmi? - ARAŞDIRMA

Bəzi işəgötürənlər işçini bir ştata götürür, lakin ondan bir neçə vəzifənin öhdəliklərini yerinə yetirməyi tələb edir. Bu vəziyyətə bir çox sektorlarda rast gəlinir. Xüsusilə ictimai iaşə sektorunda belə hallarla tez-tez qarşılaşmaq mümkündür. Bu sektorda ən çox rast gəlinən vakansiyalardan biri ofisian

04.09.2026 180
.

Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı

"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı

04.09.2026 182
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

04.09.2026 325
.

Bu hərəkəti edənlər 500 manat cərimələnəcək

"Heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə səbəb olan şəxslə

04.09.2026 316
.

Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər

"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd

04.09.2026 205
.

Türkiyə Ayın araşdırılması proqramına qoşuldu

Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs

04.09.2026 165
.

Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ

Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə -a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqəda

04.09.2026 249
.

Saturnun sirri açılır

Astronomlar Saturnun cənub qütbündə təxminən 168 min kilometr enində nəhəng onbucaqlı atmosfer dalğası aşkar ediblər. Planetin şimal qütbündəki məşhur altıbucaqlı ilə oxşarlıq təşkil edən bu sirli həndəsi forma Saturnun atmosferində ilk dəfə cənub yarımkürəsində müşahidə olunan böyük, müntəzəm tərəfl

04.09.2026 118
.